16°11′ c. e. 146°22′ q. u.HGYO

Niau

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Niau adası
fr. Niau
Ümumi məlumatlar
Sahəsi 20 km²
Əhalisi 226 nəfər (2017-ci il)
Yerləşməsi
16°11′ c. e. 146°22′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Niau adası xəritədə
Niau adası
Niau adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Niau (fr. Niau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). taiti dilindən tərcümədə «Kokos palması» mənasını verir. Fakarava atolundan 53 km qərbdə yerləşir.

Dairəvi formaya malikdir. Diametri 8 km-dir. Atollun sahəsi 20 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 32 km²-dir. Okean sularından tam təcrid olunmuşdur. Bu səbəbdən suyu olduqca duzludur. Adadakı torpaqlar olduqca yaxşı məhsul vericidir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Fakarava kommunasına daxildir.

Niau ilk dəfə 1820-ci ildə rus dənizçisi Faddey Bellinshauzen tərəfindən kəşf edilmişdir. O, adanı Qreyq adası olaraq adlandırır.

2012-ci il məlumatına görə adada 226 nəfər yaşayır. Tupuna əsas yaşayış məntəqəsidir.