Yuan imperiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Yuan imperiyası
monq. Их Юань Улс
çin. 元朝
Gerb
Gerb
 
 
1271 — 1368

Paytaxt Xanbalıq (Pekin)
Dilləri Çin dili, Monqol dili
Rəsmi dilləri Çin dili
Monqol dili Türk dili
Dövlət dini Buddizm, Taoizm, Xristianlıq, İslam, Tenqriçilik, Şamanizm, Konfutsiçilik
Valyuta Çao
Ərazisi 14.000.000 km2
Əhalisi 87.147.000 (1350)
İdarəetmə forması Monarxiya
Sülalə Yuan Çingizliləri
İmperator (Van)
 • 1260-1294 Xubilay xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi.

Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur.

Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək. Lakin bu ümidlər doğrulmadı. Monqollar 1235-ci ildə çjurçjenləri darmadağın edib Çinin cənubuna istilaçı yürüşlərə başladılar və bu da 1280-ci ildə müvəffəqiyyətlə nəticələndi.

Bu dövrdə hakimiyyətdə olan Çingizxanın nəvəsi Qubilay qaan monqolların paytaxtını Qaraqorumdan Daduya (indiki Pekin) köçürdü. O, özünü Çin imperatoru elan etdi və və bununla da "Əzəli" mənasını verən Yuan sülaləsinin əsasını qoydu. Bu ad monqolların dünyəvi hakimiyyətinin uzun bir erasının başlanğıcını göstərmək məqsədilə seçilmişdir.

Monqolların Çində hakimiyyəti yüz ildən az çəkdi. Monqolların ilkin planı Çin ərazisini böyük bir otlağa çevirmək idi. Lakin Xubilayın monqol olmayan müşavirləri onu ölkəni idarə etməkdə Çin metodlarından istifadənin səmərəlliliyinə inandırdılar. Monqollar inzibati idarəetmə aparatını öz əllərinə götürərək aşağı vəzifələri əcnəbilərə etibar edir, Çin aristokratiyasını isə hakimiyyətə buraxmırdılar. Ölkənin yerli əhalisi üçün hər cür qadağalar qoyulmuşdu. Onlara gecələr çölə çıxmaq və hər hansı bir yığıncaq keçirmək qadağan idi. Kəndli və sənətkarlara ağır vergilər qoyulmuşdu. Çin tacirləri böyük rüsumlar verməyə məcbur idilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra monqollar bəzi güzəştlərə yol verirlər.

1315-ci ildə dövlət qulluğuna qəbul üçün imtahan sistemi tətbiq olunmağa başladı, burada da Çinli olmayanlar üçün çoxlu güzəştlər nəzərdə tutulmuşdu. Ənənəvi Çin elmləri arasında təbabətə üstünlük verilirdi ki, bundan da monqollar öz döyüşçülərinin sağlamlığını qorumaq üşün istifadə etmək istəyirdilər. Yuan dövründə avropalılar səyyah və tacirlərdən Çin haqqında məlumatlar almağa başladılar. Çin haqqında ən maraq doğuran məlumatlar Venesiyalı tacir Marko Poloya aiddir. Çinə 1275-1292-ci illərdə səyahətindən sonra Marko Polo evinə qayıdır və Çin adlandırdığı yüksək sivilizasiyalı ölkə haqqında kitab yazır. 1294-cü ildə Xubilayın ölümündən sonra gələn zəif və səriştəsiz hökmdarlar sırası monqolların mənfur hakimiyyətini daha da dözülməz etmişdi. XV əsrin ortalarında Çində bir çox gizli cəmiyyətlər meydana gəlir. Onlardan ən fəalı ölkənin şimalında yaranan və özünü budda Maytreyinin təcəssümü elan edən Xan Linerin rəhbərlik etdiyi "Ağ lotos" təşkilatı idi.

Qırmızısarıqlılar üsyanı

[redaktə | mənbəni redaktə et]

1356-cı ildə Xan Linberin davamçısı, Budda monaxı Çju Yuançanın başçılıq etdiyi kəndli ordusu Nankini tutur. On il ərzində Çju Yuançan Çinin mərkəzi vilayətlərini özünə tabe edir və Yantszı çayına gəlib çatır. 1368-ci ildə o, özünü yeni Min sülaləsinin ("Aydınlıq") imperatoru elan edərək tay-tszu titulunu götürür və Yantszı çayının aşağı axarı Nankini özünün paytaxtı təyin edir. Az sonra elə həmin il o, Yuanın paytaxtı Pekini tutur. Çinin qalan ərazilərini monqollardan təmizləmək üçün ona daha 20 il lazım olur.

Portret Məbəd adı Ölümdən sonrakı adı Xan adı İlk adı Hakimiyyət dövrü Era adı
Şiçu (世祖 Shìzǔ) Emperor Şenqde Şenqonq Venvu (聖德神功文武皇帝) Xubilay xan Borucigin Xubilay (孛兒只斤忽必烈 Bóérzhījīn Hūbìliè) 1260–1294 Çonqtonq (中統 Zhōngtǒng) 1260–1264

Çiyuan (至元 Zhìyuán) 1264–1294

Çenqzonq (成宗 Chéngzōng) not used Temür xan Borucigin Temür (孛兒只斤鐵木耳 Bóérzhījīn Tiěmù'ěr) 1294–1307 Yuançen (元貞 Yuánzhēn) 1295–1297

Dade (大德 Dàdé) 1297–1307

Vuçonq (武宗 Wǔzōng) Külüg xan Borucigin Qayşan (孛兒只斤海山 Bóérzhījīn Hǎishān) 1307–1311 Çida (至大 Zhìdà) 1308–1311
Rençonq (仁宗 Rénzōng) Buyantu xan Borucigin Ayurparibhadra (孛兒只斤愛育黎拔力八達 Bóérzhījīn Àiyùlíbálìbādá) 1311–1320 Huangking (皇慶 Huángqìng) 1312–1313

Yanyu (延祐 Yányòu) 1314–1320

Yinqçonq (英宗 Yīngzōng) Şidebala Gegeen xan Borucigin Şidebala (孛兒只斤碩德八剌 Bóérzhījīn Shuòdébālá) 1320–1323 Çiçi (至治 Zhìzhì) 1321–1323
Cinzonq (晉宗 Jìnzōng) Taidinq Di (泰定帝 Tàidìng Dì) (2) Yesün Temür xan Borucigin Yesün-Temür (孛兒只斤也孫鐵木兒 Bóérzhījīn Yěsūntiěmùér) 1323–1328 Taidinq (泰定 Tàidìng) 1321–1328

Çihe (致和 Zhìhé) 1328

Tyanşundi (天順帝 Tiānshùn Dì) (2) Aracabiq xan Borucigin Arigaba (孛兒只斤阿速吉八 Bóérzhījīn Āsùjíbā) 1328 Tianşun (天順 Tiānshùn) 1328
Vençonq (文宗 Wénzōng) Toğ Temür xan Borucigin Toq-Temür (孛兒只斤圖鐵木兒 Bóérzhījīn Tútiěmùér) 1328–1329 and 1329–1332 Tianli (天曆 Tiānlì) 1328–1330

Çişun (至順 Zhìshùn) 1330–1332

Minqçonq (明宗 Míngzōng) Xutuqtu xan Borucigin Xoşila (孛兒只斤和世剌 Bóérzhījīn Héshìlà) 1329
Ninqçonq (寧宗 Níngzōng) Rinçinbal xan Borucigin Irinchibal (孛兒只斤懿璘質班 Bóérzhījīn Yìlínzhìbān) 1332 Çişun (至順 Zhìshùn) 1332
Hiçonq (惠宗 Huìzōng) Şundi (順帝 Shùndì) Toqhon Teymur Borucigin Toghan-Temür (孛兒只斤妥懽鐵木兒 Bóérzhījīn Tuǒhuān Tiěmùér) 1333–1370 Çişun (至順 Zhìshùn) 1333

Yuantonq (元統 Yuántǒng) 1333–1335

Çiyuan (至元 Zhìyuán) 1335–1340

Çijeng (至正 Zhìzhèng) 1341–1368

Çiyuan (至元 Zhìyuán) 1368–1370

Nəsil ağacı ağacı

[redaktə | mənbəni redaktə et]
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çingiz
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tuluy xan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xubilay xan
5.(1274-1294)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dolj
 
Çinkim
 
Mangala
 
Nomugan
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kamala
 
Darmabala
 
Temür
6.(1294-1307)
 
Ananda
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yesün Temür
10.(1323-1328)
 
 
 
 
 
Kayşan
7.(1307-1311)
 
Ayurbarwada
8.(1311-1320)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Arigiba
(1328)
 
Koşila
11.(1329)
 
Tok Temür
12.(1329-1332)
 
Şidebala
9.(1320-1323)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Togon Teymur
14.(1338-1370)
 
Irinjibar
13.(1332)
 
El Tögüs
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ayurşiridara
15.(1370-1378)
 
Tögüs Temür
16.(1378-1388)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]