Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Alay[1] və ya polk[2] — bir polkovnikin əmri altında üç ya da dörd tabordan ibarət olan hərbi birlik. Bir həbri birlik olaraq çox köhnə tarixə malikdir. 16 əsrin ortalarında Fransız süvari birliklərinə də alay deyilirdi. Daha sonrakı əsrlərdə alayların öz bayraq, forma və gerbləri inkişaf etdirilmiş və müəyyən alaylar müəyyən bir şəxsiyyət, hərbi karier əldə etmişlər. 20 əsrin əvvəllərinə qədər AvropaABŞ ordularında alaylar 10 bölükdən ibarət idi. Napoleon isə alay təşkilatında yeni tənzimləmələrə getmiş və əmri altındaki alayları, biri qərargahda, digər ikisi də ərazidə olmaq üzrə üç tabor şəklində təşkilatlandırmışdır. 20 əsrin başlanğıcında Birləşmiş Ştatlar ordusu da bu yeniliyi mənimsəmişdir. Alayların bu quruluşu Birinci dünya müharibəsi, İkinci dünya müharibəsiKoreya müharibəsi ərəfəsində dəyişməmişdir.

Vahid Heyət Rəhbər
Tim 4 Kiçik çavuş
Çavuş
Baş çavuş
Birinci dərəcəli starşina
İkinci dərəcəli starşina
Üçüncü dərəcəli starşina
Manqa 8-13 Kiçik gizir
Gizir
Baş gizir
Kiçik miçman
Miçman
Baş miçman
Taqım 25-26 Kiçik leytenant
Leytenant
Baş leytenant
Bölük 80-225 Baş leytenant
Kapitan (hərbi rütbə)
Kapitan-leytenant
Tabor 300-1300 Kapitan (hərbi rütbə)
Mayor
Polkovnik-leytenant
Üçüncü dərəcəli kapitan
Alay 1300-3000 Polkovnik-leytenant
Polkovnik
İkinci dərəcəli kapitan
Briqada 3000-5000 Polkovnik
General-mayor
Kontr-admiral
Diviziya 10000-15000 General-mayor
Kontr-admiral
Korpus 20000-45000 General-leytenant
Vitse-admiral
Ordu 80000-200000 General-polkovnik
Admiral
Ordu qrupu 400,000–1,000,000 Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral

Azərbaycan Silahlı Qüvvələrində və digər dövlətlərdə həbri birləşmələrdən başqa,hüquq mühafizə orqanlarının şəxsi heyətinin birləşmələridə Alay adlandırılır.məs:Çevik Polis Alayı və s.

İstinadlar

redaktə
  1. Алај // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 211.
  2. Латыш атыҹылары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 170.