Zərifə Əliyeva
Zərifə Əliyeva | |
---|---|
Doğum tarixi | 28 aprel 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 15 aprel 1985 (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Atası | Əziz Əliyev |
Elm sahəsi | oftalmologiya |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
Üzvlüyü |
|
Mükafatları | |
zarifa-aliyeva.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, Şahtaxtı, Naxçıvan MSSR – 15 aprel 1985, Moskva) — Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983).
Həyatı
[redaktə | mənbəni redaktə et]Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub[1]. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.
8 noyabr 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Təhsili
[redaktə | mənbəni redaktə et]1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950–1953-cü illərdə aspiranturanı başa vurur. 1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktorudur.
Tibbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Z. Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z. Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Fəaliyyətinin qiymətləndirilməsi
[redaktə | mənbəni redaktə et]Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görülmüşdür ilk qadındır.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.
- Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır.
- Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşıdır.
- Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır.
- Azərbaycanın görkəmli musiqiçisi, pianoçu Gülarə Əliyevaın, görkəmli endokrinoloq Tamerlan Əliyev və görkəmli onkoloq Cəmil Əliyevin bacısıdır.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Yüksək əqidə: (Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı) /Zərifə Əliyeva; Elmi red.: Mustafa Topçubaşov.- B.: Azərbaycan, 2003.- 104 səh., 1port.
- Анатомо-физиологическая характеристика гидродинамической системы глаза/З. А. Алиева, Н. Б. Шульпина ; МЗ СССР Ин-т Усовершенствования Врачей; МЗ Азерб. ССР, Азерб. Ин-т Усовершенствования Врачей им. А. Алиева. Баку: Азернешр, 1980.36 с.: рис., 20 см.
- Офтальмопатология при хранической йодовой интоксикации /З.А.Алиева.-Баку: Азернешр, 1981.- 134 с.
- Профессиональная потология глаз в шинном производстве /З.А.Алиева.- Баку: Азернешр, 1980.- 126 с.
- Герпетическая болезнь глаз: учебное пособие для врачей-офтальмологов / МЗ СССР, Азерб. Гос. Ин-т Усовершенствования врачей имени А. Алиева. Баку: Азернешр, 1979.16 с.: 22 см.
- Острые вирусные конъюнктивиты: учебное пособие для врачей-офтальмологов / МЗ СССР, Азерб. Гос. Ин-т Усовершенствования врачей имени А. Алиева. Баку: Азернешр, 1979.16 с.: 22 см.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Real TV. "Sevgi və sədaqətin 100 yaşı - Bu gün oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür" (az.). Youtube.com. 28.04.2023. 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Akademik Zərifə xanım Əliyeva. Milli oftalmologiyamız və xatirələr.
- Haqqında məqalələr – 2013
- Hüseynbala Mirələmov. Zərifə Əliyeva. — Bakı, "Azərbaycan" nəşriyyatı, 2013.- 208 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, böyük alim… Arxivləşdirilib 2006-03-29 at the Wayback Machine
- Bu gün aprelin 28 görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümüdür [ölü keçid]
- Azərbaycan tarixində iz qoyan qadınlar — SİYAHI Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine
- 28 apreldə doğulanlar
- 1923-cü ildə doğulanlar
- Şahtaxtıda doğulanlar
- 15 apreldə vəfat edənlər
- 1985-ci ildə vəfat edənlər
- 61 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Tibb elmləri doktorları
- Professorlar
- Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Zərifə Əliyeva
- Azərbaycan oftalmoloqları
- Azərbaycanın qadın həkimləri
- Azərbaycanlı həkimlər
- Poçt markalarında şəxslər
- Azərbaycanın birinci xanımları
- Məzarı köçürülənlər
- Azərbaycan siyasətçilərinin həyat yoldaşları
- Azərbaycanlı oftalmoloqlar
- AMEA-nın qadın həqiqi üzvləri