Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Facebook

sosial media sayt

Facebook (azərb. Feysbuk‎, IPA: [ˈfeɪsˌbʊk ]) — əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin MoskovitsKris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi. Meta Platforms şirkətinə məxsusdur.

Facebook
Loqonun şəkli
URL facebook.com
Tipi Sosial şəbəkə
Dilləri müxtəlif
Proqramlaşdırma dili PHP
Sahibi Meta Platforms
Müəllif (lər) Mark Zukerberq
Açılma tarixi 4 fevral 2004
Hazırkı statusu fəal
Alexa reytinqi 6 (10 noyabr 2021)[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranması

redaktə

2003-cü ilin sonlarında Mark Zukerberq tərəfindən yaradılan Facebook-un ilkin məqsədi Amerikanın müxtəlif universitetlərində, xüsusən də Kolumbiya Universitetində tələbələr arasında əlaqəni gücləndirmək idi. Universitetlərə yayılmağa başlayandan sonra maliyyə və media kimi mövzulara diqqət yetirərək Facebook-u gücləndirmək hədəflənib. 2004-cü ilin aprelində Zukerberq Dustin Moskovitz və Eduardo Saverin ilə birlikdə Facebook-a TheFacebookLLC adı altında qurulan şirkətlə korporativ şəxsiyyət verdi. 2004-cü ilin iyununda Peter Thiel tərəfindən Facebook-a 500.000 dollar sərmayə qoyulub. Bunun ardınca 2005-ci ilin may ayında Accel Partners tərəfindən 13 milyon dollarlıq investisiya qoyuldu və 2006-cı ilin sentyabr ayından etibarən sayt 13 yaşından yuxarı hər kəsi üzv kimi qəbul etməyə başladı, elektron poçtla təsdiqləmə şərti ilə

Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011-ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.

Facebook Azərbaycan dilində

redaktə

"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.

"Facebook" "Translations Apps" tətbiqetməsi çərçivəsində istifadəçilər xidməti səhifələrin mətnlərini və saytın menyusunu tərcümə edir, administrasiya isə tərcümənin nəticələrini yoxlayır və üslubun dəyişilməz qalmasına nəzarət edir. İnterfeysin ayrı-ayrı elementlərinin ən yaxşı variantları səsvermə yolu ilə müəyyən olunur.

Hazırda tərcümənin çox pərakəndə şəkildə aparılması, tərcümədə hər kəsin asanlıqla iştirak edə bilməsi (ingilisAzərbaycan dili səviyyəsindən eləcə də tərcümə təcrübəsindən və "xoşniyyətli" olub-olmamasından asılı olmayaraq) və mərkəzi bir idarə sistemi olmaması bəzi məqamlarda tərcümənin keyfiyyətini düşürür.[2]

"Facebook"da qeydiyyatdan keçmiş ilk 20 şəxs

redaktə

Həmin şəxslər hazırda "Facebook"da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

İlk qeydiyyatdan keçənlər:

  1. Mark Zukerberq — Zukerberq dünyaca məşhur Facebookun yaradıcısıdır. Hazırda da "Facebook"da fəaliyyət göstərir[3].
  2. Kris Hyuz — Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.
  3. Dastin Moskovits — Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda "Asana"nın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.
  4. Arie Hasit — Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.
  5. Endryu Makkolam — Endryu da Harvardı bitirmiş və Markla birlikdə “Əməliyyat sistemləri” dərslərinə girib. Zukerberq Makollamdan "Facebook"un ilk loqotipini hazırlamağı xahiş edib.
  6. Kolin Kelli — Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.
  7. Mark Kaqanoviç — Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stenford Universitetinin doktorluq dərəcəsini alıb. Hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.
  8. Andrey Boros — Andrey hazırda Londonda yaşayır və "Capeview Capital" şirkətində işləyir.
  9. Manuel Antonio Aqilar — Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin "Facebook"a qoşulmasında vasitəçilik edib. Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, "Cassa" tikinti şirkətinin prezidentidir.
  10. Zak Berku — "Facebook" haqqında ilk dəfə AEPİ-dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.
  11. Samur Layne — Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitidə uşaq evlərinin tikilməsinə kömək edir.
  12. Sara Qudin — Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ilə dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.
  13. Kang-Xing Jin — Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin "Facebook"a universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin "Facebook"da texniki direktordur.
  14. Kolin Cekson — Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə "Tufts"da tibbi öyənir.
  15. Devid Cekus — Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və “Aquiline Advisors”da analitik kimi işə başlayıb.
  16. Devid Hammer — Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid “Google”da işə başlayıb. Eyni zamanda o, “Emissary.io” şirkətinin əsasını qoyub.
  17. Alana V.Devis — Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana “Google”da işləyir.
  18. Eboni Hazl — Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni “Gibson Dunn & Crutcher”in əməkdaşıdır.
  19. Eduardo Saverin — Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo "Facebook"un reklamı ilə məşğul olurdu. "Facebook"da həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb.
  20. Co Qrin — Qrin əvvəldən "facebook"la bağlı olub. O, Zukerberqə "Facebook"un ilkin forması olan "Face Mash"-in hazırlanmasında kömək edib. Lakin sonralar "Face Mash" Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co "FWD.us"-ın həmtəsisçisidir.

İstinadlar

redaktə
  1. "facebook.com Competitive analysis". 2018-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
  2. "Facebook Azərbaycan dili və Problemləri". 2011-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-19.
  3. "Arxivlənmiş surət". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-11.

Xarici keçidlər

redaktə