Location via proxy:   [ UP ]  
[Report a bug]   [Manage cookies]                

Roman Nikolayeviç Filipov (rus. Рома́н Никола́евич Фили́пов[2]; 13 avqust 1984, Voronej, RSFSR, SSRİ — 3 fevral 2018, Serakib, İdlib, Suriya) — Rusiyanın hərbi pilotu. Rusiya Federasiyasının Qəhrəmanı (2018). Rusiya Aerokosmik Qüvvələrinin mayoru. 3 fevral 2018-ci ildə Suriyada həlak olmuşdur[3][4][5].

Roman Nikolayeviç Filipov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Voronej, RSFSR, SSRİ
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Serakib, İdlib, Suriya
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya Rusiya
Qoşun növü Rusiya Aerokosmik Qüvvələri
Hərbi hissə

37-ci qarışıq aviasiya alayı

Ezam edilib:
Rusiya HKQ-nin Suriyadakı aviasiya qrupu
Xidmət illəri 2001—2018
Rütbəsi
mayor
Döyüşlər  • Suriya vətəndaş müharibəsi
 • Rusiyanın Suriyadakı hərbi əməliyyatı
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

13 avqust 1984-cü ildə Voronejdə hərbi pilot ailəsində dünyaya gəlmişdir[6]. 2001-ci ildə Voronejdə orta təhsilini başa vurmuş[7], 2006-cı ildə Krasnodar ali hərbi aviasiya məktəbinin Armavirdəki mərkəzini bitirmişdir.

Primorsk diyarının Çerniqovka kəndində yerləşən 187-ci qvardiya hücum alayında (13984 №-li hərbi hissə) xidmət etmişdir. Böyük pilot vəzifəsindən Şərq Hərbi Diyarının hücum aviaalayının eskadrilya komandirinin müavini vəzifəsinədək bütün pillələri keçmiş[8], məhz buradan da Rusiya HHQ-nin Suriyadakı aviasiya qrupunun tərkibinə ezam edilmişdir.

Vəfatı

redaktə

3 fevral 2018-ci ildə "İdlib" de-eskalasiya zonası üzərində atəşkəs rejiminə nəzarət uçuşu zamanı mayor Filipovun idarə etdiyi Su-25 hücum təyyarəsi Serakib şəhəri yaxınlığında daşınan zenit raket kompleksindən açılan atəşlə vurulmuşdur[9]. Pilot təyyarəni havada saxlamağa çalışaraq raketlə vurulduğunu qərargaha bildirmiş və katapultasiya etmişdir. Yerə endikdən sonra düşmən döyüşçülərin əhatəsinə düşmüş və öz tapançası ilə onlarla atışdıqdan sonra əsir alınmamaq üçün əl qumbarası ilə özünü partlatmışdır[10][11]. Rusiya hərbçilərinin cavab raket zərbələri ilə həmin ərazidəki Cəbhət-ən-Nusra qruplaşmasının 30 üzvü məhv edilmişdir[12][13].

5 fevralda Rusiya müdafiə naziri tərəfindən Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına təqdim olunmuş[14] və 6 fevralda Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə mayor R. N. Filipova ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı adı verilmişdir[15].

Türkiyə və Rusiya hərbi kəşfiyyatının səyləri ilə pilotun nəşi Suriyadan çıxarılaraq Türkiyənin Hatay bölgəsindən Rusiya hərbi nəqliyyat təyyarəsi ilə 6 fevral 2018-ci ildə Moskva vilayətindəki Çkalovski hərbi aerodromuna gətirilmişdir. Ailəsinin arzusu ilə pilotun dəfni 8 fevral 2018-ci ildə Voronejdəki Komintern məzarlığının Qəhrəmanlar xiyabanında keçiriləcək[16][17][18].

Şəxsi həyatı

redaktə

Evli idi. Həlak olduğu vaxt qızı 4 yaşında idi.

Xatirəsi

redaktə

Roman Filipovun adı ilə KalininqradVladivostokda küçələr[19][20] və Voronejdə onun oxuduğu 85 nömrəli məktəb adlandırılmışdır[21].

İstinadlar

redaktə
  1. 1 2 https://regnum.ru/news/2376454.html.
  2. Поликарпов В. "«Вечного тебе полета»: пилот сбитого в Сирии Су-25 служил в Приморском крае". Комсомольская правда. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  3. "Пилот Су-25 докладывал, что атакован ракетой". ИА REGNUM. 05.02.2018. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  4. "Минобороны рассказало об обстоятельствах гибели пилота Су-25 в Сирии". RBC. 05.02.2018. 2018-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  5. "Майору Роману Филипову присвоено звание Героя Российской Федерации / kremlin.ru, 06.02.1018". 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  6. "«Мечтал стать лётчиком»: каким был погибший в Сирии Роман Филиппов". ИА REGNUM. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  7. Сушинова Я. "Минобороны рассказало об обстоятельствах гибели пилота Су-25 в Сирии". Аргументы и факты. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  8. Иванова А. "«До последнего держал самолёт в воздухе»: погибший в Сирии пилот Су-25 докладывал о попавшей в штурмовик ракете". RT. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  9. Минобороны РФ. "Главкомандующий ВКС РФ рассказал о подвиге летчика Романа Филиппова, самолет которого сбит в Сирии". plainnews.ru. 05.02.2018. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  10. Коц А. И. "Последние слова российского летчика: «Это вам за пацанов!»". Комсомольская правда. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  11. "«Это вам за пацанов»: Что успел сказать летчик Су-25 Роман Филиппов перед смертью". ИА REX. 05.02.2018. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  12. "Минобороны РФ подтвердило самоподрыв летчика сбитого в Сирии Су-25". İnterfaks. 05.02.2018. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  13. "Российские военные уничтожили более 30 боевиков в районе атаки на Су-25". İnterfaks. 03.02.2018. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  14. Петров И. "Шойгу представил погибшего в Сирии пилота Су-25 к званию Героя России". Российская газета. 05.02.2018. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
  15. "Майору Роману Филипову присвоено звание Героя Российской Федерации". Kremlin.ru. 2018-01-06. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-06.
  16. "В Россию доставили тело погибшего в Сирии пилота Су-25 Романа Филипова". RBC. 06.02.2018. 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  17. "Тело погибшего в Сирии пилота Су-25 доставили в Россию". RT. 06.02.2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  18. "Тело погибшего в Сирии пилота Су-25 Романа Филиппова доставили в Россию". Эхо Москвы. 06.02.2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  19. "Улицу в Калининграде назовут в честь погибшего в Сирии летчика Филипова". İnterfax. 06.02.2018. 2018-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  20. "Жители Владивостока предлагают назвать одну из улиц в честь погибшего в Сирии лётчика". TASS. 05.02.2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.
  21. "В Воронеже школу № 85 назовут именем погибшего в Сирии Романа Филипова". tv-gubernia. 06.02.2018. 2018-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-06.

Xarici keçidlər

redaktə