Mir Həsən Vəzirov

Vikipediya, azad ensiklopediya
(Mir Həsən bəy Vəzirov səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mir Həsən bəy Vəzirov
Mir Həsən Mir Kazım oğlu Vəzirov
Mir Həsən bəy Vəzirov
Mir Həsən bəy Vəzirov
Bakı Kommunasının I Əkinçilik Komissarı
may 1918 – 31 iyul 1918
Əvvəlkivəzifə təsis edildi
SonrakıBakı Xalq Komissarları Sovetinin istefası
Şəxsi məlumatlar
Doğum tarixi 13 fevral 1889(1889-02-13)
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 1918(1918-09-20) (29 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Mir Həsən Vəzirov (13 fevral 1889, Şuşa20 sentyabr 1918, Krasnovodsk) — dövlət xadimi, 26 Bakı komissarından biri. O, Qarabağ xanı İbrahimxəlil xanın vəziri Mirzə Əli Məhəmməd Ağanın nəvəsidir. Yazıçı Yusif Vəzir Çəmənzəminlinin əmisi oğludur.

26 Bakı komissarının cənazəsi (ağlayan qadın Mir Həsən Vəzirovun anasıdır).

Mirhəsən Seyidkazım oğlu Vəzirov 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa realnı məktəbdə oxumuş, 1907-ci ildə Bakı realnı məktəbinə dəyişilmişdir. Bir müddət burada oxuduqdan sonra Novaçerkassk Politexnik İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. Maddi problemlər və xəstəliyi üzündən politexnik institutunu bitirə bilmədiyindən 1915-ci ildə Kiyev Ticarət İnstitutuna qəbul oldu. Bir neçə ay burada oxuyandan sonra Bakıya qayıtdı. Bakıda müəllimliklə məşğul olmağa başladı.Sol eserlər qrupunun üzvü olan Vəzirov 1917-ci ildən bolşeviklərlə birlikdə işləmişdir. 1917-ci il iyulun 14-də Bakı müsəlman ictimai və siyasi təşşkilatları icraiyyə komitəsinin katibi seçilmişdir. M.Vəzirov 1917-ci il noyabrın 2-də Bakı Sovetinin yeni icraiyyə komitəsinə üzv, Bakı qəza kəndli deputatları Sovetinin 1918-ci ilin mayında keçirilən birinci qurultayında İcraiyyə Komitəsi sədrinin müavini seçilmişdir. O,1918-ci ilin mayından Bakı Xalq Komissarları Sovetinin xalq torpaq komissarı idi. M.Vəzirov Bakı Xalq Komissarları Sovetinin torpaq haqqında dekretini imzalamış, dekretin həyata keçirilməsində, qəzalarda kəndli qurultaylarının təşkilində fəal iştirak etmişdir.

Mirhəsən Vəzirov 1918-ci ildə Bakı komissarları ilə birlikdə güllələnmişdir.

Kommuna ingilislər tərəfindən dəstəklənən daşnaklar, sosialist inqilabçılar və menşeviklərin koalisiyası olan Sentrokaspi Diktaturası tərəfindən devrildikdən sonra Vəzirov və yoldaşları yerli eserlər tərəfindən həbs olundu, Pereval və Zaqafqaziya Dəmir yolunun Ağcaqum stansiyaları arasındakı atəş qrupu tərəfindən edam edildi.

Cəmil Ağayev

Bacısının əri 1874-ci ildə Şuşada anadan olmuşdur. Cəmil Ağayev 1920-ci ildən 1924-cü ilədək Şuşa qəza idarəsində məsul vəzifələrdə çalışmışdı. Müsavat partiyasına onu 1924-cü ildə Ağdamda ticarət sahəsində işləyərkən Salman Mirzəyev və Müseyib Muxtarov cəlb etmişdi. 1926-cı ildə Şuşa və Ağdam Müsavat təşkilatları ləğv olunandan sonra Cəmil Ağayev Şuşaya qayıtmış, şəhər istehlak cəmiyyətində yeməkxana müdiri işləmişdir. Eyni zamanda siyasi fəaliyyətindən də qalmamışdır. 1929-cu ildə işini yenidən davam etdirməyə başlayan Müsavatın Şuşa və Qarabağ təşkilatı sədrinin müavini vəzifəsinə seçilmişdir. Məsul bir vəzifə sahibi kimi o, bütün gizli yığıncaqlarda müntəzam iştirak etmiş, cəlbetmə işləri ilə məşğul olmuş, Müsavatın Mərkəzi komitəsi ilə daim əlaqə saxlamış, Sovet hakimiyyətinə və Kommunist Partiyasına qarşı fəal mübarizə aparmışdır. Cəmil Ağayev 1937-ci il avqustun 21-də həbs olunmuş, əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkim edilmişdir.