Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır.
Vahid | Heyət | Rəhbər |
---|---|---|
Tim | 4 | Kiçik çavuş Çavuş Baş çavuş Birinci dərəcəli starşina İkinci dərəcəli starşina Üçüncü dərəcəli starşina |
Manqa | 8-13 | Kiçik gizir Gizir Baş gizir Kiçik miçman Miçman Baş miçman |
Taqım | 25-26 | Kiçik leytenant Leytenant Baş leytenant |
Bölük | 80-225 | Baş leytenant Kapitan (hərbi rütbə) Kapitan-leytenant |
Tabor | 300-1300 | Kapitan (hərbi rütbə) Mayor Polkovnik-leytenant Üçüncü dərəcəli kapitan |
Alay | 1300-3000 | Polkovnik-leytenant Polkovnik İkinci dərəcəli kapitan |
Briqada | 3000-5000 | Polkovnik General-mayor Kontr-admiral |
Diviziya | 10000-15000 | General-mayor Kontr-admiral |
Korpus | 20000-45000 | General-leytenant Vitse-admiral |
Ordu | 80000-200000 | General-polkovnik Admiral |
Ordu qrupu | 400,000–1,000,000 | Dörd ulduzlu general/Admiral/Marşal/Böyük Admiral |
Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir.
Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir.
Motaatıcı tabor
redaktəƏsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor.
- 3 motaatıcı bölük
- Minaatan batareya
- Artilleriya batareya
- Yükdaşıyan avtomobil taqımı
- Tankəleyhinə taqım
- Qumbaraatan taqım
- Texniki-təminat taqımı
- Maddi-təminat taqımı
- Tibbi-yardım
Tank taboru
redaktəƏsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor.
- 3 tank bölüyü
- Rabitə taqımı
- Texniki-təminat taqımı
- Maddi-təminat taqımı
- Tibbi-yardım
Rabitə taboru
redaktəƏsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir.
- Tabor qərargahı
- Radio bölüyü
- Estafet bölüyü
- Təmir dəstəsi
Təmir taboru
redaktəBaxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir. Baxım təmir taboru, ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.
- Tabor qərargahı
- 2 Palitralı vasitə təmir bölüyü
- 1 Təkərli vasitə təmir bölüyü
- 1 Sursat təmir bölüyü
- 1 Nəqliyyat vasitəsi qurtarma bölüyü
- 1 Xüsusi təmir bölüyü
- 1 Baxım təmir taqımı
İstehkam taboru
redaktəBriqadanın nəqliyyatı üçün lazımlı infrastrukturdan və ərazi təhlükəsizliyindən məsul vahiddir. İstehkam taborları ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.
- Tabor qərargahı
- 1 Mina təmizləmə bölüyü
- 1 İnşa bölüyü
- 1 Yol körpü inşa bölüyü
- 1 Səyyar körpü bölüyü
- 1 İstehkam kəşf bölüyü
- 1 Xəbərləşmə bölüyü
- 1 Təmir taqımı
KQSM (kütləvi qırğın silahlarından müdafiə) taboru
redaktəKimyəvi silahlar və bunların təsirlərinə qarşı lazım olan tədbirləri görməklə vəzifəli, xüsusi təhsilli işçilərdən yaradılar. Kimyəvi müdafiə etmə taborları aşağıdakılardan ibarətdir.
- Tabor qərargahı
- 1 Dekontaminasyon bölüyü
- 1 Kimyəvi kəşfıyyat bölüyü
- 1 Təmir taqımı
Tibbi yardım taboru
redaktə- Tabor qərargahı
- 1 Gigiyenika bölüyü
- 1 Xəstə-yaralı nəqlıyyat bölüyü
- 1 Dezinfeksiyon bölüyü
- 1 Təmir taqımı
Azərbaycan Quru Qoşunlarının tabeçiliyindəki taborlar
redaktə- Kəşfiyyat taboru
- Çapar taboru
- Kəşf və Elektronik Müharibə taboru
- İstehkam taboru
- Rabitə taboru
- KQSM taboru
- Təmir taboru
- Şagird və kursant taboru
- Tibbi yardım taboru
- Minaatan tabor
- Tank taboru
- Topçu taboru
- Manevr taboru
- Motaatıcı tabor
Hərb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |