İosif Lada

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İosif Lada
Josef Lada
Doğum tarixi
Doğum yeri Hrusike, Çexiya
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Praqa, Çexiya
Dəfn yeri
  • Olşanı qəbiristanlığı[d][1]
Vətəndaşlığı Çexiya Çexiya
Fəaliyyəti yazıçı, illüstrasiyaçı[d], uşaq ədəbiyyatı yazıçısı, rəssam, vizual incəsənət rəssamı, karikaturçu, səhnə dizayneri, kostyum dizayneri[d]
Janr kubizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ladanın ev muzeyi

İosif Lada (d. 17 dekabr 1887 - ö. 14 dekabr 1957)- Çexiyalı rəssam, karikaturaçı və yazar.

Yaroslav Haşekin Cəsur Əsgər Şveyk kitabının karikaturaçısı kimi tanınır. Petr Urbanın təşkil etdiyi 2008-2009 Çexiya nəşrinə qədər bütün Şveyk nəşrlərində Ladanın şəkillərindən istifadə edilirdi.

Yetkinlər üçün çəkdiyi rəsmlər qədər çap etdirdiyi uşaq kitabları və mənzərə şəkilləri də məşhurdur. Özü də 13 uşaq kitabı yazmışdır.[2]

1887-ci ildə Praqa yaxınlığında kiçik bir kənddə bir ayaqqabı tamirçisinin ailəsində anadan olmuşdur. İbtidai məktəbdən sonra rəsm işləri üzərində fəaliyyətinə başlamışdır.[3] 14 yaşında Praqaya gedərək çap işləri ilə məşğul olmağa başladı. 6 aylıqkən keçirdiyi bir qəza səbəbiylə bir gözü görmürdü. Buna baxmayaraq çox böyük maraq duyduğu şəkil sahəsində özünü inkişaf etdirdi, qəzetlər üçün karikaturalar çəkdi.

1907-ci ildə anarxist bir qəzetin redaktoru olan Yaroslav Haşek ilə tanış oldu. 1913-cü ildə iki yoldaş bir müddət birlikdə işlədilər. Çap etdirdiyi ilk uşaq kitabı " Moje abeceda "nı 1911-ci ildə nümayiş etdirən Lada 1913-cü ildə Haşekin yazdığı bir uşaq kitabına karikaturalar çəkdi. Özünün yazıb çap etdirdiyi Kocour Mikes adlı uşaq kitabı onun ən məşhur əsərlərindən biri oldu və 30 dilə tərcümə edildi.

Birinci Dünya Müharibəsindən sonra dostu Haşekin xahişi ilə Cəsur Əsgər Şveykin üz qapağına şəkillər çəkdi. Haşekin 1923-cü ildə ölümündən sonra da seriya davam etdirildi və Lada 1923-1925-ci illər arasında Şveyk seriyası üçün 500-ə qədər şəkil çəkdi.

1920-ci illərdə öz tərzini tapan Lada ənənəvi Çexiya həyatı ilə bağlı şəkil və şəkillər çəkdi. 400 rəsmi və 15000-ə qədər şəkili var. 130 yazıçının kitablarına karikaturalar çəkmişdir.[4]

Lada kitab rəsmləri xaricində mənzərə şəkilləri çəkməyə başladı, şəkillərinin bir çoxu poçt markası olaraq çap edildi. Rəssam oyun və filmlər üçün də dekorasiyalar hazırlamağa başladı. Bedrix Smetananın Satılmış Dul operasının dekorasiyası hazırladığı dekorasiyalar içində ən məşhuru idi. Əsər 1937-ci ildə Amsterdamda Ladanın dekorasiyası ilə səhnəyə qoyuldu.

1923-cü ildə Hana Budějická ilə evlənən və iki qız uşağı olan rəssam 1928-ci il təvəllüdlü kiçik qızını İkinci Dünya Müharibəsində Praqa bombalanması zamanı hələ 17 yaşında ikən itirir.[4] Digər qızı Alena Lada isə atasının yolu ilə gedib rəssam və uşaq kitabı karikaturaçısı olmuşdur.

İosif Lada 14 dekabr 1957-ci ildə vəfat etdi.

Kəndindəki sökülən köhnə evinin yerinə Ladanın 1935-ci ildə inşa etdirdiyi villa 1986-ci ildən muzeyə çevrilmişdir.

İosif Ladanın adı 14 yanvar 1996-cı ildə kəşf edilən bir asteroidə verilmişdir.

  • Йозеф Лада. Книга о художнике — Л.: Искусство, 1971. — 152 с.
  • Novotný 1. A., Ladová ilustrace — Praha: 1957.
  1. BillionGraves (ing.). 2011.
  2. "Йозеф Лада в Большой энциклопедии карикатуры". 2015-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-09.
  3. "Rosie Johnston, Josef Lada – landscape painter and Švejk illüstratör, Radio.cz, 13.02.2008". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-09.
  4. 1 2 "Alena Škodov, Josef Lada, Radio.cz. 11.12.2002". 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]