Ədəbiyyat üzrə "Nobel" mükafatı
(Ədəbiyyat üzrə Nobel mükafatı səhifəsindən yönləndirilmişdir)
Ədəbiyyat üzrə "Nobel" mükafatı | |
---|---|
|
|
Ölkə | |
Tip | ədəbiyyat mükafatı[d] |
Təltif edir | |
Statistika | |
Təsis tarixi | 1901 |
nobelprize.org/prizes/li… | |
Vikianbarda əlaqəli mediafayllar |
Ədəbiyyat üzrə Nobel Mükafatı — ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Stokholmda yerləşən Nobel Komitəsinin hər il təqdim etdiyi ali mükafat. Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən "idealist tərzdə" yazan şair və yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də bu göstərilir.
Namizədliklərin irəli sürülməsi mexanizmi
[redaktə | vikimətni redaktə et]Nobel fondunun nizamnaməsinə görə namizədləri aşağıdakı şəxslər təqdim edə bilər:
- İsveç Akademiyasının, eləcə də analoji vəzifə və məqsədləri olan digər akademiyaların, institutların və birliklərin üzvləri;
- Universitetlərin ədəbiyyat və dilçilik tarixi fənlərinin professorları;
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatları;
- Müvafiq ölkələrdə ədəbi yaradıcılığı təmsil edən müəllif birliklərinin sədrləri.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Alfred Nobel
- "Nobel" mükafatı
- Ədəbiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
- Nobel mükafatı laureatlarının siyahısı
- Nobel mükafatı laureatı qadınların siyahısı
Maraqlı faktlar
[redaktə | vikimətni redaktə et]- Ədəbiyyat üzrə Nobel mükafatı alan ən gənc yazıçı Redyard Kiplinqdir. O, 1907-ci ildə, 42 yaşında bu mükafata layiq görülüb.
- Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən uzun ömürlüsü Bertran Rasseldir. O, 1970-ci il fevral ayının 2-də. 97 yaşında vəfat edib.
- Ədəbiyyat üzrə Nobel mükafatı almış yazıçıların ən qısa ömürlüsü Alber Kamyudur. O, 1960-cı il yanvar ayının 4-də, 46 yaşında, avtomobil qəzasında həlak olub.
Laureatların öz əsərlərini yazarkən üstünlük verdikləri dillər
[redaktə | vikimətni redaktə et]№ | Əsərin dili | Laureatlar | % |
---|---|---|---|
1 | İngilis | 26 | 24,30 |
2–3 | Fransız / Alman | 13 | 12,15 |
4 | İspan | 11 | 10,28 |
5–6 | İtalyan İsveç |
6 | 5,61 |
7 | Rus | 5 | 4,67 |
8 | Polyak | 4 | 3,74 |
9–10 | Dan Norveç |
3 | 2,80 |
11–12 | Yunan Yapon |
2 | 1,87 |
13–25 | Ərəb Benqal Macar İvrit İdiş İsland Çin Oksitan Portuqal Serb-Xorvat Türk Çex Fin |
1 | 0,93 |
Mənbələr
[redaktə | vikimətni redaktə et]Vikianbarda Ədəbiyyat üzrə "Nobel" mükafatı ilə əlaqəli mediafayllar var.