Pisunda
Pisunda | |
---|---|
abx. Пицунда gürc. ბიჭვინთა | |
43°10′00″ şm. e. 40°20′00″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Region | Abxaziya |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Pitiunt(q.yun. Πιτυοῦς), Pesonda(it. Pezonda) |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 4.198 nəfər (2011) |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 840 |
Nəqliyyat kodu | ABH |
Vikianbarda əlaqəli mediafayllar |
Pisunda (abx. Пицунда, Бичвинта, abx. Биҷвинҭа, gürc. ბიჭვინთა) — Gürcüstanda, Abxaziyanın şimal-qərbində şəhər. Qara dəniz sahilində kurort şəhəri. Şəhər eyni adlı Pisunda burnunda yerləşir. Qaqra şəhərindən 25 km cənubdadır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Mütəxəssislər tərəfindən qəbul edilməyən slavyan O.N.Trubaçovun[1] versiyasına görə, qədim şəhərin adı hind-ari dillərinə gedib çıxır — pitunda — şam deməkdir.[2]
Şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl IV əsrdə yaranmışdır. Sonralar yunanlar burnunda qədim "Pitiunt" (q.yun. Πιτυοῦς, Şam) şəhər-limanın əsasını qoydular. Şəhər bizim e.ə I əsrdə Pont çarlığının tərkibində yerləşirdi. E.ə. I əsrin sonunda ərazidə roma qalası olmuşdur. IV əsrdən isə burada Qafqazda xristian dininin mərkəzlərindən birinin əsası qoyulmuşdur.
780-ci illərdə Pisunda Abxaziya çarlığının, X əsrin sonundan isə birləşmiş Abxaziya-Gürcüstan dövlətinin tərkibinə daxil oldu. XI əsrdən gürcü mənbələrində Pitsunda Biçvinta adı ilə qeyd olunur.
17–18-ci əsrlərdə Osmanlı imperiyasının tabeliyində olan şəhər 19-cu əsrin əvvəllərindən Abxaziya ilə birlikdə Rusiya imperiyasının tərkibinə daxil oldu.
2007-ci ildə şəhər tipli Pitsunda qəsəbəsi şəhər statusu almışdır.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şəhər Qara dənizin Pitsunda körfəzinin sahilində eyniadlı burnunda yerləşir. Şəhər ərazisində Bzıb çayı, İnkit, Pisunda, Anışxasra gölləri var.
İqlimi
[redaktə | mənbəni redaktə et]Pitsunda iqlimi Qaqra iqliminə bənzər rütubətli Aralıq dənizi iqlimidir. Yayı isti, avqustun temperaturu +29 °C, qışı mülayim, yanvarın temperaturu təxminən +11 °C, orta illik +16,5°C-dir. Yağıntılar əsasən yağış formasınd və ilin bütün il boyu düşür. İllik yağıntı miqdarı 1400 mm-dir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1990-cı illərin əvvəllərində baş verən hərbi əməliyyatlardan sonra rus və gürcü əhalisi kəskin şəkildə azaldı. 2003-cü ildə Abxaziya Respublikasının hakimiyyət orqanları tərəfindən aparılan siyahıyaalmaya əsasən şəhərin əhalisi 3842 nəfər idi.[3]
2011-ci ilin siyahıya alınmasına görə şəhər əhalisinin sayı 4198 nəfər olub. Onlardan 2465 nəfəri abxaz (58,7%), 1144 nəfər rus (27,3%), 180 nəfər erməni (4,3%), 135 nəfər gürcü (3,2%), 93 nəfər ukraynalı (2,2%), 181 nəfər — digərləri (4,3%).[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [1]Arxivləşdirilib 2021-10-29 at the Wayback Machine Тохтасьев С. Р. Синды и скифы, Археология без границ [FS А. Ю. Алексеев] (ТГЭ 77) 2015 | sergej R tokhtas'ev — Academia.edu
- ↑ Трубачёв О. Н. Indoarica в Северном Причерноморье: Реконструкция реликтов языка. Этимологический словарь. М.: Наука, 1999. — С. 261.
- ↑ "Этнокавказ Население Абхазии 2003". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-04.
- ↑ "Перепись населения Абхазии 2011. Гагрский район". 2013-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.