İmmiqrant (film, 1917)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İmmiqrant
ing. The Immigrant
Janr komediya
Rejissor Çarli Çaplin
Prodüser
Ssenari müəllifləri
Baş rollarda Çarli Çaplin
Edna Pörviens
Operator Roland Totero
Bəstəkar
Montajçı Çarli Çaplin
İstehsalçı Mutual Film Corporation
İlk baxış tarixi 17 iyun 1917
Filmin növü qısametrajlı bədii film
Müddət 20 dəq.
Ölkə ABŞ ABŞ
Dil səssiz
İl 1917
Rəng ağ-qara
IMDb ID0008133
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İmmiqrant

"İmmiqrant" (ing. The Immigrant) — rejissor Çarli Çaplinin filmi.

Edna və onun anası immiqrant kimi paroxodla Nyu-Yorka gəlirlər. Çarli və Edna nahar zamanı tanış olurlar.

Çarli gəmi sərnişinləri ilə kart oyunu oynayır və qalib gəlir. Oyunçulardan biri Ednanın xəstə anasının pullarını oğurlayır. Sonra isə bu pulları Çarliyə uduzur. Edna hamıya bildirir ki, onların pulları oğurlanıb. Çarli qazandığı bütün pulları ona verir.

Gəmi Nyu-Yorka gəlib çatır. Mühacirət idarəsi sərnişinlərin sənədlərini yoxlamağa başlayırlar. Bir qədər keçdikdən sonra Çarli şəhərin küçələrilə avara-avara gəzdiyi göstərilir. O, acdır, yemək istəyir, lakin bunun üçün pulu yoxdur. Təsadüfən restoranın qabağında yerdən qəpik tapan Çarli onu cibinə qoyur və restorana daxil olur. Hətta onun xəbəri belə yoxdur ki, cibində deşik var və qəpik küçədə qalıb.

O, restoranda yemək sifariş verərkən Ednanı görür. Qadın ağlayaraq anasının vəfat etdiyini deyir. Çarli onu öz masasına dəvət edir və ona da paxla sifariş verir. Onlarınsa heç birinin pulu yoxdur.

5 ofisiant yemək yeyib pulunu verməyən müştərinin üstünə düşüb onu döyürlər. Yekəpər ofisiant onu sifətindən vurur və restorandan çölə atır.

Elə bu zaman xoşbəxtlikdən Çarli və Ednanın masasına bir rəssam əyləşir. Rəssam onlara iş vermək istəyir. Rəssam bu iş təklifindən sonra öz sifarişinin pulunu verir və Çarli ilə Edna üçün də müəyyən qədər pul qoyub gedir. Bu məbləğ Çarlinin öz sifarişinin pulunu ödəməyə bəs edir.

Filmin sonunda onlar nikah bağlamağa gedirlər.

Film 1998-ci ildə Milli filmlər reyestrinə daxil edilmişdir.

Filmin üzərində işləyənlər

[redaktə | vikimətni redaktə et]
Ssenari müəllifləri: Çarli Çaplin, Vinsent Brayan, Meverik Terrell
Rejissor: Çarli Çaplin
Operator: Roland Totero
Prodüser: Con Cesper
Çarli Çaplin — immiqrant
Edna Pörviens — immiqrant qız
Erik Kempbell — baş ofisiant
Albert Ostin — müştəri
Henri Berqman — rəssam