Əməköməcikimilər
Əməköməcikimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Əməköməcikimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir.
Azәrbaycanda 9 növü mәlumdur. Əməköməcilər arasında lifli (pambıq kolu, kәnaf, kәndirotu, sida vә s.), tәrәvәz (bamiyə), "içki" (hibiskus karkade), dәrman (bәlğәmotu) bitkilәri var. Hibiskus, gülxәtmi, әmәkömәci, lovatera vә s. çox yayılmış bәzәk bitkilәridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Angiosperm Phylogeny Group An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 105–121. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00996.X
- ↑ Appendix IIB: Conserved and rejected names of families of bryophytes and spermatophytes. // International Code of Nomenclature for algae, fungi, and plants (Shenzhen Code) / red. N. J. Turland, J. H. Wiersema, F. Barrie, V. Qreuter, D. L. Hawksworth, P. S. Herendeen, S. Knapp, W. Kusber, D. Z. Li, K. Marhold və b. 2018. ISBN 978-3-946583-16-5