66° şm. e. 169° q. u.HGYO

Berinq boğazı

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (KU: Kateqoriya:Sakit okeanının boğazlarıKateqoriya:Sakit okeanın boğazları) tərəfindən edilmiş 13:10, 10 sentyabr 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Bering boğazı
Peyk vasitəsiylə çəkilən Berinq Boğazı
Peyk vasitəsiylə çəkilən Berinq Boğazı
Ümumi məlumatlar
Eni minimum 82 km
Ən böyük dərinliyi 90 m
Yerləşməsi
66° şm. e. 169° q. u.HGYO
Ölkələr
Akvatoriyası
Ayırır Şimali Amerika qitəsi ilə Asiya qitəsini
Bering boğazı xəritədə
Bering boğazı
Bering boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berinq boğazı (bering) — Çukot dənizi ilə Berinq dənizini bir-birinə bağlayır. Berinq boğazı, Asiyanın ən şərq nöqtəsi (169 ° 44 'W) ilə Amerikanın ən qərb nöqtəsi (168 ° 05' W) arasında bir boğazdır. Rusiya ilə ABŞ (Alyaska) arasında coğrafi bir sərhəd mövqeyində olması ilə birlikdə Amerika və Asiya qitələrinin bir-birinə ən yaxın olduğu yerdir.

Boğaz təxminən 83 km genişliyində, 30–50 m dərinliyində olub şimalındakı Çukot dənizi (Şimal Buzlu okean) ilə cənubundakı Berinq dənizini (Sakit Okean) bir-birinə bağlayır. 1648-ci ildə Semyon Dejnev tərəfindən keçildiyi qəbul edilməsinə baxmayaraq, adını boğazı 1728-ci ildə keçən Rus əsilli Danimarkalı səyyah Vitus Berinqdən almışdır. Buzlaq dövründə boğazın bir quru körpü rolu oynadığı məlumdur. Bəzi elm adamları, bu çağlarda suların böyük hissəsinin buza çevrilərək dəniz səviyyəsini saldığına və daha çox quru parçasını göz önünə çıxardığına inanır; bəziləri də boğazın tamamilə donduğunu, beləliklə insanlarla heyvanların üzərindən keçməsinin mümkün olduğuna inanır.