Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga[1]) ya da İdil (tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl[2]) — Rusiyanın Avropa hissəsində çay.
Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3530 km-dir. Oka və Kama Volqanın ən böyük qollarıdır. Volqa Xəzər dənizinə tökülərkən böyük delta əmələ gətirir. Volqa çayı üzərində bir çox su anbarları, hidrotexniki qurğular yaradılıb və limanlar, SES-lər tikilmişdir. Volqanın böyük iqtisadi əhəmiyyəti vardır.[3] Xəzər dənizinə ən çox bolsululuq gətirən məhz Volqa çayıdır.
İstinadlar
- ↑ http://wolgadeutsche.ru/lexikon/_Wolgagebiet_de.htm Das deutsche Wolgagebiet
- ↑ http://budda-08.ru/index.php?Page=57 Калмыки
- ↑ Avrasiya