İntellektual
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İntellektual (latınca intellegere – dərk etmək, latınca ‘inter’ arasında və ‘legere’ seçmək sözlərindən) ümumilikdə elm və ya incəsənət sahəsində təhsil almış şəxslərə deyilir. Çox vaxt bu anlayış ali təhsillilərə sinonim kimi də işlədilir. Əsasən, Qərbdə geniş yayılmışdır. Keçmiş Sovetlər ölkəsində isə bunun əvəzinə ziyalılar daha çox işlədilir.
Sosioloqlar üçün intellektuallar öz yazı və danışıq qabiliyyəti ilə onların məsğul olduğu kompitentlik sahəsindən kənara çıxaraq ictimai məsələlər haqqında bəzi hallarda tənqidi danışan şəxslərdir. Onların uğuru yaşadıqları cəmiyyətin göstəricilərinə əsaslanaraq özünü təsdiqləndirmək qabiliyyəti ilə bağlı olur.
İntellektualın Teodor Qeiqer (Theodor Geiger) tərəfindən verilmiş başqa tərifinə əsasən: Buraya o şəxslər aiddirlər ki, onlar öz peşə kompetensiyaları ilə dini, estetik və ya elmi həyat anlamlarını qabağa çəkir və ya rasional həyat tərzi üçün nəzəri əsaslar yaradırlar. Ziyalı şəxs o vaxt intellektuala çevrilir ki, o öz fəaliyyət sahəsindən kənara çıxaraq hər hansı bir məsələ haqqında ictimai şəkildə çıxış etsin.
Ali təhsilli və intellektual anlayışlarının bir-brinə sinonim işlədilməsi heç də həmişə düzgün deyildir. Ona görə ki, intellektə sahib olan şəxs cəmiyyətdə daha yüksək dəyərləndirilir. Akademik təhsil isə çətin savad almaq yolu ilə əldə edilə bildiyi halda, intellektual xüsusi biliyə malik olmadan öz tənqidlərini açıqlaya bilər. Ancaq onların ümumi savada malik olmaları vacib sayılır.
Çox vaxt əqli əməyi asan izah oluna bilməyən insanları dəyərləndirmə məqsədilə intellektual anlayışından istifadə edilir. Məsələn, heç bir təhsilə malik olmayan özüöyrənənlər və ya heç bir böyük əsər yazmayan yazıçıları göstərmək olar.
İntellektualın cəmiyyətə və ideologiyaya münasibəti heç də həmişə bir mənalı olmur. Onlar çox şeyləri diskusiya olunmalı və ya düzgün qəbul edirlər. İntellektuallar eyni zamanda ideyaların həm yaradıcısı, həm də tənqidçisidirlər.
Onların ideyaları hakimiyyətdə olanlarla üst-üstə düşdükdə çox effektiv köməkçi, əks halda isə onlar dövlət idarələri tərəfindən sıxışdırılaraq, disidentliyə qədərə aparıb çıxara bilər. İntellektuallar beləliklə hakimiyyət üçün nə qədər maneə olsalar da, onlar bir o qədər cəmiyyətin inkişafı üçün vacib rol oynayırlar.
Sitatlar
[redaktə | mənbəni redaktə et]"Intellektual əqli özünü müşahidə edən şəxsdir."
– Albert Kamus(Camus)
"İntellektual insaniyyət üçün vacib olan məsələlərin həllində ağılından istifadə edilə bilən şəxslər üçün peşədir. Bəzi adamlar yüksək privilegiyalara malikdirlər, güclüdürlər və ictimaiyyətə asan yol tapa bilirlər. Ancaq bu onları heç də, eyni şeylər haqqında fikirləşə bilən və bəlkə də ondan ağıllı və o qədər də səthi olmayan bir taksi sürcüsü qədər intellektual etmir. Onda bu gücdən asılıdır."
– Noam Komski (Noam Chomsky), 3. Mai 2002
Mənbə
[redaktə | mənbəni redaktə et]- Theodor Geiger: Aufgaben und Stellung der Intelligenz in der Gesellschaft. Stuttgart 1949 **
- Alfred von Martin: Die Intellektuellen als gesellschaftlicher Faktor. In: ders.: Mensch und Gesellschaft heute. Frankfurt am Main 1965
- M. Rainer Lepsius: Kritik als Beruf. Zur Soziologie der Intellektuellen, in: Interessen, Ideen und Institutionen. Opladen 1990, ISBN 3-531-11879-X