Eneida

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eneida
lat. Aenēis
Janr Epik növ, epos
Müəllif Vergili[1][2][…]
Orijinal dili latın dili
Yazılma ili I əsr[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Eneyin atasını kürəyinə alaraq Troyadan qaçması

Eneida — Roma şairi Vergilinin Roma İmperiyasının dastanı sayılan epik dastanıdır. Eposun baş qəhrəmanı olan Eney Troya qəhrəmanıdır. Əfsanələrə görə, Eney Troya padşahlarının nəslindən olan Anxises və Afroditanın oğlu və Hektorun əmisi oğludur. Troyanın yunanlara qarşı müdafiəsində mühüm rol oynamış və qazanmış olduğu müvəffəqiyyətləri ilə təkcə Hektoru keçə bilməmişdir. Homer qeyd edir ki, Eney bu ikinci adam olması vəziyyətindən narazı idi. Sonrakı əfsanələrdə onun Troyaya xəyanət etməsi fikri də bu sözlərdən doğmuşdur. Lakin onun əfsanəsinin daha geniş yayılmış formasında o, sağ qalan troyalıların lideri kimi göstərilir. Hər iki halda Eney müharibədən sağ çıxmışdır.

  1. 1 2 Aeneid // Encyclopædia Britannica (ing.).
  2. Istituto dell'Enciclopedia Italiana Eneide // Enciclopedia on line (it.).