Şimal-Qərb keçidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şimali-Qərb yolunun xəritəsi
Nyu-YorkTokio:
Şimal-Qərb yolu (qırmızı xətt) 14 000 km,
Panama kanalıından keçən yol (yaşıl xətt) 18 200 km

Şimal-Qərb yolu (ing. Northwest Passage) — Şimal Buzlu okeandan Kanada Arktik arxipelaqı ərazisindən keçməklə Şimali Amerikanın qərb sahillirəri istiqamətinə yönələn dəniz yol.

Atlantik okeanSakit okeanı Şimal Buzlu okeanı keçməklə birləşdirir[1][2]. Keçid Kanada Arktik arxipelaqına daxil adaların arasından keçməklə, keçid daxili alternativ yollar əmələ gətirir. Bunlar hamısı birlikdə Şimal-Qərb keçidini əmələ gətirir[3].

Şimal-Qərb dəniz yolunu tapmaq məqsədilə Flanklinin ekspedisiyası (1845-1847) uğursuzluğa uğramış və heyət üzvləri həlak olmuşlar. Ekspedisiyanın aşkarlanması və yoluntapılması məqsədilə bir çox dənizçilər və araşdırmaçılar, xüsusi ilə Eduard İnqfild, Con Pey, Frensis Mak-Klintok kimi səyyahlar fərqlənmişlər.

Keçidi ilk dəfə sudan sonuna qədər keçən ekspedisiya [4] Roald Amundsenin başçılıq etdiyi ekspedisiya 19031906 ci illərdə olmuşdur.

Sentyabr 2007-ci ildə Avropa Kosmik Agentliyi son 30 ildə yol üzərində yerləşən buzlaqların minimum həddə qədər əridiyini bildirmişdir. Bu isə Şimal-Qərb yolunun gəmiçilik üçün tam yararlı olduğunu bildirir. Kanada isə bu yolun onun daxili sularından keçdiyini bəyan etmişdir. Dünyanın mühün təşkilatları bu qərarı təstiqləyərək, yolun Kanadanın daxili sularında yerləşdiyini qəbul etmişdir.

  1. "Merriam-Webster Online Dictionary definition  (ing.)". 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-28.
  2. ["The Northwest Passage Thawed  (ing.)". 2007-12-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-28. The Northwest Passage Thawed  (ing.)]
  3. IHO Codes for Oceans & Seas, and Other Code Systems Arxivləşdirilib 2006-07-03 at the Wayback Machine, including IHO 23-3rd: Limits of Oceans and Seas, Special Publication 23, 3rd ed. (1953), published by International Hydrographic Organization.  (ing.)
  4. Robert Mak-Klur 1850—1853 ci illərdə yolun yarısını buzların üzəri ilə keçmiş sonra isə digər ekspedisiya ilə İngiltərəyə qayıtmişdir.