Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad.
Tarixi
[redaktə | vikimətni redaktə et]1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu.
Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi. Bundan sonra o, ölkəni ancaq parlamentlə birgə idarə edə bilərdi. O, parlamentin icazəsi olmadan vergi yığa, daimi qoşun saxlaya, din işlərinə qarışa bilməzdi. Amma eyni zamanda seçki hüququ əvvəlki tək qalırdı- bu hüquqdan ancaq varlı adamlar istifadə edə bilərdilər. Əhalinin böyük hissəsi isə bu hüquqdan məhrum edilmişdi. Deputatların seçki dairələri üzrə bölünməsi inqilabdan əvvəl olduğu kimi qeyri-bərabər olaraq qalırdı. Billdə elan edilmiş dini dözümlülük məhdud xarakter daşıyırdı:ilahi üçlük haqqında fikirləri rədd edən təriqətçilər ən amansız təqiblərə məruz qalırdılar. Amma presveterianlıq da hakim din olmadı. Üstünlük hələ də anqlikan kilsəsinin əlində idi. İndependent konqreqasiyaları azad dini təbliğat hüququ aldılar. Ölkədə uzun müddət ərzində hələ restavrasiya dövründə formalaşan iki partiyalı sistem möhkəmləndi:hökumətdə gah viqlər (burjua-zadəgan partiyası), gah da torilər (mühafizəkar torpaq sahibləri) üstünlük təşkil edirdilər.
Mahiyyət etibarilə 1688-ci il çevrilişi torpaq aristokratiyası və getdikcə möhkəmlənən iri burjuaziya arasında razılıq idi. Bu hadisədən sonra onlar faktiki olaraq hakimiyyəti böldülər. Xalq əvvəlki kimi siyasi həyatda iştiraka buraxılmırdı. Bu dövrdən başlayaraq sənayenin inkişafı, ilkin kapital yığımı, manufakturaların çiçəklənməsi İngiltərə tarixinin xarakterik xüsusiyyətlərindən oldu. Hər iki inqilabın gedişində həyata keçirilmiş qanunvericilik islahatları kütləvi ekspropirasiyalara və kəndlilərin torpaqlarından çıxarılmasına gətirib çıxardı. Ölkədə aqrar çevriliş başa çatdı. Hökumət xarici siyasətində müstəmləkələrin qarət olunmasını həvəsləndirir və dənizlərdə üstünlük əldə etmək uğrunda başqa ölkələrlə uğurlu mübarizə aparırdı.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Всемирная история в 24 томах. Том 13. — Мн.: Литература, 1996. — 560 с.
- Ивонина Л. И. Вильгельм III Оранский // Вопросы истории. 1998. № 3. С. 154–159.
- Сидоренко Л. В. Исторические последствия Славной революции: к вопросу о революционности событий 1688–1689 гг. // Вестник Санкт-Петербургского университета. Серия 2. История. 2013. Вып. 3. С. 82–91.
- "Славная революция" // Сен-Жерменский мир 1679 — Социальное обеспечение [Электронный ресурс]. — 2015. — С. 387. — (Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов ; 2004–2017, т. 30). — ISBN 978-5-85270-367-5.
- Томсинов В. А. "Славная революция" 1688–1689 годов в Англии и Билль о правах. М.: Зерцало-М, 2010.
- Черчилль У. Британия в Новое время (XVI–XVII вв.). — Смоленск: Русич,, 2006. — 416 с. — (Популярная историческая библиотека). — ISBN 5-8138-0601-6.
- The Revolution of 1688–1689: Changing perspectives / Ed. L. G. Schwoerer. Camb.; N. Y., 2003.