Karabidlər
Karabidlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: Ranqsız: Fəsiləüstü: Fəsilə: Karabidlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Karabidlər (lat. Carabidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi.
Xarici quruluşu
[redaktə | mənbəni redaktə et]Əsasən xırda böcəklər olub, yalnız bəzi növləri 50–65 mm-ə çatır. Bığcıqları sapşəkilli və ya qılşəkillidir. Ağız aparatı gəmirici tipdə olub, yaxşı inkişaf etmişdir. Ayaqları yeriş və ya qaçış tipindədir. Bədən formaları kimi rəngləri də həddən artıq müxtəlifdir. Daha çox qara rəngdə olsalar da, bir çox nümayəndələri, xüsusən karabid və Calasoma cinslərinin növləri parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyidir.[3]
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Bunlar meşə döşənəyi və ya torpağın üst qatı ilə bağlı olub, bir qayda olaraq, gecə həyat tərzi keçirən tipik quru sakinləridir. Gündüzlər daşların altında və başqa sığınacaqlarda gizlənirlər. Fəsilənin nümayəndələrinin çoxu müxtəlif onurğasız cücülər, onların sürfələri, molyuskalar, soxulcanlar və s. ilə qidalanan yırtıcılardır. Ancaq bəzi növlər heyvani qida ilə yanaşı, bitki yemindən də istifadə edir. Onların arasında sırf bitkiyeyən növlər də vardır ki, bunların da bəziləri təhlükəli kənd təsərrüfatı ziyanvericiləridir (taxıl böcəyi). Səhralardan tutmuş dəniz səviyyəsindən 5 min m hündürlüyə qədər müxtəlifotlu biotoplarda yaşayırlar. Ayrı-ayrı növləri isə hətta suda yaşamağa uyğunlaşmışdır.[3]
Yayılması
[redaktə | mənbəni redaktə et]Dünyada 25000, MDB-də 2300, Azərbaycanda 300 növü məlumdur.
Təsnifatı
[redaktə | mənbəni redaktə et]- Qaçağanlar (Cicindelinae)
- Əsl karabidlər (Carabeinae)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Ślipiński S. A., Leschen R. A. B., Lawrence J. F. Order Coleoptera Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 203–208. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ 1 2 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004