16°50′12″ şm. e. 96°08′42″ ş. u.HGYO

İnya gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İnya gölü
birm. အင်းယားကန်
19 noyabr 2009-cu ildə çəkilmiş şəkli.
19 noyabr 2009-cu ildə çəkilmiş şəkli.
Ümumi məlumatlar
Tipi süni
Mütləq hündürlüyü 16 m[1]
Axan çay Kandavqyi gölü
Yerləşməsi
16°50′12″ şm. e. 96°08′42″ ş. u.HGYO
Ölkə  Myanma
Vilayət
  • Yanqon
Yaşayış məntəqəsi Yanqon
İnya gölü xəritədə
İnya gölü
İnya gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnya gölü (birm. အင်းယားကန် [ʔíɴjá kàɴ]; keçmiş adı Viktoriya gölü) — Myanmanın Yanqon vilayətinin ən böyük gölü. Göl Myanmada məşhur əyləncə və romantika yeri kimi tanınır. Göl Yanqon şəhərinin işgüzar hissəsindən 10 km şimalda yerləşir. İnya gölü şimaldan Parami yolu, qərbdən Pyay yolu ilə, cənub-qərbdən İnya yolu ilə, cənubdan Alleya Universiteti ilə, şərqdən Kaba Aye Paqoda yolu ilə hüdudlanır.

İnya gölü parkında toplaşan gənclər.

İnya gölü 1882-1883-cü illərdə Britaniya Burması tərəfindən Yanqon şəhərinin su ehtiyacını qarşılamaq üçün yaradılmış su anbarından törəmişdir.[2] Göl musson mövsümündə yaranmış kiçik təpələrin birləşməsindən formalaşmışdır.[2] Borular və kabellər İnya gölünü Yanqonun işgüzar hissəsinin yaxınlığında yerləşən Kandavqyi gölü ilə əlaqələndirir.

1960-cı ildə Ranqun Universiteti tərəfindən gölün yaxınlığında İkinci Uzaq Şərq Regional Skaut Konfransı keçirilmişdir, Birinci Uzaq Şərq Peşəkar Skautlar Məşq Konfransı isə gölün yaxınlığındakı İnyale düşərgəsində baş tutmuşdur.

16 mart 1988-ci ildə 8888 üsyanı hadisələri zamanı iki tələbənin öldürülməsinə etiraz əlaməti olaraq tələbələr gölün yaxınlığındakı Prome yolunda (indiki Pyay yolu) yürüyüş keçirmişlər. Tələbələr ilə Lon Hteyn polisləri arasında baş vermiş qarşıdurmada bir çox insan ölmüş və yaralanmışdır.

4 may 2009-cu ildə ABŞ vətəndaşı Con Ulyam Yettau siyasi məhbus olan Aunq San Suu Kyinin həbsdə olduğu evə icazəsiz İnya gölü vasitəsilə üzüb girdiyi üçün həbs olunmuşdur. 7 il cəza alan Yettau ABŞ hökumətinə təslim edilmişdir.

Gölün sahili.

İnya gölünün ətrafı Yanqon şəhərinin ən heyranedici yerlərindən biridir. Gölün ətrafında, Yanqon Universitetinin cənub-qərbində ictimai park yerləşir, gölün sahillərinin böyüj hissəsi isə ölkənin ən bahalı özəl mülklərindən biridir. Gölün sahillərində Aunq San Suu Kyi, Ne Vin və ABŞ-nin Myanmadakı səfirlərinin mülkləri yerləşir.

Gölə ən populyar ictimai keçid Kaba Aye Paqoda yolu vasitəsilədir. Yanqon Universitetinin yaxınlığında yerləşən İnya və Pyay yolları ilə də gölə daxil olmaq olar. Göl ətrafında piyada dövrə vurmaq 2 saat çəkir.

İnya gölü parkı

[redaktə | mənbəni redaktə et]

Yanqon Universitetinin yaxınlığında yerləşən bu ictimai parkın sahəsi 15 hektardır. Park universitet tələbələrinin ən məşhur romantik görüş yeridir. Myanma romanlarında, filmlərində, mahnılarında bu parkın adı dəfələrlə çəkilir. Ziyarətçilər parkda üzə, qayığa minə, avar çəkə bilərlər. Yanqon şəhərinin əsas üzgüçülük klubu göl üzərində qurulub.

  1. GeoNames (ing.). 2005.
  2. 1 2 Transactions of the Seventh International Congress of Hygiene and Demography. Eyre and Spottiswoode. 1892.
  • Ranqun tarixi, B.R. Pirn, American Baptist Missionary Press, 1939
  • Skauitinq Dünya boyunca, Con Vilson, birinci nəşr, Blandford Press, 1959

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]