Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Vyana konqresi — 1814–1815-ci illərdə keçirilmiş ümumavropa yığıncağı.

Vyana konqresi 1814-cü ilin sentyabrı — 1815-ci ilin iyununda fəaliyyət göstərdi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak edirdi. Lakin əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa — Saksoniya məsələsi tutdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın necə bir vəziyyətə düşməsini təsəvvür etmək çətin deyil.

Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin — Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi. 1815-ci il yanvarın 3-də həmin dövlətlər arasında Vyana gizli müqaviləsi imzalandı. I Aleksandr güclü diplomatik müqavimət nəticəsində Saksoniya məsələsində güzəştə getməyə məcbur oldu. Konqresdə alman torpaqları ilə bağlı məsələyə də baxıldı və 38 alman dövlətinin (Avstriya, Prussiya və b.) iştirakı ilə "Alman ittifaqı" təşkil edildi. Konqres işini başa çatdırmağa hazırlaşdığı bir vaxtda Napoleon sürgündən qaçmağa nail oldu. 1814-cü il martın 1-də Fransaya gəldi, 20-də isə Parisə daxil oldu. Napoleon hakimiyyətini bərpa etdi və yüz günlük (1815-ci il 20 mart −28 iyun) hakimiyyət dövrü başladı.

Bu zaman diplomatiya tarixinin maraqlı hadisələrindən biri baş verdi. Napoleon tələsik Parisi tərk edən kral XVIII Lüdovikin kabinetindən 1815-ci il 3 yanvar Vyana gizli müqaviləsinin Fransaya aid nüsxəsini tapdı və onu təcili olaraq Vyanaya — I Aleksandra göndərdi. Lakin Napoleonun bu addımı son nəticədə müttəfiqlərin münasibətini poza bilmədi. I Aleksandr başlıca düşməninin məhz Napoleon olduğunu əsas götürərək birgə mübarizəyə tərəfdar oldu. 1815-ci il iyunun 15-də Vyana konqresinin son iclası keçirildi və yekun aktı imzalandı. Yekun aktının əsasını Avropanın yeni siyasi xəritəsinin müəyyənləşdirilməsi təşkil edirdi. Fransa işğallarından mərhum edildi, Belçika və Hollandiya Niderland krallığına birləşdirildi, İsveçrə konfederasiyası neytral dövlət elan edildi. İtaliyada Sardinya krallığı bərpa olundu. Müttəfiq dövlətlər — İngiltərə, Rusiya, Avstriya və Prussiya yeni torpaqlar və imtiyazlarla üstünlüklərini reallaşdıra bildi. Vyana konqresinin yekun aktına bəzi əlavələr (zəncilərlə ticarətin ləğvi və s.) əlavə edildi. Vyana konqresindən bir neçə gün sonra, 1815-ci il iyunun 18-də Napoleon Vaterloo döyüşündə qəti şəkildə məğlub edildi. Vyana konqresi ilə yaranan münasibətlər sistemi daha da möhkəmləndirildi. 1815-ci il sentyabrın 26-da Müqəddəs İttifaq adlandırılan birlik yaradıldı.

İştirakçı dövlətlər

redaktə
  1.   Rusiya İmperiyası I Aleksandr, K. V. Nesselrode və K. Razumovski;
  2.   Böyük Britaniya R. Kaslri və A. Vellinqton;
  3.   Avstriya İmperiyası I Frans, Klement Metternix
  4. Prussiya K. A. Qardenberq
  5.   Fransa İmperiyası Taleyran

Nəticələri

redaktə

Dördlü İttifaq(Quadruple ittifaq) İngiltərə, Rusya , Avstiya və Prusiya arasında. Bu İttifaqın qurucusu Metternix idi. Bu ittifaqa bəzən Metternix ittifaqıda deyilir. Bu ittifaq Müqəddəs ittifaqın çatışmayan cəhətlərinə görə meydana cıxmışdı. Bu dörd dövlət başqa fikirlərin yayılmasını silah gücü ilə qarşısın almaqı hədəfləmişdi. Beləliklə, hər tip azadlıq hərəkatı basdırılacaqdı. Bu sistemin süquqtu İngilətərənin bu ittifaqda ayrılması ilə başladı.

Fransızların şərq sərhədi boyu dövlətlərdən baryera ucaltmaq. Tarixi Holandiya respublikası Niderland krallığı kimi bərpa olundu. Cənubi Sardinyada İtalya krallığı bərpa edildi. Reynin bütün alman solsahili Prussiyaya verildi. Kaslrinin sözlərinə görə Prussiya Mərkəzi Avropanı birləşdirən bir növ "körpü" Qərbdən Fransaya, şərqdən isə Rusiyaya qarşı bir qala idi.

1. Fransanın Napoelon dövründə tutduğu torpaqlar əlidən alınır

2. Belçika və Hollandiya torpaqları birləşdirilir və Niderland krallığı qurulur

3. Alman Konfedarsionu quruldu.(34 dövlət və 5 şəhər) .

4. İsveç və Norvec krallıqları birləşdiriləcək və İsvec-Norvec krallıqları qurulacaqdır.

5. İsveçrə 22 kantondan ibarət və tərəfsiz bir dövllət kimi saxlanılır.

6. Avstriya şərq Qaliçanı, Lombardiyanı və Venediki alır.

7. Napoleonun hakimiyyətinə son veridyi krallar yenidən taxtlarına və ölkərinə sahib olacaqlar.

8. İtalyada hökmət quruldu.

9. Varşava və Finlandiya Rusiyaya verildi.

10. Prussiya Krallığı Polşada sahib olduğu əvvəlki torpaqları dala alırdı.

11. İspanyada Bourbon krallığı bərpa edildi.

Ədəbiyyat

redaktə
  • 1. Дебидур А. Дипломатическая история Европы. Священный Союз от Венского до Берлинского конгресса. 1814–1878. Перев. с франц. т. I. Ростов-на-Дону, 1995.
  • 2. История дипломатии, т. I. M., 1941, с.377–384.
  • 3. Полное собрание законов Российской империи. Собр. первое. т.33. 1815–1816. СПб., 1830
  • 4. Сорель А. Европа и французская революция. Перев. с франц. т.8. СПб., 1908. *5. Талейран. Мемуары. М., 1959

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə