Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Kindi

(Əl-Kindi səhifəsindən yönləndirilmişdir)

Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[1][2][…], güm. Kufə, Abbasilər xilafəti[5][6][…]təq. 873[3][4][…], Bağdad, Abbasilər xilafəti[7]) — ərəb filosofu.

Əl-Kindi- الكندي
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi
Doğum tarixi təq. 801[1][2][…]
Doğum yeri
Vəfat tarixi təq. 873[3][4][…]
Vəfat yeri
Əsas maraqları riyaziyyat, fəlsəfə, islam etiqad məzhəbləri[d], məntiq, etika, fizika, kimya, psixologiya, farmakologiya, islam fəlsəfəsi[8], astronomiya[8], tibb[8]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər[9] erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi[10]. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.

Əl-Məmun öləndən sonra qardaşı əl-Mütəsim xəlifə oldu. Əl-Kindinin mövqeyi onun dövründə daha da möhkəmlənmişdir. Əl-Vətiqin (842–847), xüsusən əl-Mutəvəkkilin (847–861) dövründə isə Əl-Kindinin ulduzu sönmüşdü. Bununla əlaqədar müxtəlif nəzəriyyələr mövcuddur: bəziləri Əl-Kindi'nin Hikmət Evində elmi rəqabətə dözməməsini; digərləri əl-Mütəvəkkilin qeyri-ənənəvi müsəlmanları (eləcə də qeyri-müsəlmanları) tez-tez təqib etdiyini səbəb gətirmiş.Bir zamanlar əl-Kindi döyülmüş, kitabxanası isə müvəqqəti müsadirə edilmişdir. İslamşünas Henry Corbinə görə 873-cü ildə Əl-Kindi, Əl-Mütəmidin hakimiyyəti dövründə Bağdadda tənhalıqda öldüyünü iddia edirdi[11].

Fəlsəfəsi

redaktə

Müsəlman rasional fikri tarixində dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmiş ilk filosof[12] hesab olunan "Kindinin tərəfdarları və əleyhdarları onun fəlsəfə və şəriət arasında körpünün yaradılması üçün oynadığı rolunu etiraf edirlər" (60, 62). O, "… fəlsəfi təlimlə vəhyi …uyğunlaşdıran bir təfəkkürün təsiri altında hərəkət edirdi…"[13]. Əks iddialar qarşısında islamı əqli dəlillərlə müdafiə etməyi öhdəsinə götürən və bu işi bacarıqla icra edən Kindi, müsəlman peripatetizminin əsasını qoyub, tarixdə filosof kimi tanınsa da, ilahi biliyi fəlsəfəyə təhkim etməmiş, "…yaşadığı dövrdə bəşəri ağılı biliyin yeganə mənbəyi və vasitəsi hesab edən nöqteyi-nəzərə qarşı çıxaraq, peyğəmbərlik institutunun zəruriliyi ideyasını müdafiə etmişdi"[14].

Din və fəlsəfə münasibətləri

redaktə

Müsəlman rasional fikri tarixində dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmiş ilk filosof[15] hesab olunan "Kindinin tərəfdarları və əleyhdarları onun fəlsəfə və şəriət arasında körpünün yaradılması üçün oynadığı rolunu etiraf edirlər"[16]. O, "… fəlsəfi təlimlə vəhyi …uyğunlaşdıran bir təfəkkürün təsiri altında hərəkət edirdi…"[17]. Əks iddialar qarşısında islamı əqli dəlillərlə müdafiə etməyi öhdəsinə götürən və bu işi bacarıqla icra edən Kindi, müsəlman peripatetizminin əsasını qoyub, tarixdə filosof kimi tanınsa da, ilahi biliyi fəlsəfəyə təhkim etməmiş, "…yaşadığı dövrdə bəşəri ağılı biliyin yeganə mənbəyi və vasitəsi hesab edən nöqteyi-nəzərə qarşı çıxaraq, peyğəmbərlik institutunun zəruriliyi ideyasını müdafiə etmişdi"[18].

Kindinin fəlsəfi təlimində fəlsəfənin dinlə əksliyi inkar olunur, onların bir-biri ilə uyğunlaşdırılmasına cəhd edilir. Kindi din və fəlsəfə arasında heç bir ziddiyyətin olmadığını bildirmiş, fəlsəfə və dinin tərifini vermiş, mənbələri və bilik vasitəsi kimi oynadıqları rolları açıb göstərmişdir.

Kindi Abbasi xəlifəsi Mötəsimə ithaf etdiyi "Risalə fi l-fəlsəfə əl-üla" (İlk fəlsəfə haqqında traktat) adlı əsərində fəlsəfənin mahiyyəti və öyrəndiyi mövzudan bəhs edir. Filosofa görə, fəlsəfə "…varlığın mümkün dərkidir"[19][20]. Kindi iddia edirdi ki: "…Şanı Uca Yaradan və düşüncə aləmi (ağıl, təfəkkür) haqqında sual vermək"[21] fəlsəfədə əsas məqsəddir. Fəlsəfi idrak həqiqət haqqında biliyi kəsb vasitəsidir. Deməli, bu vasitə istənilən həqiqəti yaradan İlk Həqiqət haqqında elmin özüdür[22]. Göründüyü kimi, Kindi məqsədləri baxımından dinlə fəlsəfəni eyni tutmuşdur. Amma "Kəmmiyyə kutub Ərustutalis" (Aristotelin kitablarının sayı) traktatında Kindinin bu mövzuya fərqli münasibət bəsləməsi maraq doğurur. O bu traktatda fəlsəfi biliyi bəşəri bilik olaraq səciyyələndirir, onu ilahi bilikdən ayırır. Kindi bildirirdi ki, fəlsəfi üsullarla bilik qazanmaq üçün niyyət edib səy göstərmək kifayətdir; bəşəri biliyi kəsbdə istək və zəhmət zəruridir. İlahi biliyə sahib olmaq üçün isə istəyə, zəhmət gərək qalmır. Belə biliklər ilahi lütfün səmərəsidir. Deməli, ilahi bilik bəşəri bilikdən üstündür, xüsusidir. Bu səbəbdən ilahi həqiqət haqqında biliklər ancaq peyğəmbərlərdə təcəlli edir. Riyaziyyat, məntiq və təbiət elmlərini isə fəlsəfi təfəkkürü olan hər bir kəs öyrənə bilir[23].

Deməli, göstərilmiş traktatlarda Kindi fəlsəfi biliyi ilahi biliklə eyni tutmuş, həqiqətin onlarda əks olunduğunu bildirmişdir. Daha sonra iddia etmişdir ki, fəlsəfi bilik ağılla, dini bilik isə vəhy və ilhamla kəsb olunur. Lakin onun fəlsəfi təlimində ümumi nöqteyi-nəzər budur ki, fəlsəfə və din ayrı-ayrılıqda iki həqiqəti ifadə etmir. Yuxarıda qeyd etdik ki, Kindiyə görə, Allah və ağıl haqqında bilik vermək fəlsəfənin məqsədini əmələ gətirir. Dinin mövzusu və məqsədinə gəlincə, filosof deyirdi ki, din ilahiyyat, tək Allah və əxlaq haqqında bilik kəsb etdirən, faydalı hər bir şeydən – varlıqlardan bəhs edən sahədir: "Məhz peyğəmbərlərin Şanı Uca Allahdan öyrəndiyi biliklər bütövlükdə belə biliklərdəndir. Çünki peyğəmbərlər Allahın birliyi, Onun bəyəndiyi üstün əxlaqi məziyyətlərin zəruriliyi, fəzilətə zidd pisliklərin qadağan edilməsi haqqında biliklər gətirmişlər"[24]. Deməli, Kindiyə görə, dinin mövzusu Allah və əxlaqdır. Bu baxımdan filosof üstüörtülü şəkildə göstərir ki, xoşbəxtliyi təmin etmək dinin məqsədini əmələ gətirir[25].

Qeyd edilənlərdən məlum olur ki, fəlsəfə və din mövzu və məqsəd baxımından oxşardırlar. Fəlsəfə varlıqlardan bəhs edən biliklərin məcmusu olub, Allahın dərk olunması və əxlaqın aşkara çıxarılmasına xidmət edir. Dinin də mövzusu eynidir. Din və fəlsəfə yolu əldə olunan biliklər vasitəsilə həqiqətə çatmaq, bununla da, dünya və axirətdə xoşbəxt olmaq həm dinin, həm də fəlsəfənin qarşısında duran məqsəddir.

Kindi dinlə fəlsəfəni uyğunlaşdırarkən onların mövzu və məqsəd baxımından oxşar olmağı faktını əsas götürür. Yəni, bu fakt dinlə fəlsəfə arasında uyğunluq yaratmağa imkan verir.

Həmçinin Kindi bildirmişdir ki, din və fəlsəfə həqiqəti təmsil etdiyi üçün[26] onları bir-birinə uyğunlaşdırmaq zəruridir. Filosof problemi bu cür qoymuşdu: ortaq mövzu və məqsədə sahib olmaq dinlə fəlsəfənin eyni həqiqəti təmsil etməsi mənasına gəlirmi? Əgər fəlsəfə və din eyni həqiqəti təmsil etmirsə, onda onları bir-biri ilə uyğunlaşdırmaq necə mümkün ola bilər? Kindi bu suallara cavab tapa bilmişdi. O deyirdi: "…fəlsəfə və din mövzu və məqsəd baxımından bir olduğu kimi, həqiqəti ifadə etməkdə də birdir. Deməli, onları bir-birindən ayırmaq olmaz…"[27]. Filosofa görə, insan təbiəti etibarı ilə dərk edən varlıqdır. Onun dərketmə qabiliyyəti və ya ağılı "bil-qüvvə" (potensial) səviyyəsindən "bil-fel" (aktiv) səviyyəsinə keçdikdə varlıq aləminin müxtəlif kateqoriyalarına dair biliklər qazanmağı bacarır[28]. Bu biliklər zənn deyil, qətilik ifadə edir. Bu isə o deməkdir ki, Kindinin fəlsəfi təlimində "fəal ağıl" konkretdir, varlıqlara aid olduğu üçün həqiqəti təmsil edir. Kindi deyirdi: "Fəlsəfə varlığı dərk etməkdirsə, onda bu dərketmə bizi həqiqətə aparıb çıxaracaqdır"[29]. Vəhyin verdiyi biliklər də konkret şəkildə həqiqəti ifadə edir. Amma bu biliklər Allahın köməyi, ilhamı və vəhyi sayəsində əldə edilir. Elə isə peyğəmbərlərə nazil edilən təlimlər ağıla müvafi qdir, fəlsəfi 100 biliklə uyğunlaşmağa qabildir. Deməli, din və fəlsəfə həqiqət haqqında bilikləri kəsb etdirmə məsələsində oxşardırlar. Lakin Kindi kəsb olunmaq baxımından fəlsəfi biliklə dini bilik arasında fərq qoyur. Belə ki fəlsəfi biliklər davamlı araşdırma və düşünmənin məhsulu olduğu halda dini biliklər fərqlidir. Vəhy mənşəli biliklər "…yalnız peyğəmbərlərə xas möcüzəvi və fövqəltəbii mənbədən başlanğıc götürür"[30]. Amma fəlsəfə ağla, din isə vəhyə əsaslandığı üçün vəhyi biliklərlə əlaqədar yoxdan yaradılma, öldükdən sonra cismən dirilmə və peyğəmbərlik məsələlərini ağılla izah etmək mümkün deyildir. Kindi problemi həll etmək üçün peyğəmbərlik təlimini təqdim edir. "Filosof (Kindi – E.M. vəhyi) biliklərin ancaq ağılla dərk edilməsi iddiasını rədd etsə də, peyğəmbərlik təlimini əsas götürməklə dinlə fəlsəfəni uyğunlaşdırmağa cəhd göstərmişdir"[31]. Buna baxmayaraq, o, vəhyi bilikləri rasional biliklərdən üstün hesab etmişdir: "Belə biliklər peyğəmbərlər üçün imtiyaz olub onlardan başqalarına verilmir. Bu onlara aid möcüzədir və onları başqa insanlardan fərqləndirir. Adi insanlar belə bilikləri əldə edə bilməzlər. Düzdür, ağıllı insanlar bu biliklərin Allahdan gəldiyinə inanırlar, amma onlara sahib ola bilmirlər. Odur ki onlar peyğəmbərlərin haqqa çağırışına inanıb, itaət göstərirlər. Filosoflar isə məntiqi dəlilləri əsas götürür, düşünməyə əhəmiyyət verirlər. Quranın dəlilləri ilahi mənbədən gəldiyi üçün daha qəti və tutarlı olub, fəlsəfi dəlillərdən daha inandırıcıdır"[32]. Həmçinin Kindi konkret olduğu üçün vəhyi biliklərin üstün olduğunu iddia edir. Filosof Quran 101 ayələrindən misal gətirməklə vəhyi biliyin qüdrəti və üstünlüyünü isbatlayır. Məsələn, Kindiyə görə, "Toz olmuş sümükləri kim dirildə bilər?!" sualına Quranda olduğu qədər qısa və tutarlı cavabı heç bir insan verə bilməz. O bildirirdi ki, Quranın "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!" cavabında aydınlıq və yığcamlıq baxımından ən parlaq insan zəkasının təqdim edə biləcəyi istənilən məntiqi dəlildən üstün peşəkarlıq və ustalıq vardır[32].

Kindi dinlə fəlsəfəni uyğunlaşdırmaq üçün tə`vil qaydasına da müraciət etmişdir. Filosof deyirdi ki, Quran ayələri və fəlsəfi müddəalar ilk baxışdan bir-birinə zidd görünərsə, problemi həll etmək üçün dini biliklərin ifadə olunduğu maddi qabığın – dilin (təbii ki, söhbət ərəb dilindən gedir) xırdalıqlarını əsas götürməklə ayələri yozmaq (tə`vil etmək) lazımdır. Əks halda, həmin ayələrin həqiqi mənası bizə qaranlıq qalacaqdır.

Həqiqət haqqında

redaktə

Kindinin traktatlarında belə bir nöqteyi-nəzər əsas götürülüb ki, həqiqət təkdir, bu həqiqəti həm din, həm də fəlsəfə çatmaq istəyir[33]. Kindi yazırdı: "Etibarlı Məhəmmədin dedikləri və Allahdan aldığı vəhyi əqli dəlillər təsdiqləyir"[34]. Buna baxmayaraq, ağılla müqayisədə asan, yığcam və qəti olduğundan vəhyə verilən birincilik Kindinin yaradıcılığında din və fəlsəfə problemi ilə əlaqəli mühüm məsələdir. Kindi fi losofl arla müqayisədə peyğəmbərlərin üstün olduğunu etiraf etmişdi. Vəhyi ağıldan üstün tutsa da, filosof fəlsəfə və əqli dəlilləri rədd edənləri sərt şəkildə tənqid edirdi: "Yalnız sağlam təfəkkürü olmayanlar və cəhalət bataqlığında boğulanlar onu (fəlsəfəni – M.E.) inkar edə bilərlər"[35]. Dinin adından fəlsəfəni "küfr elmi" adlandıranlar Kindini çox narahat edirdi. O buna səbəb olanları "kafir" adlandırmaqdan çəkinmirdi: "Həqiqəti axtaran saxtakarlar …şəxsi mənafe və ehtiras alətinə çevirdikləri dinin adından istifadə edərək fəlsəfəni öyrənməyi rədd etməsinlər deyə uzun-uzadı mübahisələrdən çəkinməliyik. Kim "küfrdür" bəhanəsi ilə həqiqəti araşdırmağı rədd edərsə, kafi rdir. Çünki həqiqəti öyrənmək rübubiyyət və tövhidi öyrənmək deməkdir"[36].

Kindi göstərmişdir ki, fəlsəfəni rədd edənlər istəristəməz onu öyrənməlidirlər. Çünki fəlsəfəni öyrənməyin lazımlı olub-olmadığını sübut etmək gərəkdir; fəlsəfəni inkar edənlər bunu isbatlamalıdırlar. Sübut göstərib səbəbləri tapmaq isə fəlsəfənin işidir. Deməli, fəlsəfəni öyrənmək zəruridir[37][38]. Kindinin yaradıcılığında o da öz əksini tapıb ki, həqiqət nəsillərin nailiyyətidir; insan zəruri bilikləri təkbaşına əldə edə bilməz. Həqiqət uzun əsrlər ərzində zəka karvanının ciddi səyinin zəruri etdiyi əqli biliklərdə əks olunmuşdur: "Elə isə bizə həqiqəti …çatdıranlara minnətdarlığımızı bildirməliyik. …Haradan və kimdən gəlirsə-gəlsin, cazibəsinə heyran qalıb həqiqəti mənimsəməkdən çəkinməməliyik. Çünki həqiqət axtarışına çıxanlar üçün ondan daha qiymətli heç nə yoxdur"[39].

Vəhy haqqında

redaktə

Fəlsəfi əsərlərinin təhlili bizdə belə bir qənaət formalaşdırır ki, vəhyin birinciliyini etiraf etməklə dini müddəalara istinad edib əqli bilikləri vəhyi biliklərlə uyğunlaşdırmaq Kindinin fəlsəfi təlimində əsas cizgini əmələ gətirir. Kindiyə görə, üç cəhətdən fəlsəfə dinə uyğundur: a) məqsəd və məzmunda oxşar olmaq; b) tək həqiqəti əks etdirmək; c) hər ikisini öyrənmək zərurəti. Traktatlarından məlum olur ki, Kindi dinin müdafiəçisi olmuş, ağıl qarşısında vəhyin birinciliyini etiraf etmişdir. Qədim yunan fəlsəfəsini dərindən mənimsəməsinə baxmayaraq, bu böyük ərəb filosofunun Allaha imanı şəksiz olmuşdur. Fəlsəfəni yaxşı öyrənməyi ona dini apologetikada əzmkarlıq aşılamışdı. Bu cəhətinə görə digər müsəlman peripatetiklərindən fərqlənmiş, filosoflar əleyhinə əsərlər yazmış XII əsr ilahiyyatçısı Əbu Hamid əl-Qəzalinin tənqidlərinə tuş gəlməmişdi.

Mənbə

redaktə
  • Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslıq institutu. Bakı: İdrak, 2019, s. 96–103.

Əsərləri

redaktə
  • Risalə fil Akl Manaslk.
  • Risalə fi Mahiyyətin Nəvmi ver hayali bəsər.
  • Risalə fil Cəvahiril Xəmsə.
  • Risalə fil illətis Səlci vəl Bərdi vəl Bərki vəs Səvaiki vər Radi vəz Zəmhərir.
  • Risalə fiş Şubat.
  • Risalə fi Vəl Eləl Həsənə İhtiyaratil Əyyam.
  • De İntellecto Secondum Aristoteles et Platonem.
  • Risalə fi İhtilafil Manazır.
  • Fi Marifəti Kuval Ədviyətil Murəkkəbə.
  • Risalə fi'l-İlleti'i-Ləvni'l-Lazəvərdi
  • Risalə fi´l-hilə li-def´i´l-ahzan.
  • Risalətü Əflatun ila Furfuriyus fi hakikati nəfyi´l-həm.

İstinadlar

redaktə
  1. 1 2 Bibliothèque nationale de France Bibliothèque nationale de France: Yaʿqūb ibn Isḥāq Abū Yūsuf al- Kindī (0801?-0867?) (fr.). 2011.
  2. 1 2 AA.VV. Encyclopaedia of Islam, Encyclopédie de l’Islam (fr.). 1986. Vol. 5. P. 122.
  3. 1 2 Badawi A. R. Histoire de la philosophie en Islam (fr.). // Études de Philosophie Médiévale Paris: Librairie philosophique J. Vrin, 1972. Vol. 60. P. 386. 886 s. ISSN 0249-7921
  4. 1 2 Corbin H. Histoire de la philosophie islamique (fr.). 1964. P. 218.
  5. 1 2 https://www.google.fr/books/edition/History_of_Islamic_Philosophy/3xJjNG5CNdwC?hl=fr. S. 199.
  6. 1 2 Corbin H. Histoire de la philosophie islamique (fr.). 1964. P. 217.
  7. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  8. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  9. Abboud, Tony (15 January 2006). Al Kindi: The Father of Arab Philosophy. The Rosen Publishing Group, Inc. ISBN 9781404205116.
  10. Crone, Patricia (1980). Slaves on Horses: The Evolution of the Islamic Polity. Cambridge and New York: Cambridge University Press. pp. 110–111. ISBN 978-0-521-52940-2.
  11. Corbin, Henry (1993). History of Islamic Philosophy. London: Keagan Paul, p. 154.. ISBN 9781135198886.
  12. Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 122.
  13. 52. Corbin Henry. İslam felsefesi tarihi / Hüseyin Hateminin tərcüməsi ilə. Çap yeri və ili göstərilməyib, s. 281.
  14. Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 161.
  15. Bulaç Ali. İslam düşüncesinde din-felsefe, vahiyakıl ilişkisi. İstanbul: İz Yayıncılık, 2003, s. 122.
  16. Fahri Macit. İslam felsefesi tarihi / Kasım Turhanın tərcüməsi ilə. İstanbul: "İklim", 1987, s. 62.
  17. Corbin Henry. İslam felsefesi tarihi / Hüseyin Hateminin tərcüməsi ilə. Çap yeri və ili göstərilməyib, s. 281.
  18. Taylan Necip. Anahatlarıyla islam felsefesi. İstanbul: "Ensar", 2000, s. 61.
  19. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 1.
  20. سليمان دنيا. التفكير الفلسفي االسالمي. المغرب: مطبعة السنة المحمدية، 1967 s. 277.
  21. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 67.
  22. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 2.
  23. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 159–151.
  24. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 31.
  25. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 57.
  26. Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 216–217.
  27. Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 44.
  28. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 48.
  29. İbn Rüşd. Faslul Makal / Bekir Karlığanın tərcüməsi ilə. İstanbul: İşaret yayınları, 1992, s. 28.
  30. Taylan Necip. İslam düşüncesinde din felsefeleri. İstanbul: İrfan yayınları, 1997, 39 s.
  31. تاريخ الفلسفة في االسالم لألستاذ ج. د. بور وتعريب الدكتور أبو ريده، بيروت: دار النهضة العربية، 1981 s. 181.
  32. 1 2 Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 160.
  33. جميل صليبا. تاريخ الفلسفة العربية. بيروت: دار الكتاب العالمي، 1995 s. 130.
  34. Bayrakdar Mehmet. İslam felsefesine giriş. Ankara: TDV yayınları, 1998, s. 180.
  35. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 4.
  36. Fahri Macit. İslam felsefesi tarihi / Kasım Turhanın tərcüməsi ilə. İstanbul: "İklim", 1987, s. 64.
  37. Alper Ömer Mahir. İslam felsefesinde akıl-vahiy, din-felsefe ilişkisi. İstanbul: "Ayışığı" 2000, s. 72–73.
  38. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 5.
  39. Kindi. Felsefi risaleler / Mahmut Kayanın tərcüməsi ilə. İstanbul: "İz", 1994, s. 3–4.

Ədəbiyyat

redaktə
  • Adil Əsədov. İnsan təfəkkürü: qaynaqları, tarixi tipləri, perspektivləri. Bakı, 1992

Xarici keçidlər

redaktə