Səudiyyə Ərəbistanı tarixi
Səuddiyyə Ərərbistanı — Hazırda Səudiyyə Ərəbistanı adlanan ərazinin tarixi.
Səudiyyə Ərəbistanı köçəri ərəb tayfalarının ən qədim dövrlərdən qədimdən məskunlaşdığı ərazilərdəndir.[1] Erkən paleolit dövründə Ərəbistan yarımadası insanların bu ərazidən planetin digər hissələrinə miqrasiyasının başlandığı ilk ərazidir.[2][3].
Ərəb tayfaları ilkin dövrlərdə ölkənin şimal-şərqində, e.ə. II minillikdə isə Ərəbistan yarımadasının hər yerində yayılmışdı. Məkkə şəhəri Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə idi. Məkkəlilər VII əsrin ortalarında qonşu tayfaları öz ətrafında birləşdirdilər. Hicaz əyalətində VII əsrdə yeni din – İslam və ilk müsəlman teokratik dövləti – xilafət yarandı. Xilafətin ilk paytaxtı Mədinə şəhəri olmuşdu.
Ərəb xilafəti VII-VIII əsrlərdə Əməvilərin, VIII-IX əsrlərdə Abbasilərin[4] hakimiyyəti altında olmuşdu. X-XII əsrlərdə Ərəbistan yarımadasında müstəqil əmirliklər, sultanlıqlar yarandı.[5][6]
XVI əsrdə ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı (o vaxtlar Hicaz adlanırdı) Osmanlı imperiyasının təsiri altına düşmüşdü. XVIII əsrin ortalarında türklərin Ərəbistandan çıxarılması hərəkatı başlanır. Bu hərəkata Nəcd əyalətinin Səudilər sülaləsindən olan Əmir Məhəmməd ibn Səud başçılıq edirdi.[7]
XX əsrin əvvəllərində Ərəbistan yarımadasında əmirliklərin birləşdirilməsi və vahid mərkəzi dövlət yaradılması uğrunda mübarizə daha geniş vüsət almışdı. Nəhayət, 1926-cı ilin yanvarında Nəcd əmirliyinin hakimi Əbdül Əziz ibn Səudun başçılığı ilə müstəqil dövlət yaradılır. Əbdül Əziz ibn Səud özünün «Hicaz, Nəcd və Birləşdirilmiş digər əyalətlərin» məliki elan etmişdi.
1932-ci il 23 sentyabrdə Səudiyyə Ərəbistanı adı almış məlikliyin tarixi-coğrafi əyalətlərinin (Hicaz, Nəcd, Əl-Həsa və ƏlAsir) bir dövlət tərkibində birləşdirilməsi haqqında məlikin fərmanı elan olundu.
1943-cü ildə Səudiyyə Ərəbistanı məlikliyi ilə diplomatik münasibətlər yaradan ABŞ, 1951-ci ildə «Qarşılıqlı müdafiə və qarşılıqlı yardım» haqqında saziş imzalayır.
Xarici mütəxəssislərin və fəhlələrin ilk dəstələri Səudiyyə Ərəbistanında ötən əsrin 60-cı illərindən gəlmişdi. Ərəb ölkələrinin, Hindistanın, Pakistanın, Banqladeşin, Cənubi Koreyanın, Tayvanın, Filippinin və s. ölkələrin mütəxəssisləri təyyarə meydanları, magistral yollar, iri müəssisələr, elektrik stansiyaları, bank binaları tikdilər, yaşıllıqlar saldılar və indiyədək bu sahillərdə işləyib xidmət edirlər.
Ölkənin tarixində hakimiyyətə qarşı ən böyük çıxış İslam ənənəçilirənin üsyanı oldu. 1979-cu il 20 noyabrdə səhər minə yaxın adam Məkkədə müsəlman dünyasının əsas müqəddəs yeri olan Əl-Həram məscidini tutdu. Hakimiyyət orqanları Məkkədə üsyanı yatırsa da, bəzi dəyişikliklər etməyə məcbur oldu, hökumət bölgələrin inkişafı üçün ayrılan maliyyələşdirməni xeyli artırdı, onların dini həyatdakı məhdudluğunu bir qədər azaltdı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://content.usatoday.com/communities/sciencefair/post/2012/07/early-humans-settled-in-arabia-some-55000-years-ago/1#.WCeplfkrJPY%7Cwebsite=usatoday%7Caccessdate=12 Arxivləşdirilib 2017-06-02 at the Wayback Machine November 2016}}
- ↑ "Цивилизации Древней Южной Аравии". 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Аравийский полуостров признали первым плацдармом человеческой миграции". 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ M. Th. Houtsma. E.J. Brill's First Encyclopaedia of Islam, 1913-1936. BRILL. 1993. 441–442. ISBN 978-90-04-09791-9. 2016-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12.
- ↑ Encyclopædia Britannica Online: History of Arabia Arxivləşdirilib 2015-05-03 at the Wayback Machine retrieved 18 January 2011
- ↑ Joshua Teitelbaum. "Saudi Arabia History". Encyclopædia Britannica Online. 2013-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ Global Security Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine Retrieved 19 January 2011