İquanodont
İquanodont | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: İquanodont |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
İquanodont[1] — eyni zamanda iquanodon (latın dilində:Iguanodon, iquan sözündən və yunanca ὀδόντος — diş sözlərindən yaranmışdır) — müasir Avropa, Şimali Amerika, Asiya və Afrika ərazilərində 140–120 milyon il bundan əvvəl, təbaşir dövrünün birinci yarısında yaşamış, bitkilərlə qidalanan quşçanaqlı dinozavrların bir növü. 1822-ci ildə Gideon Martell tərəfindən aşkar edilmiş və meqalozavrdan sonra ikinci dəfə dinozavr adını almışdır.
Tədqiqi tarixindən
[redaktə | mənbəni redaktə et]İquanodontun kəşf edilməsi haqqında bir əfsanə geniş yayılmışdır. Bu əfsanəyə görə iquanadonta aid ilk dişi Gideon Mantellin arvadı Meri Enn tapmışdır, lakin bu faktı təsdiq edən heç bir dəlil yoxdur və çox illər sonra, 1851-ci ildə Gideon Mantell iquanodonun dişini özü tərəfindən tapıldığını elan edir. Gideon Mantell yeni canlı qalıqlarının tapıldığı əraziləri diqqətlə tədqiq etmiş, tapılmış dişləri Jorj Küvye və Uilyam Baklend kimi tanınmış mütəxəssilərə də göstərmişdir. Çoxları bu dişlərin balıqlara və südlə qidalananlara məxsus olduğunu bildirmiş, yalnız Samuel Statçberi bu dişlərdən böyük ölçülü olanlarının iquankimilərə aid olduğunu söyləmişdir. 1825-ci ildə Gideon Mantell tapıntıların təsvirlərini London Kral Cəmiyyətinə təqdim etmişdr.
Əvvəlcə Gideon Mantell aşkar edilmiş canlı orqanizm tapıntılarını Iguanasaurus (İquankərtənkələ) adlandırsa da, dostu Vilyam Koniber iquana daha çox uyğun gələn Iguanoides ([[iquanabənzər) və ya Iguanodon (iquandiş) adlandırılmasını təklif etmişdir. Bu daşlaşmış canlı orqanizm qalığının adının son variantını 1829-cu ildə Frederik Xoll təklif etmişdir.
Gideon Mantell aşkar edilən dinozavrların və iquankimilərin dişlərinin ölçülərinə əsasən İquanodontların uzunluğunun 12 metrə yaxın olduğunu bildirmişdir.
1834-cü ildə Meydstounda (Kent) nəsli kəsilmiş heyvana aid skelet tapılmışdır. Sonralar Gideon Mantell dişlərinin oxşarlığına görə onu İquanodont adlandırmışdır. Bu tapıntı əsasında Gideon Mantell dinozavrların ilk görünüşünü yaratmış, lakin bu zaman bir neçə səhvə yol vermişdi[2].
Ən iri iquanodont qalığı 1878-ci ildə Belçikada Brnissart yaxınlığında yerin 322 metr dərinliyində daş kömür qazıntıları zamanı tapılmışdır[3]. O zaman aşkar edilmiş 38 qalıq nümunəsi ilk dəfə 1882-ci ildə muzeylərdə nümayiş etdirilmişdir. Qazıntılar zamanı iquanodonta aid qalıqlarla birlikdə daşlaşmış bitki, balıq və sürünənlərin, o cümlədən, Bernissartia kərtənkələsinin qalıqları da tapılmışdır.
Sonralar iquanodontların qalıqları Vayt adasında[4], Tunisdə[5], Monqolustanda[6], Yuta[7] və Cənubi Dakota[8] ştatlarında da aşkar edilmişdir.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Iguanodon seelyi Hulke 1882 — sinonim Iguanodon bernissartensis
- Iguanosaurus Ritgen, 1828
- Heterosaurus Cornuel, 1850
- Sphenospondylus Seeley, 1883
- Struthopus Ballerstedt, 1922
- Therosaurus Fitzinger, 1843
- Vectisaurus Hulke, 1879
- Wealdenichnites Kuhn, 1958
Növləri
[redaktə | mənbəni redaktə et]- Iguanodon anglicus Holl 1829 — nomen dubium; bir neçə diş əsasında təsvir edilmişdir.
- Iguanodon major Owen 1842
- Struthopus schaumburgensis Ballerstedt 1922
- Wealdenichnites iguanodontoides Kuhn 1958
Mənbə
[redaktə | mənbəni redaktə et]- Norman, David B. (2004). "Basal Iguanodontia", in Weishampel, D. B., Osmólska, H., and Dodson, P. (eds.): The Dinosauria, 2nd, Berkeley: University of California Press, pp. 413–437. ISBN 0-520-24209-2.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçid
[redaktə | mənbəni redaktə et]- Классификация ископаемых на сайте The Paleobiology Database
- The Bernissart Iguanodons Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine (Iguanodon herd found in Belgium).
- Mantell's Iguanodon tooth in the collection of the Museum of New Zealand Te Papa Tongarewa
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Русский орфографический словарь Российской академии наук. Отв. ред. В. В. Лопатин.
- ↑ Mantell, Gideon A. (1834). "Discovery of the bones of the Iguanodon in a quarry of Kentish Rag (a limestone belonging to the Lower Greensand Formation) near Maidstone, Kent". Edinburgh New Philosophical Journal 17: 200–201
- ↑ Norman, David B. (1985). "To Study a Dinosaur". The Illustrated Encyclopedia of Dinosaurs: An Original and Compelling Insight into Life in the Dinosaur Kingdom. New York: Crescent Books. pp. 24–33. ISBN 0-517-46890-5..
- ↑ Hooley, R. W. (1925). "On the skeleton of Iguanodon atherfieldensis sp. nov., from the Wealden Shales of Atherfield (Isle of Wight)". Quarterly Journal of the Geological Society of London 81 (2): 1–61. doi:10.1144/GSL. JGS.1925.081.01–04.02. ISSN 0370–291X
- ↑ Lapparent, A. F. de (1951). "Découverte de Dinosauriens associés à une faune de Reptiles et de Poissons, dans le Crétacé inférieur de l'Extrême Sud Tunisien". Comptes Rendus Hebdomadaires des Séances de l'Académie des Sciences (in French) 232: 1430. ISSN 0567–655X
- ↑ Rozhdestvensky, Anatoly K. (1952). Открытие игуанодона в Монголии [Discovery of an iguanodon in Mongolia]. Doklady Akademii Nauk SSSR (in Russian) 84 (6): 1243–1246
- ↑ Galton, P. M.; Jensen, J. A. (1979). "Remains of ornithopod dinosaurs from the Lower Cretaceous of North America". Brigham Young University Geology Studies 25 (3): 1–10. ISSN 1041–7184
- ↑ Weishampel, David B.; Bjork, Phillip R. (1989). "The first indisputable remains of Iguanodon (Ornithischia: Ornithopoda) from North America: Iguanodon lakotaensis, sp. nov". Journal of Vertebrate Paleontology 9 (1): 56–66. doi:10.1080/02724634.1989.10011738