Klemens fon Metternix
Klemens fon Metternix (alm. Klemens Wenzel von Metternich, 15 may 1773[3][4][…], Koblens, Trir kürfürstlüyü, Müqəddəs Roma imperiyası[1] – 11 iyun 1859[3][5][…], Vyana[2][1]) — Avstriya dövlət xadimi, Avstriya imperiyasının Xarici işlər naziri və dövlət kansleri, Vyana konqresinin əsas təşkilatçısı. 1848-ci il Avstriya inqilabı zamanı istefa vermişdir.
Klemens fon Metternix | |
---|---|
alm. Klemens Wenzel Lothar von Metternich | |
| |
Avstriyanın xarici işlər naziri | |
1809 – 1847 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, yazıçı |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAvropa mühafizəkarlığının ən aparıcı simalarındandır. Ömrünün 39 ilini (1809-1848) Avstriya imperatorluğunun Xarici İşlər Naziri vəzifəsində çalışan Metternix, bu illər ərzində Avropa tarixinin şəkillənməsində rol alan nadir dövlət adamlarından biri olub. Metternix həmçinin Vyana konqresinin (1815) əsas arxitektlərindən biri kimi Post- Napoleon Avropasının qurulmasında çox önəmli rol oynayıb. "Metternix sistemi" adlanan və davamlı konqreslərlə müşayət olunan bu güc balansı, 1848-ci il İnqilablarına qədər Avropanın böyük dövlətləri (Prusiya, Avstriya, Rusiya, Böyük Britaniya, Fransa) arasındakı münasibətlərin tənzimləyən başlıca mexanizm olub. Metternix, 1848-ci ildə 39 il fasiləsiz diplomatik fəaliyyətdən sonra istefa veribdir.[6]
Hətta istefadan sonra belə Avstriya imperatoru I Frans İosif daima xarici siyasət məsələlərində onunla məsləhətləşirdi.
Klemens Metternix, mühafizəkar bir dövlət adamı kimi Fransız İnqilabı ilə təməlləri atılan liberalizm, millətçilik hərəkatları və dövrün bir çox yeniliklərinə qarşı kəskin düşmən münasibəti bəsləyərək bu meyillər ilə mübarizə aparmaq üçün qitə gücləri arasında davamlı məsləhətləşmələr edilməsi, birliyin qurulmasının əsas təşəbbüskarı olmuşdur. 1820-ci ildə Rus Çarı I Aleksandrın müraciəti üzrə hazırlanan memorandumda Metternix öz şəxsi görüşlərinə əsaslanaraq Avropadakı liberal hərəkatları, millətçilik meyillərini şərh edir, onların səbəblərini analiz edir və mübarizə üsulları ilə həll yollarını irəli sürür. Metternixin irəli sürdüyü mühafizəkar prinsiplər, demək olar bütün XIX əsr boyu, Avropadakı imperiyaların öz mövqelərini saxladığı bir dövrdə mühafizəkarların liberalizmə, inqilablara, milli azadlıq hərəkatlarına, siyasi hüquqlara, islahatlara, Konstitutsiyaya, mətbuata və.s yenilik adlanan bir çox anlayışa qarşı mövcud olan münasibətlərini ümumi şəkildə əks etdirdiyi üçün həmin dövrdə mühafizəkarlığın daxili böhranını, bir dönmə nöqtəsində olduğunu başa düşməkdə əhəmiyyətli mənbələrdəndir.[6]
Ədəbiyyat
redaktə- Энгельс Ф., Начало конца Австрии, К. Маркс и Ф. Энгельс, Соч., 2 изд., т. 4;
- Энгельс Ф., Борьба в Венгрии, там же, т. 6;
- Энгельс Ф., Революция и контрреволюция в Германии, там же, т. 8, с. 30-36;
- Энгельс Ф., Роль насилия в истории, там же, т. 21, с. 432-37;
- Оберман К., О роли Меттерниха в европейской дипломатии 1813 г., в сборнике: Освободительная война 1813 г. против наполеоновского господства, М., 1965;
- Раковский Х. Г. Князь Меттерних. Его жизнь и политическая деятельность. СПб, 1905
- Чубарьян А. О. Эволюция европейской идеи (до конца XIX века). — Вопросы истории, 1981, № 5
- Шедивы Я. Меттерних против Наполеона. М., 1991
- Орлик О. В. Россия в международных отношениях 1815—1829. М., 1998
- Рахшмир П. Ю. Князь Меттерних: человек и политик. Пермь, 1999
- 3ак Л. А., Монархи против народов. Дипломатическая борьба на развалинах наполеоновской империи, М., 1966;
- Srbik Н., Metternich der Staatsmann und der Mensch, 3 Aufl., Bd 1-2, Münch., 1957;
- Bertier de Sauvigny G., Metternich et son temps, P., 1959;
- May A. J., The age of Metternich. 1814—1848, N. Y., 1965;
- Obermann K., Bemerkungen über die bürgerliche Metternich-Forschung, "Zeitschrift für Geschichtswissenschaft", 1958, No 6;
- Schroeder P. W., Metternich studies since 1925, "Journal of Modern History", 1961, v. 33, ?3.
- Alatlı Alev. Batı'ya Yön Veren Metinler (4 Cilt Takım),İlke eğitim ve sağlık vakfı, 2010
İstinadlar
redaktə- ↑ 1 2 3 4 http://tnk.krakow.pl/czlonkowie/metternich-klemens/.
- ↑ 1 2 Wurzbach D. C. v. Metternich-Winneburg, Clemens Lothar Wenzel Fürst (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 18. S. 23.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Klemens Wenzel Metternich // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ Clemens Wenzel of Metternich-Winneburg // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 http://www.publitaz.blogspot.com/[ölü keçid]