Suharto
Suxarto | |
---|---|
ind. Haji Muhammad Soeharto yav. Haji Muhammad Soeharto | |
28 iyul 1966 – 12 mart 1967 | |
Prezident | Sukarno |
Əvvəlki | təsis edildi |
Sonrakı | ləğv edildi |
Qoşulmama Hərəkatının 16-cı Baş katibi | |
7 sentyabr 1992 – 20 oktyabr 1995 | |
Əvvəlki | Dobrica Ćosić |
Sonrakı | Ernesto Samper |
1968 – 1973 | |
Əvvəlki | Abdul Haris Nasution |
Sonrakı | Maraden Panqqabean |
1965 – 1967 | |
Əvvəlki | Pranoto Reksosamudro |
Sonrakı | Maraden Panqqabean |
1-ci Silahlı Qüvvələr və Strateji Qoruq (KOSTRAD) Komandiri | |
6 mart 1961 – 2 dekabr1965 | |
Əvvəlki | təsis edilib |
Sonrakı | Ömər Virahadikusuma |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Kemusuk, Cokcakarta Sultanlığı |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Cakarta |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Kertosudiro |
Anası | Sukirah |
Həyat yoldaşı | Siti Hartina (e.1947) |
Uşağı |
Siti Hardiyanti Rukmana (Tutut)[1] Sigit Harjojudanto Bambang Trihatmodjo Siti Hediati Hariyadi (Titiek) Hutomo Mandala Putra (Tommi) Siti Hutami Endanq Adininqsih |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Suxarto (ind. Haji Muhammad Soeharto, Haji Muhammad Suharto, yav. Haji Muhammad Soeharto; d. 8 iyun 1921, Kemusuk – ö. 27 yanvar 2008, Cakarta, İndoneziya) — İndoneziyanın keçmiş prezidenti
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmməd Suxarto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. Bankda kontor xidmətçisi işləyib. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirilyinə yüksəlib. Dörd il sonra isə ona general-mayor rütbəsi verilib. Sukarnonun prezidentliyi dövrünün (1963-1965) son illərində Suxartoya İndoneziya ordusunun strateji komandirliyi tapşırılıb.
1966-cı ilin mart ayında tələbələrin Kommunist Partiyası əleyhinə keçirdiyi nümayişlərdən istifadə edən Suxarto hakimiyyətə rəhbərliyi üzərinə götürüb.
1967-ci ilin mart ayında prezident səlahiyyətlərini icra etməyə başlayıb, bir il sonra mart ayında prezident seçilib. Bundan sonra 1973, 1978, 1983, 1988, 1993 və 1998-ci illərdə həmin vəzifəyə seçilib. Onun prezidentliyi illərində İndoneziyada avtoritar bir rejim yaradılıb.
1998-ci ildə Cənub-Şərqi Asiyada, o cümlədən İndoneziyada kəskin maliyyə böhranı yaranandan sonra Cakartada və ölkənin digər şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb. Suxarto məhz bu aksiyalar nəticəsində həmin ilin mayında istefa verməyə məcbur olub.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
- ↑ Berger, Marilyn. "Suharto Dies at 86; Indonesian Dictator Brought Order and Bloodshed". The New York Times. 28 January 2008. 2 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2019.