İslam Abbasov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam Abbasov
İslam Abbasov 2024-cü ildə
İslam Abbasov 2024-cü ildə
Şəxsi məlumatlar
Tam adı İslam Əzim oğlu Abbasov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 24 mart 1996(1996-03-24) (28 yaş)
Doğum yeri
Boyu 180 sm. (5 ft 7 in)
İdman növü Güləş
Karyera illəri 2005—
Məşqçisi Şaban Donat
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İslam Abbasov (24 mart 1996, Sumqayıt) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

İslam Abbasov 2012-ci ildə yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu.[2] 2013-cü ildə isə İslam Abbasov Monteneqroda yeniyetmələr arasında Avropa Çempionatının gümüş medalına sahib olsa da, Serbiyada yeniyetmələr arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq növbəti dəfə turnirin qalibi oldu.[2]

2014-cü il ərzində İslam Abbasov Polşada gənclər arasında Avropa Çempionatının və Xorvatiyada gənclər arasında Dünya Çempionatının qızıl medallarına sahib oldu.[2]

2015-ci ildə İslam Abbasov Fransa Qran-Prinin və U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu.[2] İlin əsas turnirlərində isə İslam Abbasov — gənclər arasında Avropa Çempionatının qalibi oldu, amma gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu.[2]

İslam Abbasov 2016-cı ilin martında Latviyada Avropa Çempionatlarında debüt eləsə də uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu.[2] Bolqarıstanda U23 Avropa Çempionatını da 8-ci pillədə başa vuran İslam Abbasov iyunda Rumıniyada ardıcıl üçüncü dəfə gənclər arasında Dünya Çempionatının qalibi oldu.[2] Daha sonra o, sentyabrda hərbçilər arasında Dünya Çempionatının gümüş, noyabrda isə Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu.[2]

2017-ci ildə isə İslam Abbasov əvvəl martda Vəhbi Əmrə beynəlxalq turnirinin gümüş medalına sahib oldu, sonra isə mayda İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.[2] Avqustda Fransanın Paris şəhərində Dünya Çempionatında debüt edən İslam Abbasov turniri beşinci pillədə başa vurdu.[2] Daha isə o, sentyabrda Litvada hərbçilər arasında Dünya Çempionatının, noyabrda isə Polşada U23 Avropa Çempionatının bürünc medallarına sahib oldu.[2]

2018-ci ildə İslam Abbasov fevralda Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vurdu.[2] Daha sonra o, apreldə Rusiyada Avropa Çempionatını beşinci pillədə başa vurdu.[2] Mayda hərbçilər arasında Dünya Çempionatının bürünc medalına sahib olan İslam Abbasov iyunda U23 Avropa Çempionatının qalibi oldu.[2] Ardınca Vəhbi Əmrə beynəlxalq turnirinin və Oleq Karavayev beynəlxalq turnirinin gümüş medallarına sahib olan İslam Abbasov Macarıstanda Dünya Çempionatını beşinci pillədə, Rumıniyada U23 Dünya Çempionatını isə qızıl medalla başa vurdu.[2]

2019-cu il isə İslam Abbasov üçün uğursuz oldu.[2] İstanbulda Vəhbi Əmrə beynəlxalq turnirini və Dyörda Macarıstan Qran-Prisini medalsız başa vuran İslam Abbasov apreldə Rumıniyada Avropa Çempionatının, iyunda Belarusda Avropa Oyunlarının final görüşlərində məğlub olaraq gümüş medallara sahib oldu.[2] Sentyabrda isə Qazaxıstanda Dünya Çempionatında 18-ci pillədə qərarlaşan İslam Abbasov ili qızıl medalsız başa vurdu.[2]

2020-ci ildə İslam Abbasov yanvarda Fransa Qran-Prisində uğursuz çıxış elədi.[2] Fevralda isə İslam Abbasov İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] COVID-19 pandemiyasına görə il ərzində beynəlxalq turnirlər baş tutmadı.

2021-ci ilin əvvəli isə İslam Abbasov üçün uğurlu oldu.[2] Yanvarda Fransada Qran-Prinin qalibi olan İslam Abbasov martda Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin də qızıl medalına sahib oldu və olimpiya lisenziyası əldə elədi.[2] Olimpiadadan əvvəl İslam Abbasov iyunda Polşada Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu.[2] Avqustda isə o, Azərbaycanı olimpiada da təmsil elədi.[2] İslam Abbasov turnirin 1/8 final mərhələsində Kuba nümayəndəsi Daniel Gregoriç ilə üz-üzə gəldi.[3] Həmin görüşdə İslam Abbasov rəqibinə 1:4 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[2] Olimpiadadan sonra İslam Abbasov sentyabrda Norveçdə Dünya Çempionatında da uğursuz çıxış elədi və turniri 25-ci pillədə başa vurdu.[2]

Olimpiadadan sonra İslam Abbasov 2022-ci ildə Vəhbi Əmrə beynəlxalq turnirinin və Mateo Pellison beynəlxalq turnirinin qalibi oldu, martda isə Macarıstanın Budapeşt şəhərində Avropa Çempionatının bürünc medalına sahib oldu.[2]

2023-cü il də İslam Abbasov üçün uğursuz oldu.[2] İslam Abbasov il ərzində Zagreb Open və Avropa Çempionatında uğursuz çıxış elədi və müvafiq olaraq turnirləri 17-ci və 5-ci pillələrdə başa vurdu.[2]

  1. Olympedia.org. "İslam ABBASOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 International Wrestling Database. "ISLAM ABBASOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. Azerisport.com idman portalı. "Токио-2020. Ислам Аббасов узнал первого соперника на Олимпиаде-2020". www.azerisport.com (rus.)). 11.02.2022. 2020-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.