1 dollarlıq əməkhaqqı
1 dollarlıq əməkhaqqı (ing. One-dollar salary) — ABŞ-də ölkənin böhran yaşadığı dövrlərdə həyata keçirilən iqtisadi konsepsiya.[1][2][3]
ABŞ-də ölkənin böhran yaşadığı bir neçə dövr olmuşdur. Bu dövrlərin əksəriyyəti isə son vaxtlara təsadüf edir. Birinci və İkinci dünya müharibələri, Koreya müharibəsi ölkəni bərbad vəziyyətə gətirib çıxarmışdı və hökumət öz gücünün köməkliyi ilə bu vəziyyətdən çıxa bilmirdi. Bu zaman, yəni XX əsrin əvvəlində "One-dollar salary" konsepsiyasını yaratmaq qərarına gəlirlər. Bu ideya çərçivəsində ölkə rəhbərliyi məşhur biznesmen və sahibkarları məsləhətçi qismində dəvət edirdi və onlar da öz növbəsində səfərbər olmalı, ölkə iqtisadiyyatını idarə etməli idilər.
Dəvət edilmiş sahibkarlar müxtəlif vəzifələri tutur, məsləhətçi qismində fəaliyyətə başlayaraq nazir olaraq bitirirdilər. Onları birləşdirən ümumi cəhət isə 1 dollarlıq əməkhaqqı idi. Belə düşünülürdü ki, hər bir sahibkar artıq sərvətə sahibdir və buna görə də göstərdikləri xidmət qarşılığında əmək haqqı almağa ehtiyacları yoxdur. Dövlət onların hər birinə eyni – 1 dollar əməkhaqqı təyin etmişdi və bununla da əlaqədar olaraq "Dollar-a-year men" ifadəsi yaranmışdır.
İkinci dünya müharibəsi zamanı Kanada da bu konsepsiyadan istifadə edir. ABŞ qanunlarına görə dövlət qulluqçusu pulsuz işləyə bilməzdi. Kanada da isə belə bir qanun mövcud olmadığına görə uğurlu sahibkarlar dövlət iqtisadiyyatını ayağa qaldırmağa görə 1 dollar qarşılığında deyil, pulsuz olaraq çalışırdılar.
1 dollara çalışan məşhurlar
[redaktə | mənbəni redaktə et]Bu konsepsiyanın ilk iştirakçılarından biri 1920-ci illərdə ABŞ-də ən varlı insanlardan hesab edilən Alvan Fuller idi. O, 1925-ci ildə Massaçusets ştatının qubernatoru olur və 4 il ərzində 1 dollar əməkhaqqı alır.
"Kentucky’s Ashland Oil" neft emal edən şirkətin yaradıcısı Pol Bleyzer də eyni məbləğdə əməkhaqqı əldə edirdi. O, iki dəfə prezident Ruzveltin administrasiyasının məsləhətçisi olmuşdur.
"1 dollarlıq əməkhaqqı" konsepsiyası ABŞ-də hələ də aktualdır. Məsələn, Arnold Şvartsenegger Kaliforniya ştatının qubernatoru vəzifəsinə görə 1 dollar əməkhaqqı alırdı. Nyu-York şəhərinin meri Maykl Blumberqdə belə şəxslərdən biridir.
Biznes mühitdə isə 1 dollarlıq əməkhaqqını özlərinə şirkət rəhbərləri təyin edirlər. Məsələn, "Oracle" şirkətinin rəhbəri Larri Ellison, məşhur dahi Stiv Cobs, "Google" şirkətinin direktorlar şurasının sədri Erik Şmidt, "Facebook"un qurucusu Mark Zukerberq, ABŞ-nin 45-ci prezidenti Donald Tramp 1 dollar əməkhaqqı alan sahibkarlardandır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Isaac, Mike. "A Dollar for Your Thoughts: Silicon Valley's Famed Single-Digit Salaries". Wired. February 10, 2012. February 16, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2013.
- ↑ "10 High-Powered Executives with $1 Salaries". 14clicks.com. January 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2013.
- ↑ "Vanderlip Leaves Biggest Bank and Will Aid McAdoo". The Owosso Argus-Press. September 25, 1917. December 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2013.