1958
Naviqasiyaya keç
Axtarışa keç
İllər |
---|
1954 • 1955 • 1956 • 1957 — 1958 — 1959 • 1960 • 1961 • 1962 |
Onilliklər |
1930-cu illər • 1940-cı illər — 1950-ci illər — 1960-cı illər • 1970-ci illər |
Əsrlər |
XIX əsr — XX əsr — XXI əsr |
1958 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1958 MCMLVIII |
Yuli təqvimi | 1958 |
Yuli təqvimi bizans erasında |
7466-7467 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2710-2711 (21 aprel) |
Avropa təqvimi |
5718-5719 ה'תשי"ח - ה'תשי"ט |
Hicri təqvim | 1377-1378 |
Erməni təqvimi | 4450-4451 (11 avqust)
ՌՋԾԸ |
Çin təqvimi | 4654-4655 丁酉 - 戊戌 qırmızı xoruz - sarı it |
Efiopiya təqvimi | 1950 - 1951 |
Hind təqvimi | |
⁃ Vikram-samvat | 2014-2015 |
- Şaka sambat | 1880—1881 |
⁃ Kali-yuqa | 5059-5060 |
İran təqvimi | 1336-1337 |
Buddist təqvimi | 2501 |
Holosen təqvimi | 11958 |
Yapon xronologiyası | 33 Syova erası |
Fransız inqilabı təqvimi | 166—167 |
Çuçxe təqvimi | 47-ci çuçxe ili |
Minqo təqvimi | 47-ci Tayvan ili |
Hadisələr
- 20 yanvar — SSRİ tərəfindən Yunanıstana xəbərdarlıq edildi ki, əgər öz ərazisində NATO raketlərinin yerləşdirilməsinə razılıq verərsə, ona qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəkdir.
- 1 fevral — Misir və Suriyanın vahid bir dövlətdə-Birləşmiş Ərəb Respublikasında birləşməsi.
- 12 mart:
- Birləşmiş Ərəb Respublikasının yaradılması ilə əlaqədar Suriyada bütün siyasi partiyaların buraxılması.
- İndoneziya ordusunun Sumatrada seperatçılara qarşı hərbi əməliyyatlara başlaması.
- 14 mart — ABŞ-də Qremmi mükafatının təsis edilməsi.
- 2 may:
- Böyük Britaniya tərəfindən Yəmənin köçəri tayfalarının aramsız yürüşlərinin qarşısının alınması üçün Ədəndə fövqəladə vəziyyətin elan edilməsi.
- Kolumbiyada polis zabitləri tərəfindən uğursuzluqla nəticələnmiş dövlət çevrilişi cəhdi.
- 27 may:
- 29 may — ADR-da ərzaq talonlarının ləğv edilməsi.
- 16 iyun — Macarıstanın eks-prezidenti İmre Nadın edam edilməsi.
- 20 iyun — İndoneziyada Hollandiyanın "Shell" heft kompaniyasının fəaliyyətinin qadağan edilməsi.
- 14 iyul — İraqda monarxiya rejiminin devrilməsi, İraqın respublika elan edilməsi.
- 17 iyul — Livan böhranı: Böyük Britaniya ordusunun İordaniyaya daxil olması.
- avqust — Alberto Leras Kamarqonun Kolumbiya prezidenti vəzifəsinə seçilməsi.
- 9 avqust — Admiral Ameriku di Deuş Rodriqiş Tomaşın Portuqaliya prezidenti vəzifəsinə seçilməsi.
- 1 sentyabr — Özbəkistanda dünyada uran və qızıl emalı ilə məşğul olan ən iri dağ-mədən metallurgiya kombinatı olan Nəvai kombinatının istifadəyə verilməsi.
- 6 sentyabr — Oman sultanlığı tərəfindən Belucistan sahilindəki Qvadar limanının Pakistana verilməsi.
- 4 oktyabr — Fransada beşinci respublika dövrünün başlanması. Fransanın müasir Konstitusiyasının qüvvəyə minməsi.
- 10 noyabr:
- Qvineya Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi.
- Argentinada tətil hərəkatının genişlənməsi ilə əlaqədar fövqəladə vəziyyətin elan edilməsi.
- 1 dekabr — Mərkəzi Afrika Respublikasının Fransada ayrılaraq öz müstəqilliyini elan etməsi.
- 21 dekabr — Fransada Şarl de Qollun prezident seçilməsi.
- Göygöl rayonu ərazisində Eldar şamı Dövlət Təbiət Qoruğunun yaradılması.
- Ağdaş rayonu ərazisində Türyançay Dövlət Təbiət Qoruğunun yaradılması.
Doğumlar
- 10 yanvar – Muxtar Qasımov, Azərbaycanın Milli Qəhrəmanı
- 25 fevral — İradə Aşumova, Azərbaycan atıcısı
- 8 mart — Mahir Həmzəyev, Litva və Azərbaycan ictimai-mədəni xadimi, Azərbaycan — Litva tarixi və ədəbi əlaqələri, 1918–1922-ci illər dövlətlərarası münasibətlərinin tədqiqatçısı, publisist və tərcüməçi, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri
- 7 iyun – Prins, amerikalı müğənni
- 8 iyul — Tsipi Livni, İsrailin keçmiş ədliyyə naziri, siyasətçi
- 5 avqust — Firəngiz Rəhimbəyli, Azərbaycan müğənnisi
- 16 avqust — Madonna, ABŞ müğənnisi, aktrisa
- 29 avqust – Maykl Cekson, ABŞ müğənnisi, rəqqas
- 3 sentyabr – İlham Əsgərov, Azərbaycan teatr və kino aktyoru
- 19 noyabr – Abil İslam, Azərbaycan şairi, jurnalist
Vəfatlar
- 2 noyabr — Yəhya Kamal Bəyatlı, türk şairi
- 7 noyabr — Aka Gündüz, türk yazıçısı