İt Ceyk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İt Ceyk
Macəra zamanı personajı
İlk görünmə Adventure Time (2007)[1]
Son görünmə MultiVersus (2024)
Yaradan Pendlton Vord
Səsləndirən Con Di Macio
Məlumat
Növü İt və şəkil dəyişdirə bilən məxluqun qarışığı
Həyat yoldaşı Lady Rainicorn
Uşaqlar Charlie (qızı)
Jake Jr. (qızı)
T.V. (oğlu)
Viola (qızı)
Kim Kil Whan (oğlu)

İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var.

Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var. O, alt çalmağı çox yaxşı bacarır və onun alətinin içərisində "Şelbi Batterson" adlı mehriban kiçik soxulcan yaşayır.

  1. Orange, B. Alan. "SDCC 2011 Exclusive: Adventure Time Cast Interviews". Movie Web. October 14, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 20, 2011.