İkiqay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
ikigai[1] Şəklin tərcüməsi: Passion (azərb. Tutqu‎), Mission (azərb. Missiya‎), Vocation (azərb. Bacarıq‎), Profession (azərb. Peşə‎), what you LOVE (azərb. Nəyi SEVİRsən‎), what the World NEEDS (azərb. Dünyanın nəyə EHTİYACI var‎), what you can be PAID for (azərb. Nədən QAZANC əldə edə bilərsən‎), what you are GOOD at (azərb. Nəyi YAXŞI bacarırsan‎)

İkiqay[2] (生き甲斐?, azərb. "Həyatın mənası"‎) – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"i təsvir edir.[3] Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub.

Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir. Aydındır ki, ikiqay uğura apara bilər, ancaq uğur ikiqay üçün əsas şərt deyil. O hər kəs üçün açıqdır.

İkiqayın beş sütunu bunlardır:

  1. Kiçik başlamaq
  2. Əldən verməyi öyrənmək
  3. Hamoniyalı və davamlı yaşamaq
  4. Kiçik şeylərdə xoşbəxtlik tapmaq
  5. Hazırkı yerdə və anda olmaq

İfadənin inkişafı və mənası

[redaktə | mənbəni redaktə et]

Zaman keçdikcə ikiqay ifadəsi bir neçə dəfə mənasını dəyişmişdir. Bu ifadəyə Taiheiki eposunda hələ 14-cü əsrdə rast gəlinir ki, sonralar Natsume Sōseki-nin Kōjin hekayəsində istifadə edilmişdir və İkinci Dünya müharibəsinə kimi Şiniqai-ə (死にがい, azərb. "ölməyədəyər olan bir şey/səbəb"‎) sinonim olaraq işlədilmiş və əsasən imperator və xalqla bağlı olmuşdur. 1960-ların ortalarından Yaponyada yaşam standartlarının iqtisadiyyatın inkişafı ilə yaxşılaşması nəticəsində kitablarda və jurnallarda bu günə kimi davam edən "İkiqay partlaması" meydana gəldi.[4]

İkiqayın iki fərqli mənası ola bilər ki, bu fərqliliklərə Yapon ədəbiyyatında da rast gəlinə bilər.[4] Bir tərəfdən, o həyatı yaşamğa dəyərli edən xüsusi maraq obyektləri, fəaliyyətlər və ya xüsusi vəziyyətlərdir (生き甲斐対象, ikiqay taishō); ikiqayın bu mənası ilə əlaqəli aşağıdakı vizual nümunələrli göstərmək olar

Başqa tərəfdən, ikiqay həyatdan zövq aldığımız bu hala çatma hissi mənasını da verir (生き甲斐感, ikiqay kan). Bu mənada, Qərb baxış bucağından, o subyektiv rifah hissinə uyğun gəlir ki, bu da həyatın mənası duyğusunu ("Tale") əhatə edir və "həyatda olma sevincini" özündə cəmləşdirir.[5]

  1. Héctor García, Francesc Miralles『Ikigai: The Japanese Secret to a Long and Happy Life』Penguin (azərb. "Yaponların Uzun və Xoşbəxt Həyat üçün Sirri"‎), 2017 Google Kitabı
  2. "İkiqay". Teas Press. 2024-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2024.
  3. Mogi, Ken. The little book of Ikigai. Great Britain: Quercus Editions Ltd. 2017. 5, 6. ISBN 9781787470279.
  4. 1 2 Gordon Mathews: What Makes Life Worth Living? How Japanese and Americans Make Sense of Their Worlds, Kapitel 1, S. 12–26
  5. Christopher Peterson: The Good Life. Positive psychology and what makes life worth living, Psychology Today