Çarlz Renni Makintoş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çarlz Renni Makintoş
ing. Charles Rennie Mackintosh
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qlazqo, Şotlandiya
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Vəfat səbəbi dil xərçəngi[d]
Vətəndaşlığı

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Təhsili
Həyat yoldaşı
  • Marqaret Makdonald[d] (1900–)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Qlazqo[1], Şərqi Pireney
Əsas tikililəri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Renni Makintoş (ing. Charles Rennie Mackintosh; 7 iyun 1868-10 dekabr 1928)— Şotland memarı, rəssamı, dizayneri.

Çarlz Renni Makintoş 7 iyun 1868-ci ildə Qlazqoda doğulub. Hələ uşaq ikən Çarlz səs-küylü məclislərdən uzaq olmuşdur. O ayaq xəstəliyindən əziyyət çəkirdi və bu uşağı oturaq həyat tərzinə məcbur edirdi. Çarlz bağ güllərinə həsr olunmuş “Herbarium” adlı çoxsaylı rəsmlər silsiləsi yaratmışdır. Uşaqlıqda gördüyü güllərlə zamanla yaratdığı interyerləri bəzədi.

İlk peşə təhsilini Makintoş Qlazqodakı A. Qlenin İncəsənət məktəbində almışdır. 1885-ci ildən 1892-ci ilədək Çarlz F. Nyuberidən memarlıq dərsləri almış və memar C. Hatçensonun yanında praktika keçmişdir. 1889-cu ildə Makintoş “Honiman və Keppi” şirkətində çertyojçu olur. 1890-cu ildə o, A. Tompson tərəfindən verilmiş təqaüdü Fransaİtaliyaya səyahət üçün istifadə eləmişdir. Onun Qlazqodakı ilk əsərləri “Qlazqo herald” (Keppi ilə birgə, 1893-cü il) redaksiyasının binası və Baroni küçəsindəki Martir ictimai məktəbinin binasından ibarətdir (1895).

Çarlz Makintoş modernin XIX əsrin sonuncu onilliyinin əvvəllərində Qlazqoda yaranmış özünəməxsus istiqamətinin başında dururdu. “Qlazqo hərəkatının” özəyini hələ tələbəlik illərindən formalaşmış və Makintoşun özündən, onun dostu Herbert Makneyr və Makdonald bacılarından (daha sonra onlar Marqaret Makintoş və Frensis Makneyr adlanmağa başladılar) ibarət “dördlər qrupu” təşkil edirdi. Bu qrup qrafikada, dekorativ-tətbiqi incəsənətdə, mebel və interyerlərinin layihələndirilməsində “Qlazqo üslubunu” yaratdı. Makintoş qrupun həm də memarlıqla ciddi məşğul olan tək üzvü idi. Özü də Makintoşun memarlıqda yaradıcılığının kökləri incəsənətin başqa sahələrindəki fəaliyyətinin mənbələrindən ciddi fərqlənirdi.

Bir memar kimi Makintoş şoyland kənd evləri ənənəsinə və orta əsrlərin şotland qəsrlərinin “baron üslubu” adlandırılan üslubuna söykənirdi, yəni ki, bu nəzrdən onu neoromantizmin tipik nümayəndəsi kimi qəbul etmək olar. Onun şəhərkənarı ev janrında bütün işləri modern incəsənətin bu istiqamətinin uğurlu və özünəməxsus təzahürüdür.

Hələ tələbə ikən Makintoş qrafikanın rutin akademik üslubdan fərqlənən yeni ifadə dilinin yaradılmasına böyük diqqət yetirirdi. Öz axtarışlarında o, modernin bir çox rəssamlarına xas yolla gedirdi. Makintoş ən müxtəlif, bəzən çox ağlasığmaz təbii formaları, məsələn, kələmin kəsilməsi zamanı yaranmış naxışı və ya mikroskop altında balıq gözünü öyrənir və şəkillərini çəkirdi. Daha sonralar o, hər hansı bir şeir və ya nəsr parçasının adətən melanxolik olan əhval-ruhiyyəsini əyri xətlərin abstrakt ahəngi ilə ifadə etməyə çalışırdı. T. Hovardın yazdığı kimi, nəticədə Makintoş “müəyyən ideyanı sırf simvolik vasitılərlə ifadə etmək bacarığını qazanır”. Sözsüz ki, onun axtarışları prerafaelitlər və onların hələflərinin yaradcılığının təsiri altında gedirdi. Buna bənzər niyyətləri Makintoşun tələbə yoldaşları – Makneyr və Makdonald bacıları da nümayiş etdirirdilər, çox güman ki, bu, “dördlər qrupunun yaradılmasını” şərtləndirmişdir. Son nəticədə “Qlazqo üslubu” onların birgə əməyi nəticəsində formalaşmışdır, amma eyni zamanda qrupun üzvlərinin yaradıcı tərzlərində müəyyən fərqlər də qalırdı.

1895-ci ildə Makintoş Parisdə Yeni incəsənət sərgisində plakatçı kimi çıxış edir. Həmin il Qlazqoda İncəsənət məktəbinin yeni binası üçün memari müsabiqə elan olunur. Müsabiqədə Makintoş qalib gəlir və nəticədə möhtəşəm memari abidə ərsəyə gəlir. Vəsait çatışmazlığı səbəbindan tikinti işləri iki mərhələyə bölünmüşdü. Birinci mərhələ (1897-1899) şimal fasadında əsas girişin qülləsinin tikilməsi ilə nəticələndi. Bundan sonra uzun çəkən fasilə mümara bütün layihəni yenidən əsaslı şəkildə işləməyə imkan verdi. Binanın hündür fasadlı və ikili işıqlı möhtəşəm kitabxanası yerləşdiyi qərb qanadı (1907-1909) artıq kamil ustanın əməyinin nəticəsi olduğundan xəbər verir. Müasir dizaynı tarixi kontekstə uyğunlaşdırmaq, binanın gərgin-ifadəli zahiri görünüşündə asketik monumentallığı və hissiyatlılığı, formaların azlığını və dekorun zənginliyini birləşdirmək bacarığı – bütün bu cəhətlər Makintoşa görkəmli rəssam şöhrəti gətirdi.

Qlazqoda İncəsənət məktəbi

Bina “E” hərfi formasındadır. Şəkil çəkmə studiyaları və memari emalatxanalar əsasən məktəbin şimal fasadı boyunca yerləşiblər. Başqa tədris və xidməti otaqları şərq qanadında yerləşiblər. Qərb tərəfə əsas leksiya zalı, kitabxana və bir neçə studiya baxır.

Binanın uzunluğu 75 metr, eni 28 metrdir. Binanın əsas beş mərtəbəsindən başqa, tikintinin ikinci mərhələsində əlavə olunmu və emalatxanaların yerləşdiyi çardağı da var. Şimaldan cənuba hündürlük fərqi 10 metr təşkil edir – bu, qərb fasadının eggektli vertikallığını yaratmağa imkan vermişdir. Binanın bütün hissələrində xəfif asimmetriya bütün kompozisiyaya xalq memarisinə xas gözəllik bəxş edir. Məsələn, şimal fasadında iki qıraq pəncərə başqalarından bir panel ensizdirlər.

Böyük vitrajlı pəncərələr çox yaxşı təbii işıqlanmanı təmin edir. Ağır daş fasadla təzad təşkil edən pəncərələr eyni zamanda həm I Yelizaveta dövrünün üslubunu, həm də iri şüşə elementləri ilə müasir memari üçün xas cəhətləri göstərirlər. Zirzəmi mərtəbəsinin təbii işıqlandırılması üçün şimal fasadı boyu aşağı mərtəbənin pəncərələrinin çıxdığı dərin xəndək qazılmışdır.

Birinci mərtəbənin qapısı rəngli vitrajla bəzədilib. Şəkil özündə Makintoşa xas elementləri ehtiva edir – qadın sifətinə çevrilən “həyat ağacı” və qızıl gül qönçələri. Bu, üslublaşdırılmış, erotik və eyni zamanda simvolik motivlər rəssamın yaradıcı individuallığının ən müxtəlif cəhətlərini əks etdirir.

Qərb fasadının görünüşündə sərtlik ənənəvi xalq memarisinə xas asimmetriya ilə ahənglik təşkil edir. Binanın daxili quruluşunun xüsusiyyətləri xaricdən iri şüşə vitrajlarının və pəncərəsiz bötüv daş divarın təzadlı qarşı-qarşıya qoyulmasında ifadə olunmuşdur.

Makintoşun və “dördlər qrupunun” işlərinin xarakteri ümümumilikdə özünün dini-simvolik tematikası və stilistikasına görə modernin “kosmopolitik” cərəyanına aidliyi müəyyən edir. “Ar nuvonun” bu ingilis variantının xüsusiyyətləri xüsusi zəriflik və eyni zamanda sadəlik idi, bu da onu Qitə Avropasındakı cərəyanlardan fərqləndirirdi. Lakin “ar nuvonun” be, təmkinli variantı “İncəsənət və sənətkarlıq hərəkatı” rəssamlarının sıralarında dəstək tapmadı. Şotland rəssamlarının işləri 1896-cı ildə “İncəsənət və sənətkarlıq” sərgisində cəmiyyətə ilk dəfə təqdim olunanda kəskin tənqidə tutuldular. İngiltərədə belə növ sərgilərə şotlandlar üçün yolu bağlamış bu konflikt əslində modern çərçivəsində milli-romantik və kosmopolitik meyllər arasında mübarizə idi və əsrlərin qovuşmasında incəsənətdə tez-tez yaranan münaqişələrdən idi.

Sərgidə yaranmış vəziyyət barədə Mutezius yazırdı: “Əvvəllər də tez-tez olduğu kimi İngiltərə yeni ideyaların ilk dövrdə inkişafı üçün çox şey elədi lakin daha sonra onların tam həyata keçməsinə nail ola bilmirdi”. Onun fikrincə “Dördlər qrupunun” qovulması və həmin ildə də Morrisin ölümü ilə “İncəsənət və sənətkarlıq hərəkatının” mütərəqqi rolu bitmiş oldu.

Şotlandların İngiltərədə rədd edilmiş işləri Avropada coşqunluqla qarşılandılar. Artıq 1898-ci ildə modernin məşhur Almaniyalı təbliğatçısı və naşir Aleksandr Kox özünün “Tətbiqi incəsənət” jurnalında Makintoş və onun qrupu haqqında şəkilli məqalə çap edərək, onların yaradıcılığını çox yüksək qiymətləndirmişdir.

1898-1899-cu illərdə Makintoş Vudsaydda Kral xaçı kilsəsini layihələndirir. 1899-cu ildə Münhen Sessionunun sərgisində iştirak Makintoşa Avropada şöhrət gətirir. 1900-cu ildə o “Honiman və Keppi” şirkətində partnyor olur və həmin il Turində keçirilən Beynəlxalq sərgidə Şotlandiyanın pavilyonunun yaradır.

Bu zaman onun novator axtarışlarının ağırlıq mərkəzi bir qədər dəyişir – kütləvi şəhər kənarı ev tipi əvəzinə memarın novator axtarışlarına qiymət verə biləcək seçkin sifarişçi üçün evin yaradılmasına tələbat yaranır. Beləliklə modern memarisində xüsusi əhəmiyyət qazanmış xüsusi janr – “Rəssam evi” və ya “İncəsənət həvəskarları evi” tipi yaranmış oldu. Bu janrın ən yüksək inkişafı 1901-ci ildə Darmştadta keçirilmiş “İncəsənət həvəskarı üçün ev” layihə müsabiqəsinin dövrünə təsadüf edir. Burada ən yüksək mükafatlar Beyli Skott və Makintoşun layihələrinə təqdim olunmuşdur.

Bu layihədə müəllifin yaradıcı üslüubunun özünəməxsusluğu xüsusilə parlaq şəkildə öz ifadəsini tapdı. Layihənin dərc olunduğu alboma müqəddimədə Mutezius yazırdı ki, “bu binanın xarici memarisi tamamilə orijinal xarakterə malik idi və bundan əvvəl məlum olan heç nəyə bənzəmirdi”. Lakin əslində, binanın “müasir” xarici görünüşü eyni zamanda şotland xalq memarisinin ənənələrinin izlərini də saxlayırdı. O sözsüz ki, neoromantik idi, lakin eyni zamanda binanın forması elə izah olunurdu ki, onun bəzi elementləri rasionalistik memarinin beynəlxalq dilinə çox təbii şəkildə daxil oldular.

1902-ci ildə və 1903-cü ilin əvvəllərində Makintoş Olbrix ilə bir yerdə “Yeni üslub memarisi və incəsənət sənayesinin Moskva sərgisində” iştirak etmişdir. Burada da onun işləri təriflərə layiq görülmüşdür. Bu zamandan Makintoş modernin ən böyük memarları sırasına qoşulur.

Hill-haus

O, Hill-hausu, (Helensboro, 1902-1904), İncəsənət məktəbini (1897-1909) və başqa binaları layiləndirir. Söyüdlü çay evinin (1902) sifarişçisi çay ticarəti ilə məşğul olan Qlazqolu zəngin qadın Ketrin Krenston olmuşdur. Lakin onu tək ticarət cəlb etmirdi, o eyni zamanda göstərmək istəyirdi ki, insanlar boş vaxtlarını mütləq pivə krujkası ilə deyil, həm də rahat şəraitdə bir fincan çay ilə keçirə bilərlər. Makintoş onun qarşısında qoyulmuş vəzifənin öhdəsindən parlaq şəkildə gəlmişdir.

1910-cu illərin əvvəlində Makintoşun görmə qabiliyyəti zəifləməyə başlayır. Onun son işləri iki evin yenidən qurulması, parçalar üçün bəzəklərin hazırlanması və peyzajların çəkilməsi olmuşdur. 1919-cu ildə memar Port Vendrzə (Cənubi Uelsdə) köçür.

O, 1928-ci ildə vəfat etmişdir.

  1. RKDartists (nid.).