Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Vanuatu Respublikası (bisl. Ripablik blong Vanuatu, fr. République du Vanuatu, ing. Republic of Vanuatu) — Sakit Okeanın cənubunda yerləşən ada dövlət. Vanuatu arxipelağına Yeni Hibrid arxipelağı, Melaneziyada Banke və Torres adalarına aid olan 80 ada daxildir. Onlar mənzərəli landşaftı ilə məşhurdur. Vanuatu dövlətinin yerləşdiyi Yeni Hibrid arxipelaqı 1606-cı ildə ispan dəniz səyyahı Pedro Fernando Kiros tərəfindən kəşf olunmuşdur. 1980-ci ilə qədər ölkə Böyük BritaniyaFransa tərəfindən idarə olunurdu. Rütubətli tropik iqlimə malik olan adalarda illik yağıntıların miqdarı 2500–3000 mm-ə qədərdir, dekabr-mart aylarında tez-tez siklonlar yaranır.

Vanuatu
bisl. Ripablik blong Vanuatu
fr. République du Vanuatu
ing. Republic of Vanuatu
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Long God yumi stanap, In God we stand, С Бог удържаме, Safwn Gyda Duw
Rəsmi dilləri
Paytaxt Port Vila - 44 min nəfər (2009-cu il)
İdarəetmə forması Parlament respublikası
Prezident Nikenike Vurobaravu [ 23.VII.2022 ~ ]
Baş nazir Charlot Salwai [ 6.X.2023 ~ ]
Sahəsi Dünyada 164-cü
 • Ümumi 12189 km²
Əhalisi
 • Əhali 260 min nəfər (187-ci)
 • Siyahıyaalma (2009) 234 023 nəf.
 • Sıxlıq 21 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 1 251 million dollar  (202-ci)
 • Adambaşına 5 000 dollar  (161-ci)
İnternet domeni .vu
ISO kodu VU
BOK kodu VAN
Telefon kodu +678
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Vanuatu

Adın etimologiyası

redaktə

Polineziya dilindən tərcümədə vanua — "torpaq, ölkə" deməkdir.

  • 1.Yeni Hebridlər (Vanuatu burada yerləşir) adaları Portuqaliya dəniz səyyahları tərəfindən tapılmışdır — 1606
  • 2.Adalar Böyük Britaniya və Fransanın birgə idarəçiliyində — 1906
  • 3.Milli Birlik Hökuməti — 1978.
  • 4.Ölkənin müstəqilliyi elan olunur — 1980.

Adalar sualtı dağların zirvəsini xatırladır.Adalarda tez-tez zəlzələlər baş verir, lakin zəif olur. Adalarda daim hərəkətdə olan 10 vulkan var.Ən yüksək nöqtə Tambemasana (1877 m)

İnzibati ərazi bölgüsü

redaktə

6 əyalət

İqtisadiyyat

redaktə

Əmək qabiliyyətli əhalisinin əsas hissəsi istehlak xarakterli əkinçilik və balıqçılıqla məşğul olur. kokos palması, yams, batat, kakao, qəhvə, şəkər qamışı becərir. Lakin ölkənin əsas gəlirləri turizm və ofşor zonalarda fəaliyyət göstərən banklardan əldə olunan vəsaitin hesabına formalaşır. Sənayedə ağac emal edilir, ərzaq və toxuculuq məhsulları istehsal olunur.

Vanuatu Respublikasının rəsmi dövlət dili Bislama dili (sadələşdirilmiş ingilis dili), ingilis və fransız dilləridir.

Vanuatu əhalisi əsasən xristianlığın presviterianlıq qoluna sitayiş edir. Vanuatu əhalisinin 80%-i Efate, Espiritu-Santo və Ambrim də daxil olmaqla 11 adada yaşayır. Sakinlərin 98%-i 100-dən çox dildə danışır. Az sayda ingilsi, fransız, avstraliyalı, Yeni Zelandiyalı, Cənub-Şərqi Asiyadan köçənlər yaşayır. Milli zəmində münaqişələr az olur.

Silahlı qüvvələr

redaktə

Sayı 300 nəfərə qadər olan hərbiləşdirilmiş könüllülər dəstəsi yaradılıb.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə