40°50′48″ şm. e. 45°55′40″ ş. u.HGYO

Şiştəpə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şiştəpə
40°50′48″ şm. e. 45°55′40″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 489 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5726[1]
Xəritəni göstər/gizlə
Şiştəpə xəritədə
Şiştəpə
Şiştəpə

ŞiştəpəAzərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır.[2]

Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır.[3][4]

Kənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd sakinlərinin önəmli qismi Rusiya və digər xarici ölkələrdə əsasən meyvə ticarəti ilə məşğuldur. Bundan başqa, ənənəvi heyvandarlıq da kənd iqtisadiyyatında əsas yeri tutur. Kənd sakinləri əkinçiliyə də önəm verir.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Rəhman Salmanlı, Azərbaycan.-2017.-16 mart.-№ 58.-S.7.
  3. Şahbaz Qarayev, Gülüstan çiçəyi kəndimiz, Letterpress, Bakı 2013
  4. "Şiştəpə həqiqətləri", Məhərrəm Şəmkirli, yenixəbər.org — 04.03.2019 — http://yenixeber.org/edebiyyat/69641-sstepe-heqqetler.html