Eminn(müzakirə | töhfələr)(31.192.49.46 tərəfindən edilmiş redaktələr geri qaytarılaraq Sortilegus tərəfindən yaradılan sonuncu versiya bərpa olundu.) tərəfindən edilmiş 17:07, 15 noyabr 2015 tarixli redaktə
Batumi Zaqafqaziya dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.
Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin ("Batis" - dərin, "Batis limen" - dərin liman) adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Antik dövrdə İranın suverenliyi altında olan şəhər, əvvəl Pont krallığının daha sonra isə romalıların əlinə keçmişdir. Orta əsrlərdə gürcü knyazlarının hakimiyyəti altına düşən şəhər, XIII əsrdə monqol işğalına uğramışdır.
Batumi 16 iyul 1921-ci ildə qurulan Acarıstan Muxtar Sovet Sosiyalist Respublikasının paytaxtı oldu. Qars müqaviləsinə əsasən Sovet Gürcüstanına birləşdirilməsi təsdiqləndi. Bağlanmış müqaviləyə görə Acarıstan Muxtar Respublikasının muxtariyyəti Türkiyə dövlətinin zəmanəti altındadır.
...Bakı-Tbilisi-Ceyhan boru xəttidən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə Bakı-Tbilisi-Axalkalaki-Qars (BTAQ) dəmiryolu layihəsidir.
...Kartli Kaxetiyanın kralı...Erekle II (1720-1798) üç dəfə evlənmişdi və onun 3 oğlu 10 qızı var idi ...
...Borjomi-Kharagauli milli parkı 5.3 kilometr ərazi ilə Avropanın ən böyük milli parklarından hesab edilir...
...Gürcüstan prezidenti Mixail Saakaşvili azərbaycanlıların Novruz bayramı şənliklərində iştirak edərkən Novruz bayramını Gürcüstanın milli bayramı elan edib.
1992-ci ildən il yarım müddətində Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda, sonra isə TiflisdəGürcüstan İnsan Hüquqları Komitəsində çalışmış və azlıq hüququ üzrə ixtisaslaşmışdır. 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülmüşdür.
1994-cü ildə "Edmund S. Muskie Graduate Fellowship" proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olmuş, 1995-ci ildə Corc Vaşinqton Universitetində müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.
Sandra Rulofs adlı holland əsilli qadınla ailə həyatı qurmuşdur və Eduard və Nikiloz adlı 2 övladı vardır. Ana dili ilə yanaşı ingilis, rus, fransız və ukrayna dillərində sərbəst danışır.