Səmti müəyyənetmə
Səmti müəyyənetmə və ya Orientirinq (ing. Orienteering) — xəritə və kompasdan istifadə edərək nabələd ərazidə verilmiş məntəqələri sürətlə tapmaq üçün naviqasiya bacarığı tələb edən idman növüdür. Yarış zamanı iştirakçılara taparaq qeyd olacaqları nəzarət məntəqələrinin göstərildiyi xüsusi topoqrafik xəritə olan idman xəritəsi verilir. Əsası hərbi təlim olan bu idman növünün müxtəlif seksiyaları vardır. Bunlardan ən qədimi və daha çox məşhur olanı qaçış (ayaq) orientirinqidir. Bu səbəbdən səmti müəyyənetmə dedikdə qaçış orientirinqi başa düşülür. Bununla belə, zaman çərçivəsində xəritədən istifadə edərək istiqaməttapma tələb edən idman növləri orientirinq idman növlərinə daxildir.
Orientirinq bir sıra dünya idman proqramlarına, o cümlədən Dünya Oyunları[1] və Dünya Polis və Yanğın Oyunları sıralarına daxil edilmişdir. [2]
Orienterinq idman növləri
[redaktə | mənbəni redaktə et]Orientirinq özündə naviqasiya bacarıqları tələb edən bir sıra idman növlərini birləşdirir. Hər birinin özünəməxsus qayda və qanunları olan idmanlarda xüsusi məntiq və trayektoriya seçim bacarığı tələb edilir. Orientirinqin aşağıdakı idman növləri vardır:
- qayıq
- maşın
- qaçış
- dağ velosiped
- dağ marafon
- dağ (atçılıq)
- radio
- roqeyn
- xizək
- idmanlabirint (mikro orientiring)
- cığır (patika)
İdarəolunma sistemi
[redaktə | mənbəni redaktə et]Beynəlxalq
[redaktə | mənbəni redaktə et]Beynəlxalq səviyyədə Beynəlxalq Orientirinq Federasiyası (IOF)[3] dörd növün qayda-qanunlarını müəyyən edərək rəhbərlik edir[4]. Bunlara qaçış, xizək, dağ velosiped və cığır növləri daxildir.[5] Əsası Finlandiyada qoyulmuşdur.[6] IOF 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınır.[7]
Milli
[redaktə | mənbəni redaktə et]Orienterinq Azərbaycanda Səmti Müəyyənetmə adı ilə tanınır. 1960-ci ilərdə öz inkişaf tarixinə başlamışdır. 1963-cü ildə SSRİ-də keçirilən çempionatda atletlərimiz iştirak etmişdir. Müstəqəllik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə reformasiyadan sonra yenidən Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (SMEF) təsis olunmuşdur.
Əlaqəli idman növləri
[redaktə | mənbəni redaktə et]Terminlər
[redaktə | mənbəni redaktə et]Orienterinq idmanına məxsus bir sıra terminlər ingilisdilli ölkələrdə fərqlilik təşkil edir. Qeyri-rəsmi olaraq İOF un rəsmi dili inglilis dili sayıla bilər.
Yarışma və Nəticələr
[redaktə | mənbəni redaktə et]Yarışın ilkin qaydaları
[redaktə | mənbəni redaktə et]Yarış zamanı iştrirakçılar arasında fiziki, məntiqi və psixoloji bacarıqları sınaqdan keçirilir. Belə ki, buarada səmttəyinetmə, diqqətini toparlama və qaçış əsas tələb olunan amilllərdir. Yüksək fiziki sağlamlıq və sürətli qaçış beynəlxalq yarışlarda və elit kateqoyasında tələb olunur. Bunu da qeyd edək ki, fiziki məhdudiyyətli insanlar da bu idman növündə özlərini sınaya bilirlər. Bu səmti müəyyənetmənin cığır növündə həyata keçirilir.
İdmançılar arasında sağlam rəqabətin həyata keçirilməsindən ötrüü yarış ərazisinin xəritəsi start zamanına qədər heç bir iştirakçıya göstərilmir. İştirakçılar bir-birilərinə mane olmasın deyə bir neçə addımlar atılır. Start yarışçılar arasında bir dəqiqə və ya daha çox müəyyən zaman intervalında verilir. Bəzən eyni xəritədə eyni kateqoriya üçün bərabərgüc tələb edən müxtəlif məsafələr tərtib olunur.
Start verilən zamandan etibarən xəritədə göstərilən nəzarət məntəqələrinin həqiq yerini ən tez zamanda verilən ardıcılıqda tapıb qeyd olunaraq finişə yaxınlaşan yarış qalibi hesab olunur. Nəzarət məntəqələri arasında verilən ardıcıllığı pozan, qeyd olunma sistemini itirən və ya əvvəlcədən müəyyən olunmuş nəzarət vaxtını aşan yarışçı qalibiyyətdən məhrum olunmuş olur (diskalifikasiya - dis.).
Nəzarət məntəqəsi
[redaktə | mənbəni redaktə et]Nəzarət məntəqələri ənənəvi olaraq ağ-narıncı üçbucaqlı prizma şəklində olur.
Hər məntəqədə elektron və ya kamposterli qeydolunma sistemi olmaqla, özündə məntəqənin kodunu əks etdirir.
Xəritə
[redaktə | mənbəni redaktə et]Səmti müəyyənetmə yarışları zamanı xüsusi idman xəritələrdən istifdaə olunur. Ümumi olaraq topoqrafik xəritə olan bu idman xəritələri daha da detallı olub, ölçüsü təqribən 1 m-dən böyük, və həta kiçik olan görkəmli bütün obyektləri özündə əks etdirir. Beynəlxalq Səmti Müəyyənetmə Xəritə Spesifikasiyasına (ISOM) görə xəritələrin miqyası 1:15,000 və ya 1:10,000 olmalıdır. Lakin daha böyük miqyaslı xəritələr də yarışlar zamanı istifadə olunur. Xəritə şəbəkəsi şimal maqnit qütbunə əsasən təyin olunur. Xəritələrin şərti işarələri Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası (IOF) tərəfindən yaraılmış standartlara əsasən təsvir olunur. Şərti işarələr səhəvi, nöqtəvi, xətti və xüsusi olmaqla obyektlərin təbii rəngləri ilə məntiqi uyğunluq təşkil edir.
Yarış növləri
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Orienteering". International World Games Association. 2006-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ "Sports". World Police Fire Games. 2008-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-29.
- ↑ "About us". International Orienteering Federation. 2008-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-11.
- ↑ "Rules and Guidelines". International Orienteering Federation. 2008-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-28.
- ↑ "About us". International Orienteering Federation. 2008-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-26.
- ↑ "IOF". International Orienteering Federation. 2008-07-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-26.
- ↑ "Past&Present". International Orienteering Federation. 2008-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-09-28.