Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Jak-İv Kusto (Jacques-Yves Cousteau) (d. 11 iyun 1910 - ö.25 iyun 1997), Fransız okean mütəxəssisi, dəniz zabiti və kino rejissoru.

JAK-İV KUSTO
fr. Jacques-Yves Cousteau
Jak-İv Kusto 1972-cı ildə
Jak-İv Kusto 1972-cı ildə
Doğum tarixi
Doğum yeri Fransa
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Paris, Fransa
Fəaliyyəti zooloq, tədqiqatçı-səyyah[d], kinematoqraf[d], fotoqraf, okeanoqraf[d], yazıçı, ixtiraçı, ssenarist, dəniz bioloqu, mühəndis, bioloq, kinorejissor, prodüser
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto 1910-cu ildə Fransada doğulub.

İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib.

1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan "sualtı ağ ciyər" – akvalanq ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir. İçərisinə sıxılmış hava doldurulan üç balon dalğıcın kürəyinə keçirilir. Oksigen xüsusi şlanq vasitəsilə dalğıcın ağzındakı müştüyə dolur. Nəticədə insan suyun altında rahat nəfəs alır və hərəkət edir. Sukeçirməyən maska yaxşı görməyə imkan verir, dalğıcın gözlərini və burnunu qoruyur. Rahat kürəklər isə dalğıcın suyun dərinliklərində balıq kimi üzməsinə şərait yaradır.

Jak-İv Kusto və onun komandası bu ixtiranı əvvəlcə öz üzərlərində sınaqda keçirib. Onlar həyatlarını riskə ataraq akvalanqın bütün qüsurlarını aradan qaldırıblar. Sualtı təhlükəsizliyi təmin etmək barədə düşünən ixtiraçılar oksigen verilməsi üçün avtomatik tənzimləyici yaradıblar.

Akvalanqın kəşfi sualtı səltənətin qapılarını insanların üzünə taybatay açdı. Jak-İv Kusto və onun ardıcılları planetimizin müxtəlif guşələrində okeanların və dənizlərin dərinliklərinə baş vururlar. Dalğıclar okeanda gördüklərini dünyaya nümayiş etdirirlər. Buna görə də sualtı foto və videoçəkilişlər inkişaf etməyə başlayır. Sualtı aləmin gözəlliyi insanı valeh edir. Dalğıclar suya qərq olan gəmiləri, fantastik mərcan riflərini, dəniz sakinlərinin həyatını, suyun dibində yerləşən mağaraların şəklini çəkirlər. Kusto komandasının aşkar etdiyi qədim yunan amforaları və antik mərmər sütunlar hazırda əsl muzey dəyərlərinə çevrilib.

Dalğıclar suyun zəif qızdığı dərin qatlarda tez donduqları üçün Jak-İv Kusto xüsusi hidrokostyum yaradıb. Bu kostyum soyuq suya dalma zamanı istiliyi daha yaxşı saxlayır. Nazik ara qat ilə təchiz edilən rezinləşdirilmiş xüsusi geyim dalğıcın nəfəsi ilə dolur. Kostyumun çox şişməməsi üçün ixtiraçı artıq havanı çıxaran xüsusi klapanlar düzəldib. Yeni model Qrenlandiya buzlaqlarında uğurla sınaqdan keçirilib.

Bu maraqlıdır: Qurudakı təzyiq hiss olunmur. Axı, biz yalnız havanın təzyiqinə məruz qalırıq. Dənizə baş vuranda isə su sütunun təzyiqini hiss edirik. Suyun təzyiqi 10 metr dərinlikdə iki dəfə, 20 metr dərinlikdə 3 dəfə artır və bu ardıcıllıqla davam edir. Suyun səthindən 9 min metr dərinlikdə hər kvadratsantimetrə düşən suyun təzyiqi təqribən bir tona çatır.

Qalereya

redaktə

Həmçinin bax

redaktə
  1. 1 2 Fransa Akademiyası. 1635.