Con Ferquson Mak-Lennan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Con Ferquson Mak-Lennan
Doğum tarixi 14 oktyabr 1827(1827-10-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 iyun 1881(1881-06-16)[1][2][…] (53 yaşında)
Vəfat səbəbi vərəm
Təhsili
Fəaliyyəti antropoloq, vəkil, etnoloq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Ferquson Mak-Lennan(14 oktyabr 1827–16 iyun 1881) — İngilis etnoloqu.

Təkamül məktəbinin önündə ingilis təkmülçüləri gedirdi. Onların arasında ixtisasca hüquqşünas olan C.F.Mak-Lennan (1827–1881) 1865-ci ildə "İbtidai nikah" adlı kitabını nəşr etdirmişdi. O, bu kitabda bəşər tarixinin bütün dövrlərində nikahın və ailənin formalarını tədqiq edir, geridə qalmış xalqlarda ailə-nikah adətlərini təkamülçülük ideyası zəminində izah etməyə çalışırdı. O, qızların qaçırılması yolu ilə yaranan nikah formasına, eqzoqamiya, poliandriya, qohumluğun ana xətti ilə hesablanması kimi ilkin adətlərə materialistcəsinə yanaşırdı. O, hesab edirdi ki, nəsildə yeni doğulan qız uşaqları, əməyi az məhsuldar olduğuna görə öldürülürdülər. Bu səbəbdən də nəsil daxilində nikah əlaqəsinə girmək üçün qadın çatışmır və bir neçə kişi bir qadınla nikahda olmaq məcburiyyətində qalırdı. Bu poliandriya adlanırdı ki, Mak-Lenan onun iki tipini müəyyənləşdirmişdi: nairi tipinə görə ərlər bir-birinə qohum deyil, tibet tipinə görə isə ərlər hətta doğma qardaş idilər.

Poliandriya şəraitində nəsil ana xətti ilə hesablanırdı. Çünki, qadının bir neçə əri olduğundan, doğulmuş uşağın atasının kimliyinin müəyyən edilməsi çətinlik törədirdi. Digər tərəfdən, qəbilədə qadın çatışmadığından, yad qəbilələrdən zorakı yolla qadınları qaçırırdılar. Bu da nəticə etibarilə ona gətirib çıxarırdı ki, qəbilə daxilində evlənmək qadağan edilirdi. Belə bir qayda eqzoqamiya adlanırdı. Qeyd edək ki, eqzoqamiya və endoqamiya adətlərindən ilk dəfə məhz Mak-Lennan bəhs etmişdir.

Qəbilədə qadınların və kişilərin sayı bərabərləşdikdə endoqamiyaya keçid baş vermiş və qohumluğun qadın xətti ilə hesablanmasından kişi xətti ilə hesablanmasına keçilmişdir. Əsərdə matriarxat və patriarxat adətləri də əsaslandırılırdı. Xatırladaq ki, Mak-Lennanın bu fikirləri daha öncə İsveçrə alimi Baxovenantikin mifoloji ədəbiyyata əsaslanaraq yazdığı "Ana hüquq" əsərində əksini tapmışdır. Lakin onun əsərləri geniş yayılmadığından, Mak-Lennan özü bu kitabla 1866-cı ildə tanış olmuşdu. Müəllifin "Heyvan və bitkilərə pərəstiş haqqında" əsərində isə totemizm və ibtidai din tarixi şərh olunur.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 John Ferguson McLennan // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]