Əlövsət Əbdülrəhimov
Əlövsət Əbdülrəhimov | |
---|---|
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
195? – 1954 | |
Sonrakı | Ağamirzə Əhmədov |
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini | |
195? – 195? | |
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini | |
28 may 1952 – 17 aprel 1953 | |
Sədr | Sadıq Rəhimov |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | dekabr 1912 |
Doğum yeri | |
Vəfat tarixi | dekabr 1986 |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur.
Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur.
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır.
O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Әбдүлрәһимов Әлөвсәт Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 122.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1912-ci ildə doğulanlar
- Salyanda doğulanlar
- 1986-cı ildə vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycan SSR əməkdar inşaatçıları
- "Stalin" mükafatı laureatları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Gəncə Vilayət Zəhmətkeş Deputatları Sovetinin deputatları
- Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavinləri
- Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri