Qəzet
Jurnalistika |
---|
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı.
"Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.[1]. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.[2]
Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə. 59-cu ildə nəşr olunmağa başlanmış və «Günün hadisələri» adlanan vərəq idi. İlk çap nəşri isə VIII əsrdə dərc edilmiş Çində buraxılan «Dibao» («Ti-pao») nəşri olmuşdur. Bu nəşr, müəyyən ölçülü taxta lövhələrdən hazırlanmışdı. Avropada müntəzəm nəşr edilən ilk qəzet isə «Avista Relation» və yaxud «Zaytunq» qəzeti idi. Bu nəşr Almaniyada 1609-cu ildən çap edilməyə başlanmışdı.[3]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qəzetlər digər kütləvi informasiya vasitələri – jurnal, televiziya və radio ilə müqayisədə müəyyən üstünlüklərə və daha artıq imkanlara malikdir. Qəzet daha çox məlumatı və daha müfəssəl şəkildə işıqlandıra bilir, radio və televiziyada gedən xəbərlər isə xülasə xarakteri daşıyır. Jurnallar əsasən müəyyən bir zaman kəsimində ölkədə və xaricdə baş vermiş mühüm hadisələrin işıqlandırılması və şərhi ilə məşğul olurlar. Qəzetlər də həmçinin, yerli xəbərlərin işıqlandırılması yönündə çalışırlar və bundan da başqa, informasiyanı jurnallara nisbətən daha operativ sürətdə təqdim edir və şərh verirlər.
Qəzetlər əsasən gündəlik və həftəlik olurlar. Ayda bir dəfə nəşr olunan qəzetlərdə mövcuddur. Gündəlik qəzetlər ümumdünya, milli və yerli xəbərləri çap edirlər. Gündəlik qəzetlərin çoxu səhər qəzetləri, bir hissəsi isə axşam qəzetləri olurlar. Gündəlik qəzetlərin həftəsonu buraxılışları həcmcə adətən adi qəzetlərdən böyük olur. Bu qəzetlərin tərtibatında xüsusi bölmələr nəzərdə tutulur: iqtisadiyyat, əyləncə, maliyyə, səyahət, bazar günü əlavəsi, verilişlərin proqarmı və rəngli komikslər və d. Böyük olmayan zonalara xidmət edən həftəlik qəzetləradətən toylar, ad günləri, vəfat, yerli işgüzar həyat və siyasəti barədə də məlumat verir. Əksər həftəlik məhdud dairəni əhatə edən belə qəzetlər beynəlxalq və milli xəbərləri dərc etmirlər.
İnternet-qəzetlər
[redaktə | mənbəni redaktə et]İnformasiya texnologiyalarının inkişafı və İnternetin yaranması ilə əlaqədar internet-qəzetlər (virtual qəzet) də mövcuddur. Onlar İnternet-jurnalistikaya daxil olub, bu sahənin əsas istiqamətidir.
Azərbaycanda sırf elektron olaraq məşhurluq qazanan ilk qəzet isə E-QƏZET olmuşdur.
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Rusiyanın Yaroslavl şəhərində buraxılan həftəlik "Се́верный край" qəzeti 1905-1909-cu illər ərzində 42 dəfə adını dəyişib.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Газета (англ. newspaper) :: Г :: Словари | Большой толковый словарь Владимира Чернышева". 2013-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-17.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti (4 cilddə). Bakı, Şərq-Qərb. 2006, ruznamə [ruzna:mə] isim fars Arxaizm. Qəzet. ..“İrşad” ruznaməsinin nömrələrində öz daxili işlərimizdən və dolanacağımızdan yazıb, bəzi mətləblərdən bəhs etmişdik. (F.Köçərli).
- ↑ 1 2 Kütləvi informasiya vasitələri[ölü keçid]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Моисеев В. А. Журналистика и журналисты. К.: Дакор, 2002. — 400 с. ISBN 966-95845-3-1
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Газеты Во всех странах
- Интернет-портал "Старые газеты" — материалы газет Российской империи и СССР.
- Газета, печатное периодическое издание Arxivləşdirilib 2009-12-17 at the Wayback Machine в Энциклопедии на Либрусеке
- Подборка статей о газетах из других энциклопедий[ölü keçid]
- Иван Скворцов-Степанов. Капитал и газеты Вестник труда № 2 (1909)
- Марк Твен. Разнузданность печати — Речь в клубе журналистов (Хартфорд, 1873)
Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |