Mosul (Zaqatala)
Mosul | |
---|---|
41°26′40″ şm. e. 46°34′23″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zaqatala rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 210 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3 009 (2012) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6231[1] |
Mosul — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənd 9 obadan ibarətdir. Kənddə orta məktəb, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, məscid, 2 kitabxana, futbol meydançası, müasir tipli ATS, poçt vardır.
Tarixi abidələr: 1781-ci ildə Ədür-Rəhman Bədəvi, Hüseyin və Məhəmməd Çərdəklilər tərəfindən tikilmiş məscid, 6 hücrə, 2 qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Mosul kəndi, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir. Əliabad qəsəbəsi, Yengiyan və Kəpənəkçi kəndləri, cənubdan isə Alazan çayı sərhəd olmaqla Gürcüstan Respublikası ilə həmsərhəddir.
Kəndin ərazisi 2302,6 hektardir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən kənddə 2.939 nəfər (1.454 nəfəri kişilər, 1.485 nəfəri qadınlar) əhali yaşayırdı.[2]
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 3.009 nəfərdir.[3] Rəsmi məlumata əsasən kənd əhalisinin əksəriyyətini azərbaycanlılar[3], qeyri-rəsmi məlumatlara əsasən isə ingiloylar[4] təşkil edir. Dini mənsubiyyəti müsəlman.
Kənd, RİHB- nın ərazi İcra nümayəndəsi və Mosul Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, fındıqçılıq və maldarlıqdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Zaqatala rayonu[ölü keçid]
- ↑ 1 2 Bələdiyyələr // Zaqatala-ih.gov.az
- ↑ SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The sociolinguistic situation of the Inghiloi of Azerbaijan Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
Zaqatala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |