53°49′ şm. e. 91°17′ ş. u.HGYO

Çernoqorsk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çernoqorsk
Черного́рск
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
53°49′ şm. e. 91°17′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1936
Mərkəzin hündürlüyü 260 m
Əhalisi
Əhalisi
  • 75.745 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 39031
Poçt indeksi 655150
Digər
chernogorsk.com
Xəritəni göstər/gizlə
Çernoqorsk xəritədə
Çernoqorsk
Çernoqorsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çernoqorsk (xak. Харатас) — Rusiya Federasiyası, Xakasiya Respublikasında yerləşən bir şəhər. Eyni adlı şəhər dairəsinin inzibati mərkəzidir. Xakasiya Respublikanın paytaxtı olan Abakan şəhərindən sonra əhali baxımından ikinci ən böyükl şəhərdir: 75,067 nəfər. (2018).

Rusiya Federasiyası Hökumətinin 29 iyul 2014-cü il tarixli 1398 nömrəli “Tək sənaye şəhərlərinin siyahısının təsdiq edilməsi haqqında” qərarı ilə Çernoqorsk şəhəri “Rusiya Federasiyasının ən çətin sosial-iqtisadi vəziyyəti olan tək sənaye sahəli bələdiyyələri (tək sənaye şəhərləri)” kateqoriyasına daxil edilmişdir.

Çernoqorsk Abakandan 16 km şimal-qərbdə, Minusinsk çökəkliyində, Abakan çölünün şimal kənarında, Podkuninski silsiləsindən cənubda yerləşir. Şəhərin şərq sərhədi boyunca Abakan çayının Yeniseyə qarışdığı yerdən şərqə təqribən beş kilometrə qədər olan P257 "Yenisey" federal magistral yolu uzanır.

Şəhərin tarixi 1907-ci ildə Vera Arsenievna Balandina tərəfindən təsis edilmiş kömür mədəninin işə salınmasından başlayır. Mədənin yanında iki daxma, çoxlu sayda qazma və bir xəstəxanadan ibarət Çernoqorski Kopi adlı işçi kəndi qurulur. 1930-cu illərə qədər kənddə mədən sənayesi məktəbi, mədəniyyət mərkəzi, uşaq bağçaları, məktəb açılır və su təchizatı həyata keçirilir. Sənaye müəssisələri arasında mədəndən əlavə mərkəzi elektrik stansiyası, mexaniki emalatxanalar, çörək bişirmə zavodu, kərpic zavodu, dülgərlik emalatxanası istifadəyə verilir.

20 yanvar 1936-cı ildə Çernoqorskie Kopi kəndi və Minusinsk kömür hövzəsinin bir neçə işçi kəndinin birləşməsindən sonra yaşayış məntəqəsi qəsəbə rəsmi status alır və Çernogorsk şəhəri adlandırlır[2].

SSRİ NKVD-nin ilk əmək düşərgəsi 1942-ci ildə Çernoqorskda meydana gəlir. 1953-cü ilə qədər şəhərdə fərqli həbs rejimi olan on bir düşərgə var idi və Memorial beynəlxalq cəmiyyətinə görə onlarda olan məhbusların sayı 12000-ə çatırdı[3]. Məhkumların əməyi əsasən mədənlərdə istifadə olunurdu. İş növbələri 12 saat davam edir, suyun içində diz üstündə işləməli olurdular. Mexanizasiyanın səviyyəsi çox aşağı idi[4]. 1955-ci ildə Çernoqorskda əmək düşərgə sistemi ləğv edilir.

1980-ci illərə qədər şəhər Krasnoyarsk ərazisinin sənaye mərkəzlərindən biri olur. Şəhərin əsas müəssisələri arasında bir neçə mədən, kəsik, ağac emalı zavodu, dəmir-beton məhsulları istehsalı zavodu var idi. Şəhərin iqtisadiyyatını yüngül və toxuculuq sənayesi müəssisələri təşkil edirdi: süni dəri fabriki, yunun ilkin emalı zavodu və s.

1990-cı illərdə dəmir-beton konstruksiyalar fabriki, İskoj fabriki, Sibir fabriki, Xakasski inşaat materialları fabriki (Şərqi Sibirdə ən böyük müəssisə), ağac emalı fabriki və digərləri fəaliyyətini dayandırır.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Официальный сайт города Черногорск". 2011-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-21.
  3. "Черногорский ИТЛ на сайте общества Мемориал". www.memo.ru (rus). 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.
  4. "Книга памяти жертв политических репрессий Республики Хакасия. Том 2". www.memorial.krsk.ru (rus). 2020-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-02-20.