41°59′34″ şm. e. 128°04′38″ ş. u.HGYO

Pektusan dağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pektusan dağı
kor. 백두산, çin. 长白山
Pektusan dağı, aprel 2003-cü il. NASA-dan görünüş.
Pektusan dağı, aprel 2003-cü il. NASA-dan görünüş.
Ümumi məlumatlar
Dağ sistemi Mançjuro-Koreya dağları
Dağ silsiləsi Çanbayşan
Mütləq hündürlüyü 2744[1]
Nisbi hündürlüyü 2.593 m
Yerləşməsi
41°59′34″ şm. e. 128°04′38″ ş. u.HGYO
Ölkələr
Pektusan dağı xəritədə
Pektusan dağı
Pektusan dağı
Pektusan dağı xəritədə
Pektusan dağı
Pektusan dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pektusan dağı və ya Baytouşan dağı — Potensial olaraq Koreya Xalq Demokratik Respublikasının (Yanqando əyaləti) və Çinin (Szilin əyaləti) sərhədində yerləşən aktiv vulkandır. Dağ dəniz səviyyəsindən 2744 m hündürlüyə malikdir və Mançjuro-Koreya dağlarının ən yüksək nöqtəsidir. Həmçinin bütün MancuriyaKoreya yarımadasının ən yüksək nöqtəsidir.[2]

Koreya dilində Pektusan (kor. 백두산) "ağbaş dağ" mənasını bildirir. Çin dilində Çanbayşan (çin. 长白山) və mancur dilində Qolmin Şanqiyan Alina (manc. {{{2}}}) "əbədi ağ dağ " mənasını bildirir.

Vulkanın Koreya ərazisinə düşən hissəsində 1959-cu ildə Koreyanın ən böyük qoruğu yaradılmışdı. Daha sonralar Çin tərəfindən təbii qoruq yaradılmışdır. 1979-cu ildə onlar beynəlxalq biosfer qoruğuna birləşmişdilər.

Vulkanın kraterində dağın zirvəsində Çhonji gölü yerləşir. Sunqari çayı da öz başlanğıcını bu göldənm götürür. Vulkanın yamaclarında həmçinin Tumınszyan və Yaluszyan çaylarının mənbələri yerləşir.

Dağ təxminən onun mərkəzi hissəsinin altında yerləşən maqmanın qalxmasına görə ildə 3 millimetr qalxır. Ən yüksək hissə ildə təxminən 8 ay qarla örtülü vəziyyətdə olur. 1800 metrə qədər yastı yamaclar yerləşir. Kalderanı əhatə edən zirvələrdən 16-sı 2500 metrdən yüksəkdir. Güman edilir ki, krater 969-cu ildə (± 20 il) 7 ballıq güclü püskürmə nəticəsində yaranmışdır.[3] Hövzəsi 96 km³-ə bərabərdir.

Vulkan fəallığı dəfələrlə müşahidə olunmuşdur. Püskürmələr 1597-ci ildə (bu püskürmənin külü hətta Hokkaydo adasının cənub hissəsində tapılmışdı), həmçinin 1668 və 1702-ci ildə baş vermişdir. Son püskürmə 1903-cü ildə (daşların və qazların atılmasıyla partlayışlar) müşahidə olunmuşdur.[4]

Zirvədə orta illik temperatur ortalama −8,3 °C təşkil edir. Yayda temperatur 18 °C-ə qədər qalxa bilər. Amma qışda −48 °C-ə qədər düşə bilir. Küləyin orta sürəti 11,7 m/san, orta rütubət — 74 %-dir. Son onilliklər ərzində yay vaxtında qar papağının güclü azaldılması şəklində iqlimin istiləşməsinin effektləri müşahidə olunur.

Dağ hər iki ölkə sakinləri arasında müqəddəs hesab edilir. Pektusan dağı Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının milli himnlərinin mətnində də xatırlanır.

Dağ qədim kitablarda daxatırlanır. Həmçinin müxtəlif adların altında Xou Xanşuda da rast gəlinir. Müasir ad Szin sülalələri dövründə möhkəmlənmişdir.

Şimali koreya əfsanəsinə görə, səmalardan dağa Xvanun enmişdir. Koçosonun birinci Koreya dövlətinin banisinin atası idi. Bundan başqa, Kim Çen İrin rəsmi tərcümeyi-halı iddia edir ki, o, Çhonji gölünün ətrafında doğulmuşdur. Vulkanı əhatə edən kraterin biri 1992-ci ildə dövlət heykəltəraşı Xyandobon tərəfindən 216 metr enlə sındırılmış və böyük yazılar ilə yazılmışdı: "Pektusan, İnqilabların Müqəddəs dağı (Kim Çen İr. 16 fevral 1992-ci il)". Pektu təsviri Koreya Xalq Demokratik Respublikasının gerbini bəzəyir.

  1. "GLOBAL VOLCANISM PROGRAM". 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "백두산 (아시아 산) [白頭山]" (koreya). Korea Britannica. 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-24.
  3. Horn, Susanne. "Volatile emission during the eruption of Baitoushan Volcano (China/North Korea) ca. 969 AD". Bulletin of Volcanology. 61 (8). 2000: 537–555. doi:10.1007/s004450050004.
  4. Global Volcanism Program | Changbaishan | Summary Arxivləşdirilib 2011-08-24 at the Wayback Machine  (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]