Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"[1]; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin  davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar AvropaAmerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır.[2]

Budda haqqında

redaktə

Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur.


Buddizmin yaranma tarixi

redaktə

Buddizm dünyanın ən qədim dinlərindən biridir. Onun mənşəyi eramızdan əvvəl I minilliyin ortalarında şimal hissədə hökm sürən brahmanizmin əks çəkisi kimi baş vermişdir. Qədim Hindistan fəlsəfəsində buddizm onunla sıx qarışmış əsas yer tutub və tutur.[3]

 
Buddizm

Buddizmin meydana gəlməsini qısaca nəzərdən keçirsək, ayrı bir elm kateqoriyasına görə, hind xalqının həyatında müəyyən dəyişikliklər bu fenomenə kömək etdi. Təxminən eramızdan əvvəl VI əsrin ortalarında. Hindistan cəmiyyətini mədəni və iqtisadi böhran bürüdü.

O vaxta qədər mövcud olan tayfa və ənənəvi əlaqələr tədricən dəyişməyə başladı. Çox vacibdir ki, sinfi münasibətlərin formalaşması məhz həmin dövrdə baş verdi. Hindistanın geniş ərazilərində dolaşan çoxlu asketlər var idi, onlar dünyaya öz baxışlarını formalaşdırdılar və bunu başqa insanlarla paylaşdılar. Beləliklə, o dövrün əsaslarına zidd olaraq, xalq arasında tanınma qazanan Buddizm meydana çıxdı.

Çoxlu sayda alimlər Buddizmin banisinin olduğuna inanırlar real insan adı ilə Siddhartha Gautama , kimi tanınır Budda Şakyamuni . O, eramızdan əvvəl 560-cı ildə anadan olub. Şakya tayfasının padşahının varlı ailəsində. Uşaqlıqdan o, nə məyusluq, nə də ehtiyac bilirdi, sərhədsiz dəbdəbə ilə əhatə olunmuşdu. Siddhartha xəstəliyin, qocalığın və ölümün varlığından xəbərsiz olaraq gəncliyini belə yaşadı.

Onun üçün əsl şok o idi ki, bir gün saraydan kənarda qoca, xəstə bir kişi ilə gəzinti zamanı qarşılaşdı. Dəfn mərasimi. Bu ona o qədər təsir etdi ki, 29 yaşında sərgərdan zahidlər qrupuna qoşuldu. Beləliklə, o, varlığın həqiqətini axtarmağa başladı. Qautama insan bəlalarının mahiyyətini anlamağa çalışır və onları aradan qaldırmağın yollarını tapmağa çalışırdı. İnsan əzabdan qurtulmazsa, sonsuz reenkarnasiya silsiləsi qaçılmaz olduğunu dərk edərək, suallarına müdriklərdən cavab tapmağa çalışdı. [4]

Buddanın həyatı

redaktə

Tərcümədə “Oyaq” mənası kəsb edən Budda sözü əslində islahatçı Buddizm məktəbinin banisi Qautama Şakyamuninin ləqəbidir. Buddistlərin nəzərincə Hindistanın şimalında yerləşən Kapilavastu şəhərinin padşahının oğlu olan Qautama eradan qabaq 563-cü ildə dünyaya gəlmişdir və ilk öncə Siddarta, yəni xoşbəxt adını daşıyırdı. Astroloqlar bu şahzadənin gələcəkdə islahatçı və böyük fateh olacağını bildirmişdilər. Eləcə də, bəzi xəstəliklərin nümunələrini, qocalığı, ölümü və böyük əzab-əziyyət çəkdikdən sonra dünyadan üz döndərəcək və nəfsinin əzab-əziyyət yolu ilə tərbiyələndirilməsi yolunu seçəcəyini söyləmişdilər. Elə bu səbəbdən də, atası onu yorucu həyatdan uzaqlaşdıraraq naz içərisində yaşaması üçün şərait yaratdı və onun davranışlarını nəzarət altında saxlanılmasına təkid etdi. Şahzadə əmisi qızı Yaşudhara ilə ailə qurdu və onların Rahula adlı oğlu dünyaya gəldi. 29 yaşında onun barəsində verilən proqnozların həqiqətən də baş verdiyini görən Qutama gecə vaxtı saraydan və naz-nemətlərindən qaçdı. O, Alara adlı bir şəxslə tanış olduqdan sonra onun təlimlərindən istifadə etdi və rahiblik həyatını seçdi. Nəfsinin paklaşması üçün altı il meşələrdə yaşayaraq özünə müxtəlif əzablar çəkdirdi və sonda həqiqətə nəfsani əzablarla çata bilmədiyini gördükdə bu metodu tərk etdi, düşünmək və mənəviyyatını paklaşdırmaq mərhələsinə başladı. Onun böyük cihadı altı il çəkdi. O, sonralar “Oyanış ağacı” adlanan ağacın altında yeddi həftə oturdu, dağıdıcı şeytan Mara ilə mübarizə apardı və həqiqətə çataraq hamının yaxşı tanıdığı Budda oldu. Buddistlərin əqidəsinə görə ötən zamanlarda da bir neçə Budda mövcud  olmuşdur.  Buddaların  hər  birisi  zühur  etməmişdən   öncə Bodisatva adı ilə məşhurlaşmışdılar. Yəni, əxlaq, irfan və mərifətə çatmış şəxs və yaxud güclü Budda. Budda qırx il ərzində Hindistanın müxtəlif yerlərinə səfərlər edərək öz dinini bu ölkənin hər yerində təbliğ etmişdir. Onun insanlarla keçirdiyi görüşlərdən sonra bir çox şagirdi meydana çıxdı və bu şagirdlərin ən tanınmışı əmisi oğlu idi. Budda sonda səksən yaşında təxminən eradan əvvəl 483-cü ildə bu dünyanı tərk edərək Nirvanaya qovuşdu. Buddanın qeyri-adi həyat hekayəsi ən qədim zamanlardan belə hamının diqqətini özünə cəlb etmişdir və elə bu səbəbdən də, bu dini hekayə dünyanın müxtəlif dillərinə tərcümə olunaraq çap edilmişdir.[2]

Budduanın fəlsəfəsi

redaktə

Həqiqəti əldə edərək ona qovuşan Budda ilk olaraq Benares şəhərinə getdi. Onun məqsədi ondan üz döndərmiş beş rahibi tapmaq idi. Budda belə fikirləşdi ki, bu beş nəfər də onun kimi həqiqət axtarışındadırlar və onları təlimləndirmək başqalarına təlim verməkdən daha asan ola bilər.

Benares şəhərinə daxil olan kimi həmin beş nəfəri gördü. Onlar şəhərin yaxınlığındakı meşədə oturaraq söhbət edirdilər. Onlar Buddanı görən kimi bir-birilərinə belə dedilər: “Bu gələn Siddartadır. O, rahiblikdən əl çəkib və buna görə də yaxşı olar ki,onunla heç birimizin işimiz olmasın.”

Amma Budda onlara yaxınlaşan kimi ona salam verdilər və ondan yanlarında oturmağı xahiş etdilər. Bu zaman ondan soruşdular: “Sonda axtardığın həqiqəti tapa bildin?” Budda cavab verdi: “Bəli onu tapdım.”

Rahiblər dedilər: “Varlığın həqiqəti, hikməti və sirri nədir?” Budda soruşdu: “Siz Karmaya, yəni davranış qanunlarına inanırsınız?” Rahiblər cavab verdilər: “Bəli inanırıq.” Budda dedi: “Elə isə bilin ki, hikmətin və agahlığın başlanğıcı həqiqətdir. Yaxşıdan yaxşı əmələ gəlir və pisdən pis. Bu həyatın ilk qanunudur və bütün başqa şeylər bu qanun üzərində qurulmuşdur.”

Rahiblər dedilər: “Bu yeni məsələ deyil.” Budda dedi: “Əgər belədirsə onda qurban kəsməyin, duanın və insanın öz nəfsinə işgəncə verməsi ağıllı addım deyildir.”

Rahiblər soruşdular: “Necə?” Budda cavab verdi: “Çünki, su həmişə enişə doğru hərəkət edir, od həmişə yandırır və buz həmişə soyuqdur. Əgər Hindistanın bütün Tanrılarına belə dua oxusaq su yoxuşa tərəf hərəkət etməyəcək, od soyuq və buz isti olmayacaq. Çünki, bu həyatda elə qanunlar mövcuddur ki, bütün məsələlər bu qanunların üzərində qurulmuşdur. Elə buna görə də, bunu ləğv etmək olmur və dua edərək qurban kəsməyin də bu məsələyə heç bir xeyri yoxdur.”

Rahiblər bu sözlə razılaşdırlar və Budda sözlərinə davam edərək dedi: “Əgər bu söz həqiqətdirsə, onda insanlara dua etməyin və qurbanlar kəsməyin adət-ənənəsini öyrədən Vedalar kitabı da düzgün deyildir və mən olanların dediklərinin tam əksinə olaraq demək istəyirəm ki, Vedalar müqəddəs deyildir.”

Rahiblər onun belə cəsarətli sözlərindən təəccübləndilər və Budadan soruşdular: “Sən demək istəyirsən ki, Brahman insanları yaradanda onları müxtəlif kastalara ayırmamışdır?” Budda cavab verdi: “Mən ümumiyyətlə, Brahmanın nəsə yaratmasına inanmıram.”

Rahiblər soruşdular: “Yaxşı, de görək dünyanı kim yaratmışdır?” Budda cavab verdi: “Mənim nəzərimcə dünya əbədi və əzəlidir. Onun nə başlanğıcı, nə də sonu var. Dünyada həqiqətən də ondan uzaqlaşmağın vacib olduğu iki məsələ var: Birincisi xudbinliyin və alçaqlığın yaratdığı ləzzətlərlə dolu həyat və ikincisi  əzab-əziyyətli və nəfsinə işgəncələrlə olan həyat. Belə həyatın da heç bir faydası yoxdur və bu yolun heç birisi insanı xoşbəxtliyə aparmır.”[2]


Sonda Rahiblər Buddadan soruşdular: “Yaxşı, onda de görək  düz yol hansıdır?” Budda cavab verdi: “Ləzzətlə əzab-əziyyət arasındakı orta yol. Bunu səkkiz yolla əldə etmək mümkündür. Bu səkkiz yol həyatın səkkiz böyük qanununu öyrədir:

  1. Düzgün baxış; Yəni, düzgünlüyün və həqiqətin insanın əsil bələdçisi olmasına
  2. Düzgün düşüncə; İnsan həmişə sakit və xoş xasiyyətli olmalıdır, heç bir canlıya zərər yetirməməlidir.
  3. Düzgün söz; İnsan heç vaxt yalan danışmamalıdır və ağzını çirkin və pozğun sözlərlə açmamalıdır.
  4. Düzgün rəftar; İnsan heç vaxt oğurluq etməməlidir, əlini kiminsə qanına bulamamalıdır və sonradan peşimançılığa səbəb olacaq işlər görməməlidir.
  5. Düzgün yaşayış; İnsan heç bir pis əməl arxasınca getməməlidir, sələm pul verməməlidir və onun gəlirindən istifadə etməməlidir, riyakar və ikiüzlü olmamalıdır, oğurluq maldan istifadə etməməlidir.
  6. Düzgün çalışmaq; İnsan həmişə yaxşılıq üçün çalışmalıdır və bütün çirkinliklərdən uzaqlaşmalıdır.
  7. Düzgün diqqət; İnsan həmişə sakit olmalıdır, şadlığın və qüssənin onun düşüncələrini dağıtmağa imkan verməməlidir
  8. Düzgün fikirləşmək; Yuxarıdakı yeddi qanunun əsasını və özülünü təşkil edir

Sonra Budda düzgünlük barədə qanunları belə açıqlamağa başlayır:

  1. Canlılara əzab-əziyyət verməkdən uzaqlaşmaq
  2. Oğurluqdan uzaqlaşmaq
  3. Həyasızlıqdan uzaqlaşmaq
  4. Yalandan uzaqlaşmaq
  5. Sərxoşluqdan uzaqlaşmaq
  6. Pis söz danışmaqdan uzaqlaşmaq
  7. Xudbinlikdən uzaqlaşmaq
  8. Nadanlıqdan uzaqlaşmaq
  9. Düşməçilikdən uzaqlaşmaq [2]

Buddizmin firqələri

redaktə
 
Buddizm

Buddizmdə üç firqə mövcuddur:

  1. Mahayana; Yəni, “Böyük çarx”. Bu şimal firqəsi Çində daha geniş yayılmışdır. Buddizimdən olan bu firqə Çində Konfutsizm, Lautsa və Yaponiyada Şintoizm etiqadları və adət-ənənələrilə qarışmışdır. Onun irfani təriqətlərindən biri Sanskrit dilində Dehyana,yəni düşünmək, Çin dilində Çanq və Yapon dilində Zen adlandırılır və dünyada bu adlarla böyük şöhrət qazanmışlar.
  2. Hinayana; Yəni, “Kiçik çarx”. Bu cənub firqəsi Şrilankada və cənub-şərqi Asiya ölkələrində yayılmışdır. Bu firqə davamçıları öz məzhəblərini Teravada, böyüklərin və əcdadların dini adlandırırlar.
  3. Vacrayana; Yəni “Almaz çarx”. Bu firqə Tibetdə mövcuddur. Onlar Buddizmi sehrbazlıq, kahinlik və Totemizimlə qarışdıraraq özləri üçün güclü təşkilat yarada bilmişlər. Qeyd etdiyimiz firqə Lamaizm də adlandırılır və həmin firqənin qüdrətli rəhbərini Dalaylama, yəni dənizə bənzər rəhbər adlandırırlar. Bu firqənin ən maraqlı cəhətlərindən biri də budur ki, onların dini liderləri dünyasını dəyişəndə rahiblər onun canişini olmağa layiq uşağın, yəni Dalaylama ölən anda dünyaya gələn uşağın axtarışına çıxırlar. Sonra onlar bu uşağı xüsusi olaraq bəsləyirlər. Həmin uşaq elm öyrəndikdən və müxtəlif məqamları geridə qoyduqdan sonra qeyd etdiyimiz dini məqama yüksəlir. Bizim zamanımızda Çin Kommunizminin Tibetə təsirindən sonra Dalaylama Hindistana köçməli və öz dini liderliyinə orda davam etməli oldu. Bəzi Qərb ölkələrinin Çin ölkəsilə əlaqələri pisləşən kimi onlar Lamaların sürgündə olan liderini rəsmi səfərə dəvət edirlər və bunun ardınca Çinin etiraz səsləri yüksəlir. Dalaylama bir neçə il bundan öncə dini adət-ənənəyə zidd olaraq bir oğlan uşağını öz yerinə təyin etdi və bu hərəkətdən sonra geniş etirazla üzləşdi.[2]

Buddizmin kitabları

redaktə

Buddistlərin ən qədim müqəddəs kitabı Tripitaka, yəni “üç səbət” adlanır. Bu kitab üç hissədən ibarətdir:

  1. Rahibliyin qaydaları
  2. Nicat tapmağın yolları
  3. Fəlsəfi və psixoloji məfhum

Buddizmin müqəddəs kitabları PaliPrakeriti dilindədir. Buddizmin müxtəlif firqələrinin özünəməxsus kitabları da mövcuddur.[2]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Online Sanskrit Dictionary Arxivləşdirilib 2012-06-15 at the Wayback Machine (ing.) Buddha — Просветленный (The Enlightened One). Dharma — Закон, Истина, Учение (Law, Truth, Doctrine).
  2. 1 2 3 4 5 6 Hüseyn Tövfiqi. [buddizm-dini.html "Buddizm dini"] (#bad_url) (az.). kayzen.az. 15 dekabr 2017. İstifadə tarixi: 6 iyul 2022.
  3. Məlikov, Ə. "Buddizmin tarixi, inancları və təriqətləri". Elm və Həyat journal (az.). 2022. doi:10.13140/RG.2.2.12273.35689.
  4. "Buddizm. Baş vermə tarixi. Buddizmin yaranma tarixi - dinin neçə yaşı var" (az.). m-eng.ru. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2022.

Ədəbiyyat siyahısı

redaktə
  • Əliyev (Ayvazalı) Bəhmən Fazil oğlu. Hindistanın etnoqrafiyası (maddi mədəniyyət). I. Bakı, “Elm və təhsil”, 2017, 244 səh. — ISBN 978-9952-8176-6-9
  • Aliya ŞARAFULLİNA. BUDİZM’DE VE TİBET BUDİZM’İNDE İNANÇ ESASLARI. Uludağ Üniversitesi. BURSA – 2013. s. 109
  • Məlikov, Ə., Buddizmin tarixi, inancları və təriqətləri // Elm və Həyat jurnalı (ISSN:2710-0944), 12 aprel 2022, №1 (475), səh. 92-96 (http://dx.doi.org/10.13140/RG.2.2.12273.35689)

Xarici keçidlər

redaktə