Tomas Alva Edison
Tomas Alva Edison (11 fevral 1847[1][2][…], Maylan[d], Ohayo[4] – 18 oktyabr 1931[3][1][…], Vest-Orinc[d], Nyu-Cersi[3][4]) — amerikalı ixtiraçı və sahibkar.
Tomas Alva Edison | |
---|---|
ing. Thomas Edison | |
Doğum tarixi | 11 fevral 1847[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 1931[3][1][…] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | mühəndis, ixtiraçı, riyaziyyatçı, sahibkar, ssenarist, iş adamı, kinorejissor, fizik |
Fəaliyyət illəri | 1877-ci ildən |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.
Həyatı
redaktəTomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".
Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.
Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.
Heç bir insan həyatında Edison qədər patent almamışdır.
85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"
Şəxsi keyfiyyətləri
redaktəEdison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.[5]
Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:
Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı[6]
Edisonun məşhur deyimləri
redaktə- Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
- narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
- Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
- Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
- Mən məğlubiyyəti sevmirəm.
Tomas Edisonun İxtiraları
redaktə- Fonoqraf (1877)
- Akkumulyator
- Telefona müasir görkəm vermişdir
- Elektriklə işləyən ilk qatarları o qurmuşdur.
Mənbə
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Thomas A. Edison // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 3 4 Цверава Г. К. Эдисон Томас Алва // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 566–567.
- ↑ 1 2 3 4 https://www.biography.com/people/thomas-edison-9284349.
- ↑ "Tomas Alva Edison". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.
- ↑ "Tomas Alva Edison, Məşhurların psixologiyası, Vladimor Qakov". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.
Xarici keçidlər
redaktə- Edison.me.uk [ölü keçid]
- IdeaFinder.com Biografi Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine
- ThomasEdison.com