İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır.
F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir:
- a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç. Pirs (1839–1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan;
- b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur;
- c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir.
İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |