Emi Li

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Emi Li
Amy Lynn Lee
ing. Amy Lee
Ümumi məlumatlar
Doğum adı Amy Lynn Lee
Doğum tarixi (42 yaş)
Doğum yeri Kaliforniya, ABŞ
Milliyyəti Arkanzas
Uşağı 1[1]
Musiqiçi məlumatları
Fəaliyyəti Vokalist, bəstəkar, pianoçu
Fəaliyyət illəri 1998 - günümüz
Janr Hard Rok
Musiqi alətləri klavişli alət[d]
Səs tembri messo-soprano
Albom şirkəti Wind-up Records
Üzvlüyü
İmzanın şəkli
amyleeofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Mosartı, Torri Amosu və Denni Efmanı göstərmişdir.[2]

Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi. 1987-ci ildə Sara Kargil asma xəstəsi olan qızını yuyundurarkən, onu bir neçə dəqiqəlik yalnız bıraxmış və bu an qız ani tutma nəticəsində nəfəsi kəsilərək, vəfat etmişdir.[3] Ailədə olan uşaqlardan yalnız Emi Li az yaşlı bacısının cəsədini görmüşdür. Bununla həyatında ciddi travma alan Emi ölmüş bacısının xatirəsini hər zaman əziz saxlamışdır. Evanescence qrupu tərəfindən hazırlanan Fallen albomunda olan Hello mahnısı və The Open Door albomunda olan Like You adlı mahnılar Emi Linin kiçik yaşlarında vəfat etmiş bacısna ithaf olunmuşdur. Hello mahnısı ailə üzvülərindən birinə ithaf olunduğu üçün Emi tərəfinən heç bir konsertdə ifa edilməmişdir.

Emi Li doqquz il piano təhsili almışdır. Ailə daha yaxşı iş tapmaq məqsədi ilə tez-tez müxtəlif şəhərlərə köçmüşdür. Floridaİllinoys ştatlarında bir müddət yaşadıqdan sonra ilə son olaraq Arkanzas ştatına köçür. Evanescence qrupuda 1995-ci ildə Arkanzas ştatında yaradılmışdır. Emi Li ilk təhsilini Pulaski Akademiyasında almışdır. 2000-ci ildə Mərkəzi Tennessi Universitetinə daxil olmuşdur.[4] Emi AOL şəbəkəsinə verdiyi bir müsahibədə tərəfindən yazılan ilk iki mahnının Eternity of the Remorse A Single Tear olduğunu bildirmişdir. İlk bəstələrinə 11 yaşında olarkən başladığını, hətta fəaliyyətinin ilk illərinə klassik musiqiçi olmaq istədiyini bildirmişdir. Emi ikinci mahnısını səkkizinci sinifə təhsil alarkən yazmışdır.

Qrupun yaranması

[redaktə | mənbəni redaktə et]

Emi Li, Evanescence qrupunu Ben Mudi ilə birlikdə yaratmışdır. Hər iki şəxs yay düşərgələrinin birində Meat Loaf adlı qurupun I'd Do Anything for Love mahnısını pianoda ifa etməsidən sonra tanış olmuşdur. Bu görüşdən bir ay sonra Emi və Beni Arkanzas ştatında yerləşən bar və kafelərdə çıxış etməyə başladılar. Tamaşaçılar tərəfindən ifaların maraqla qarşılanmasından sonra 1998-ci ildə Evanescence EP1999-cu ildə Sound Asleep EP adlı iki demo albom bıraxıldı. 2000-ci ildə digər iki alboma nisbətən daha peşəkar şəkildə hazırlanmış və daha musiqi nömrəsini özündə birləşdirən Origin albomu hazırlandı. Bu alboma salınan mahnıların üçü qrupun sayca dördüncü albomu olan Fallen albomunuda salınmışdır. Bu üç mahnının sözləri Emi Li və Ben Mudi tərəfindən birlikdə yazılmışdı. Whisper, ImaginaryMy Immortal bu üç mahnı böyük məşhurluq əldə etdi.

My Immortal treki heç bir əlavə olunmadan Fallen albomuna salındı. Sonradan My Immortal trekinin yeni bir versiyası internetdə yaradıldı. Ancaq bu versiyanı yükləmək üçün Fallen albomunun içərisində yazılmış şifrəni daxil etmək lazım gəlirdi. Yeni versiyanı bir müddətdən sonra sərbəst şəkildə yükləmək mümkün idi. My Immortal trekinin yeni versiyası yalnız ArgentinaBraziliyada çıxmış Fallen albomlarına salınmışdır.

22 oktyabr 2003-cü ildə gitarist Ben Mudi yenilik yaratmaq məqsədi ilə qrupdan ayrıldı. Emi Li Ben Mudinin qrupu tərk etməsini normal qarşılamışdır. Ben Mudinin getməsindən sonra qrupa yeni bir bas gitarist Terri Belzemo dəvət olunmuşdur.

Məhkəmə çəkişməsi

[redaktə | mənbəni redaktə et]
  1. https://web.archive.org/web/20240115071536/https://www.rollingstone.com/music/music-news/get-free-amy-lee-on-artistic-independence-the-future-of-evanescence-55877/.
  2. "Emi Li ilə müsahibə Gurl.com". 2006-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-21.
  3. "Emi Linin həyatı - Blander jurnalı". 2007-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-21.
  4. The Boston Globe.