Şəmsulla Əliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliyev Şəmsulla
Əliyev Şəmsulla Feyzulla oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 4 (17) aprel 1915
Doğum yeri
Vəfat tarixi 19 noyabr 1943(1943-11-19) (28 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi kapitan
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əliyev Şəmsulla Feyzulla oğlu (4 (17) aprel 1915, Dərbənd, Dağıstan vilayəti19 noyabr 1943, Kerç, Krım MSSR) — Sovet İttifaqı Qəhrəmanı.

Dərbənd şəhərində anadan olmuş və Almaniya faşizmi ordusuna qarşı müharibənin fəal iştirakçısıdır. Batalyon komandirinin siyasi hissə üzrə müavini kapitan Ş.Əliyev Şimali Qafqazda, Tamanda və Krımda keçirilən ağır döyüşlərdə iştirak etmişdir.

Şəmsulla Əliyev 1943-cü ilin payızında 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini idi.

1943-cü ilin noyabrında Kerç şəhərinin girəcəyində, iki zavodun ətrafında gedən döyüşlərdə "İrəli, Qafqazın qartalları!" çağırışı ilə döyüşün önündə gedirdi. Noyabrın 11-də batalyon beş dəfə hücuma qalxaraq düşmənin iki müdafiə xəttini yarmışdı. Belə ağır döyüşlərin biri də noyabrın 19-da oldu və kapitan Ş.Əliyev bu döyüşdə qəhrəmancasına həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra verilmişdir[1].

  1. "Алиев Шамсула Фейзуллаевич". 2012-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-15.