Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                
Axtarış xanasına sorğu daxil edildikdən sonra təkliflər görünəcək. Nəzərdən keçirmək üçün yuxarı və aşağı oxları istifadə edin. Seçmək üçün "Enter" düyməsini istifadə edin. Seçim ifadədirsə, bu ifadə axtarılacaq. Təklif linkdirsə, brauzer həmin səhifəyə keçəcək.
İcma siyasətii

Ev Sahibi və qonaq təhlükəsizliyi

Təhlükəsiz qonaqlamalar, təcrübələr və qarşılıqlı əlaqələrin təmin olunmasına yardım etmək üçün icmamızda müəyyən fəaliyyətlərə və davranışlara icazə verilmir.

Nələrə icazə veririk

  • Özünümüdafiə: Qonaqlama və ya Təcrübə zamanı fiziki hücuma məruz qalsanız, özünüzü ağlabatan şəkildə müdafiə etməyinizə icazə verilir.
  • İcazə verilən və təhlükəsiz şəkildə saxlanılan silahlar: Silahlara təhlükəsiz şəkildə saxlanıldıqda, qanuni mülkiyyətdə olduqda və düzgün şəkildə açıqlandıqda ümumiyyətlə icazə verilir. Qaydalarımız haqqında ətraflı məlumat əldə edin.

    Nələrə icazə vermirik

    • Təhdid və ya sui-istifadə: Həyat yoldaşları, uşaqlar, heyvanlar və xəstə və ya əlil insanlar da daxil olmaqla başqalarına qarşı təhdidlər, zorakılıq və ya sui-istifadə icmamızda qəbul edilə bilməz.
    • Cinsi təcavüz və yanlış davranış: Cinsi təcavüz və cinsi yanlış davranışlar qadağandır. Hər hansı arzuolunmaz toxunuşlar, işvəli və ya intim davranışlar, yaxud da şəxsi münasibətlər və ya cinsi tərcihlər barədə söhbətlərə qarşılıqlı razılıq olmadan yol verilmir.
    • Təhlükəli və ya qeyri-qanuni heyvanlar: Elanın və ya Təcrübənin yerləşdiyi yerdə sahibliyinə qanunla icazə verilməyən hər hansı bir heyvan cinsi və ya növünün olması qadağandır. Rezervasiya zamanı təhlükəsizlik riski ola biləcək ev, təsərrüfat heyvanları və vəhşi heyvanlar lazımi qaydada təcrid edilməlidir. Həmçinin qonaqlar onların mövcudluğunu bilməlidir. Qonaqların təhlükəsizliyi üçün risk yaratmayan heyvanlardan bəhs etmək lazım deyil, çünki açıqlama alətimiz "təhlükəli heyvanlar" üçün nəzərdə tutulub. Təhlükəli heyvanlarla bağlı qaydalarımız haqqında ətraflı məlumat əldə edin.

    Daim yardıma hazırıq

    Fövqəladə hallarda yardım üçün yerli fövqəladə hal xidmətləri və ya hüquq mühafizə orqanları ilə əlaqə saxlayın.

    Digər təhlükəsizlik problemləri üçün günün 24 saatı xidmətinizdəyik. Yardım Mərkəzimizdə bizimlə necə əlaqə saxlayacağınızı öyrənə bilərsiniz.

    İntihar və özünə zərər yetirmə təhdidlərinə çox ciddi yanaşırıq. Labüd təhlükəsizlik riski haqqında məlumat alsaq, sağlamlıq vəziyyətinin yoxlanması üçün səlahiyyətli orqanlara müraciət edə bilərik. Siz və ya başqa biri özünü risk altında və ya təhlükədə hiss edirsə, yardım üçün əvvəlcə yerli hüquq mühafizə orqanları ilə əlaqə saxlayın.

    Həmişəki kimi, şərtlərimizə və ya siyasətlərimizə zidd olduğunu düşündüyünüz davranışların şahidi olsanız və ya özünüz belə hallara məruz qalsanız, bunu bizə bildirin.

    Bu qaydalar bütün mümkün ssenariləri əhatə etməsə də, Airbnb-nin icma siyasətləri haqqında ümumi təsəvvür yaratmaq üçün hazırlanıb.

    Bu məqalə faydalıdır?

    Əlaqəli məqalələr

    • İcma siyasətii

      İcmamızın sağlam olmasına yardım etmək

      İcmamız dünyanı gəzib dünyanın bütün yerlərindən olan vətəndaşları öz məkanlarında qarşıladığı üçün xəstəliyin yayılmasını azaltmağa cəhd etmək vacibdir.
    • İcma siyasətii

      Məzmun Siyasəti və Koronavirus

      Airbnb-nin COVID-19-a dair Məzmun Siyasəti haqqında daha çox məlumat əldə edin.
    • İcma siyasətii

      İnsan alverini dayandırmağa necə yardım edə bilərsiniz?

      Airbnb təhlükə əlamətlərini və elanınızda potensial insan alveri situasiyası ilə qarşılaşdığınız zaman necə reaksiya verəcəyinizi öyrənməyinizə yardım etmək, eləcə də icmamızın insan alveri haqqında daha məlumatlı olmasını təmin etmək üçün Polaris ilə tərəfdaşlıq edir.
    Rezervasiyalarınız, hesabınız və daha çoxu ilə bağlı yardım alın.
    Giriş et və ya qeydiyyatdan keç